|
|
|
|
AXC: (1918-1920) Qarabağ haqqında məlumatlar |
|
|
|
|
|
|
|
|
|
|
|
Şamaxı qəzasında erməni vəhşilikləri haqqında arxiv materialları (1918 il)
Məzmun
Bakı quberniyasının Şamaxı qəzasının Navai kəndinin baxış protokolu
AKT. 1919-cü il fevralın 6-cı günündə
İttifaq qoşunlarının Baş komandanı əlahəzrət, cənab Tomsona. Şamaxılılar tərəfindən vəkil edilən, Bakı şəhərində yaşayan Hacı Sol Zamanov, Hacı Mir İsmayıl və meşəli Abdul Hüseyn Nadirov
AKT. 1919-cü il aprelin 9-cu günündə
AKT. Qonaqkənd kəndinin kəndxudası
AKT. Kuşi kəndinin kəndxudası
AKT. Ağabəyli kəndinin kəndxudası
Azərbaycan hökuməti yanında fövqəladə istintaq komissiyası. Dindirişlərin protkolları, aktları və Şamaxı qəzasının (26 oktyabr - 15 dekabr 1918-ci il) müsəlman kəndlərinin taran edilməsi ilə bağlı başqa materiallar
AKT. Şamaxı qəzasının Sündi kənd sakinləri
AKT. Ərəb-Qədim kəndinin kəndxudası
AKT. cağırlı kəndinin kəndxudası
AKT. Şamaxı qəzasının Nabar kənd sakini
AKT. Şamaxı qəzasının Mərəzəli kəndinin sakinləri
Dindiriş protokolu 1918- ci il noyabrın 13-cü günü Azərbaycan hökuməti yanında Fövqəladə istintaq komissiyası aşağıda imza atanı zərərçəkən qismində mad. UUS əməl edərək dindirmişdir
Dindiriş protokolu 1918- ci il noyabrın 15-ci günü Şamıxı FİK-sı Azərbaycan hökuməti yanında aşağıda adıçəkiləni zərərçəkən qismində mad. UUS əməl edərək dindirmişdir
Azərbaycan hökuməti yanında FİK-sı. Dindiriş protokolları, dağıtmalar zamanı vurulan ziyanların aktları və Şamaxı qəzasının müsəlman kəndinin dağıdılması (3-16 aprel, 1919-cu il) barədə başqa material
Azərbacan Respublikasının hökumətinə Şamaxı qəzasının Kala Buğurd kənd sakinlərindən Məmməd-Zar Qəhraman oğlu; Mustafa və Əbdül-Əli (Abdül Əzimin oğlanları)
DİNDİRİŞ PRTOKOLU. 1918-ci il oktyabrın 26-cı günü
AKT. Biz, Şamaxı qəzasının Ərəb-Şahverdi kənd sakinləri.
AKT. Ağsu kəndinin kəndxudası
DİNDİRİŞ PRTOKOLU. 1918-ci il oktyabrın 26-cı günü Şamaxı ş.
S.Lalayevə aid Şamaxıda rus keşişinin ifadəsinin surəti
DİNDİRİŞ PRTOKOLU. 1918-ci il noyabrın 11-ci günü Şamaxı ş.
DİNDİRİŞ PRTOKOLU. 1918-ci il oktyabrın 29-cu günü Şamaxı ş.
DİNDİRİŞ PRTOKOLU. Kürdəmir kəndi 1918-ci il sentyabrın 25-ci günü
DİNDİRİŞ PRTOKOLU. 1918-ci il oktyabrın 9-10-cu günü Şamaxı ş.
DİNDİRİŞ PRTOKOLU. Kürdəmir kəndi 1918-ci il sentyabrın 24-cü günü
DİNDİRİŞ PRTOKOLU. Kürdəmir kəndi 1918-ci il sentyabrın 25-ci günü
DİNDİRİŞ PRTOKOLU. Kürdəmir kəndi 1918-ci il, sentyabrın 19-cu günü
DİNDİRİŞ PRTOKOLU. 1918-cu il aprelin 29-cu günü Şamaxı ş.
DİNDİRİŞ PRTOKOLU. 1918-ci ilin noyabrın 11-12-ci günü
Bakı Dairə Məhkəməsinin cənab Prokuroruna. Şamaxı şəhər sakini Moskva Ali Texnologiya Məktəbinin tələbəsi Sultan-Murad Əliyevin. Ərizə
Şamaxı istintaq komisiyasının Lalayev Styopa haqqında İşi. Başlanıb 14.03.1919 il. qurtar. 29.11.1920 il.
Gəncə quberniyasının Cəbrayıl qəzası
Bakı quberniyasının Şamaxı qəzasının
Navaqi kəndinə baxış protokolu
Mənbə: MDAor AzSSR,1061,f.349,op. 1 vah. Xr.№57, səh.19-20
1919-cu ilin fevralın 13-cü günü biz, Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvləri Mixaylov və Keyussovski aşağıda imza atan şahidlərin: Nəvaqi kənd kəndxudası və kəndin ev təsərrüfatçılarının iştirakı ilə Nəvaqi kəndinə baxış keçirdik ki, kəndin ermənilərin hucumundan dağılma dərəcəsini və xarakterini aydınlaşdıraq. Belə məlum oldu ki, Navaqi kəndi tərkibi bütünlükdə müsəlmanlardan ibarət olmaqla, eyni adlı dəmir yol stansiyasınından 3 verstlik məsəfədə, çöldə yerləşir. Kənd 2000 ev təsərrüfatından ibarətdir, onu da qeyd etmək lazımdır ki, mülk evləri bir neçə şöbədən ibarət olmaq şərtilə dəmir yol xətinin hər iki tərəfinə bir-birindən dördə bir və ikidə bir verst ara məsafəsiylə səpələnmişdir. Kəndin tikililəri çiy kərpicdən hörülüb, alçaq damları isə torpaqla örtülmüşdür. Kəndin … şöbəsində uzaqdan yanğından tam yanmış evlərin mənzərəsi açılır. Yanğından və dağıntılardan heç bir malikanə salamat çıxa bilməyib, bir neçə yeni tikilmişlər istisna olmaq şərtilə, bütün qalan 2000 yaxın evin hamısı yanmışdır və hal hazırədək yanan divarların xarabalıqlarını xatırladır. Kəndin nisbətən varlı adamlarının evləri bərpa edilir və bunlarda dağıntılardan sağ çıxa bilən bir neçə ailə yaşayır. Kəndin nüfuzlu tikintiləri digərlərinə nisbətən daha güclü yanğına məruz qalıblar, ələxsüs məscid, 12 otaqdan ibarət olan böyük məktəb binası, kənd idarəsi, … evlə birlikdə, dəyirmanlar, daş binövrə ilə qaldırılan bütün əs…tikililər. Kənddə 80 yaxın dükan, mağaza, mallarla dolu anbarlar yanmışdır. İki mərtəbəli evlərdən başqa bir sıra başqa təsərrüfat tikililəri olan ən böyük malikanələr yanıb. Hacı Şirəli Hacı Mürsəl oğlunun, Hacı Mövsümə-Meşaçli Yəhya oğlu, Hacı Səftərə Əsgərova, Hacı Kəlbalı Hüseyn Əli oğlu, Mahmud Xeydər oğlu, Məşədi Səməd bəy Ələsgərbəyov, Kərbalayi Rustəm Səməd oğlu, Hacı Ağa Mirzə Kərbalyi Abbas oğlu, Məşədi Səfər Əli Hacı Pirim oğlu, Fərəculla bəy Mirzə-Baxış Pənah xan Əli oğlunun böyük malikənələri yandı.
Malikanələrdə olan meyvə bağları da həmçinin odun üçün doğranılıb və yandırılıb. Böyük evlərdən və tikililərdən 300 yanıb, ümumi yanan tikililərin sayı isə ümumiyətlə ….. 2000-nə qədərdir. 30 yaxın ot tayası, samanı və otu presləyən maşın…Yuxarıda sadalanan rəqəmlərdən savayı… belə qənaətə gəlmək olar ki, Navaqi kəndi çox boyük və varlı idi, indiki haldasa onu tamamilə uçurdulmuş xarabazarlıq kimi qəbul etmək lazımdır. Tərtib edilən izahat iştirak edən şəxslərin imzası ilə təsdiq edilərək protokol kimi qismində hazırlanmışdır (İşlə bağlı əlavəyə "Qətllər haqqında 21 akt və xüsusi adamların 2 ərizəsi əlavə edilmişdir". (ll.-24-27). Bundan sonra aktların birini əlavə edirik).
Şahidlər (imzalar)
Kənd kəndxudası (imza)
Komissiya üzvləri (iki imza)
AKT
1919-cü il fevralın 6-cı günündə.
Mən, Balaoğlan, - Qubalı kəndinin kəndxudası, 217 ev sayında kəndin seçilmiş möhtərəm sakinləri ilə bilikdə aşağıdakılar barədə akt tərtib edirik: 1918-ci ilin mart ayında ermənilərin kəndimizə hucumu zamanı kənd sakinləri aşağıdakı ziyanlara məruz qaldılar:
1.Öldürənlər: kişi - 400, qadın - 290, uşaqlar - 348.
1. Yaralananlar: kişi -40, qadın - uşaqlar -40.
2. 300.000 rubl məbləğində 207 ev və tikindi dağıdılıb. (Sənədin əslində 300.000 rəqəminin üstündən xətt çəkilib, görünür bu məbləğ səhvdir).
3. 285.000 rubl dəyərində ev, tikililər yandırılıb.
4. 30.000.000 manat dəyərində 10.000 baş iri buynuzlu mal-qara qovulub aparılıb və öldürülüb.
5. 15.000.000 dəyərində 15.000 baş xırda heyvan və qoyun.
6. 24.000.000 rubl dəyərində ev əşyları, kənd təsərrüfatı alətləri, çörək və taxıl talan edilərək aparalıb.
7. 100.000 dəyərində tut və üzüm bağları sıradan çıxarılıb.
8. 10.000.000 rubl dəyərində məhsul… və çörəklər aparılıb və zay edilib.
9. Əkilməmiş sahələrdən dəyən ziyan 10.000.000 r.
10. Bütün ziyanlar 8.978.500 (? min) rub. (Belə aktlar Padar, Təəzə ceqirli, köçyeri Xila, Şorbaçı, Paşalı, Kövlər, Kazımi, Talış, Meinimanq, Abdulyan, Kolanı -Turanı, dağ Kolanısı, Bzoavend Rəhimli, Rəhim Ağalı, Qaraqaşlı, Rəncbər, Qaraqaşlı Arat, Nəvaqi, Kuruzma kəndlərinin kəndxudaları tərəfindən tərtib edilmişdir).
Möhür
Kənd kəndxudası imza
Kənd mollası imza
Ağsallar 7 imza
Müttəfiq orduların baş komandanı əlahəzrət Tomsona şamaxılıların vəkil etdiyi Bakı şəhərində yaşayan Hacı Sol-Zamanov, Hacı Mir İsmayıl və Meşəli Abdul Hüseyn Nadirovdan.
Mənbə: MDAor AzSSR,F.1061, op.1,i.99, l.12
XAHİŞNAMƏ
Bizə belə bir xəbərin sorağı çatıb ki, indiki zamanda axtarış polisi tərəfindən həbs edilən Stepan Lalayev Sizin sərəncamınızdadır. Əlahəzrət, Allah xatirinə, ədalət və insan sevgisi naminə biz sizə müti bir xahişlə müraciət edirik. Bu, vicdanını zərrəsinə qədər itirmiş qanicən insanın, biz şamaxılılara qarşı törətdikləri vəhşiliklərə görə hərbi məhkəməyə verəsiniz. Mart ayında o özünün quldur dəstəsi ilə Şamaxıya gəldi, öz yolunda bütün kəndləri yerlə-yeksan elədi, sakinlərin isə demək olar ki, hamısını qılıncdan keçirdi. Onun şəhərdə törətdiklərini yazmaq qeyri-mymkündür. Şəhərin bütün kişi əhalisini kəsib- doğradılar, oğlan uşaqlarına belə rəhm etmədilər, qadınları qolu bağlı kişilərin və hətta uşaqlarının gözü qarşısında zorladılar. Şəhər kökünədək dağıdılmışdı, sonra isə - yandırıldı, heç bir məscid salamat qalmadı, beş min evdən yalnız Real məktəbin binası sağ qaldı. Şəhər indiki məqamda bir məzarıstana çevrilib. Bütün bu bədbəxtliklərdə yalnız S. Lalayev günahkardır, ona görə ki, bütün vəhşiliklər onun əmri ilə törədilirdi, və ağla gətirmək mümkündürmü ki, belə bir insan cəzadan yaxa qurtara bilsin? Bütün yazılanları təsdiq etmək üçün, Əlahəzrət, biz Sizdən Şamaxıya tabeçiliyinizdə olanlardan birini ezam etməyinizi xahiş edirik.
29 noyabr 1918-ci il. Bakı şəhəri (imzalar)
AKT
Mənbə: MDAor AzSSR,F.1061, op.1. i.-3, l. 56
1919-cü il aprelin 9-cu günündə mən, 116 evdən ibarət Qaravəllər kəndinin kəndxudası, kəndin seçilmiş hörmətli ağsaqqaları ilə birlikdə bu aktı ondan ötəri tərtib edirik ki, 1918-ci ilin mart ayında ermənilərin kəndimizə basqını zamanı kəndimizin sakinləri aşağıdakılarından əziyyət çəkiblər:
1. Öldürülənlər: kişi -100, qadın - 115, uşaqlar - 93
2. Yaralananlar: yoxdur
3. Bütün itkilər (yandırılan, dağıdılan evlər, qovulub aparılan mal-qara, aparılan əmlak və başqa şeylər) 6.060.000 rubl məbləğində.
Kəndin kəndxudası: Həsən Salman oğlu imza
ağsaqqalları: 20 imza.
AKT
Mənbə: MDAor AzSSR,f.1061, op.1. i.-3, l.56
1919-cü il aprelin 9-cu günü. Mən, 159 evdən ibarət Qonaqkənd kəndinin kəndxudası, kəndin seçilmiş hörmətli ağsaqqaları ilə aşağıdakılardan ibarət bu aktı tərtib edirik:
1.Öldürülənlər: kişi -104, qadın - 87, uşaqlar - 44
2.Yaralananlar: kişilərdən - 13, qadınlardan - 21 nəfər.
3. Ümumi itkilər 8.300.000 rubl.
Kənd kəndxudası: ərəbcə imza
Kənd mollası: Məşədi Tapdıq Səməd oğlu
Ağsaqqallar: 12 imza.
AKT
Mənbə: MDAor AzSSR,f.1061, op.1. i.-3, l.22.
1919-cü il aprelin 9-cu günü. Mən, 600 evdən ibarət Kuşi kəndinin kəndxudası, kəndin seçilmiş hörmətli ağsaqqaları ilə aşağıdakılardan ibarət bu aktı ondan ötəri tərtib edirik ki, 1918-ci ilin mart ayında ermənilər kəndimizə hücum edərkən bizim kəndimizin sakinləri aşağıdakı ziyanlara məruz qaldılar:
1.Öldürülənlər: kişi -292, qadın - 115, uşaqlar - 25
2.Yaralananlar: - yoxdur
3.Ümumi itkilərin məbləği - 11.475.000 rubl.
Kənd kəndxudası: S.P. Muradlı
Kənd mollası: (ərəbcə imza)
Ağsaqqallar: 3 imza.
AKT
Mənbə: MDAor AzSSR,f.1061, op.1. i.-3, l.22
1919-cü il aprelin 10-cu günü. Mən, 90 evdən ibarət Ağabəyli kəndinin kəndxudası, kəndin seçilmiş hörmətli ağsaqqaları ilə aşağıdakılardan ibarət bu aktı ondan ötəri tərtib edirik ki, hücum zamanı biz aşağıdakı ziyanlara məruz qaldıq:
1.Öldürülənlər: kişi -50, qadın - 41, uşaqlar - 14
2.Yaralananlar: - yoxdur
3.Ümumi itkilərin (yandırılıb və dağıdılıb, və həmçinin qaçırdılan mal qara və talan edilən əmlak) məbləği - 732. 000 rubl.
Kənd kəndxudası: ərəb hərfləri ilə imza
Kənd mollası: ərəb hərfləri ilə imza
Ağsaqqallar: 7 imza
Azərbaycan hökuməti yanında fövqəladə istintaq komissiyası. Dindirişlərin protkolları, aktları və Şamaxı qəzasının (26 oktyabr - 15 dekabr 1918-ci il) müsəlman kəndlərinin taran edilməsi ilə bağlı başqa materiallar
Mənbə: MDAor AzSSR,f.1061, op.1. i.111, l.2
AKT
1919-cü il aprelin 5-ci günü Mən, Kəşad kəndinin kəndxudası, 217 ev sayında kəndin seçilmiş möhtərəm sakinləri ilə birlikdə bu aktı tərtib edirik:
Kəndimizə 1918-ci ilin mart ayında ermənilərin hucumu zamanı kənd sakinləri aşağıdakı ziyanlara məruz qaldılar:
1.)Öldürənlər: kişi - 91, qadın - 40, uşaqlar - 47
2.)Yaralananlar: 3 qoca
3.)400 min rubl məbləğində evlər və tikililər dağıdılıb.
4.)55.000 rubl dəyərində iri buynuzlu və xırda buynuzlu mal-qara qovulub aparalıb və öldürülüb.
5.)280 min rubl dəyərində ev əşyları, k/t alətləri, çörək, taxıl və digər əmlaklar talan edilərək aparılıb.
6)100 min rubl məbləğində ot aparılıb və zay edilib.
7)50.000 rubl məbləğində tut və üzüm bağları zay edilib.
8)800 min rubl məbləğində çörək və ot aparılıb və ya zay edilib.
9) Əkilməmiş sahələrdən dəyən ziyan 400 min r.
Bütün ziyanlar 2.580.000 rub.
Kənd kəndxudası Ağamahmud Həsən oğlu imza
Kənd mollası imza
Ağsallar 5 imza
AKT
Mənbə: MDAor AzSSR,f.1061, op.1. i.111, l.49.
Biz, aşağıda imza atan Şamaxı qəzasının Sundi k. sakinləri ilə 8 noyabr 1919-cu ildə yığıncağa toplaşaraq, bu aktı aşağıdakılardan yana tərtib edirik:
1.Bizim kəndimiz ermənilərin hücumuna qədər 413 evdən ibarət idi və 2553 sakini vardı.
2. Elə həmin ermənilərin kəndə basqını və talanı zamanı 267 ev yandırılıb, 987 nəfər öldürülüb.
3. 987 nəfər öldürülənlərin və dəyən ziyanların rublla siyahısı.
AKT
Mənbə: MDAor AzSSR, f.1061, op.1. i.85, l.14.
1919-cü il aprelin 4-ci günü Mən, Ərəb-Qədim kəndinin kəndxudası, 358 ev sayında, kəndin seçilmiş möhtərəm sakinləri ilə birlikdə bu aktı ondan ötəri tərtib edirik ki, kəndimizə 1918-ci ilin mart ayında ermənilərin basqını zamanı kənd sakinləri aşağıdakı ziyanlara məruz qaldılar:
1.)Öldürənlər: kişi - 200, qadın - 140, uşaqlar - 90
2.)Yaralananlar: yoxdur
3.)1.500.000 rubl məbləğində evlər və tikililər dağıdılıb.
4.) Evlər və tikililər yandırılıb.
5)924. min r. dəyərində iri buynuzlu mal-qara qovulub aparalıb və öldürülüb.
6)1.500.000 rubl dəyərində 1500 baş xırda mal və qoyun.
7) 1 milyon rubl dəyərində ev əşyları, avadanlıqlar, taxıl və s. talan edilib.
8)50.000 min rubl məbləğində ot aparılıb və zay edilib.
9) … məbləğində tut və üzüm bağları zay edilib.
10) Başqa şeylər…
Bütün ziyanlar 6.470.000 rub.
Kənd kəndxudası Əcəl Gül Əli oğlu
Kənd mollası: Molla Fətəli Adurahman oğlu
Sonra 9 ağsalın imzası
AKT
Mənbə: MDAor AzSSR, f.1061, op.1. i.85, l.14.
1919-cü il aprelin 3-cü günü Mən, cağırlı kəndinin kəndxudası, 165 ev sayında, kəndin seçilmiş möhtərəm sakinləri ilə birlikdə bu aktı ondan ötəri tərtib edirik ki, kəndimizə 1918-ci ilin mart ayında ermənilərin hucumu zamanı kəndimizin sakinləri aşağıdakı ziyanlara məruz qaldılar:
1.)Öldürənlər: kişi - 98, qadın - 70, uşaqlar - 54
2.)Yaralananlar: kişi -2, uşaq -2, qocalar -5
3.)500.000 min rubl məbləğində dağılan evlər və tikililər.
4)…məbləğində evlər və tikililər yandırılıb.
5)2.700.000 rubl dəyərində iri buynuzlu mal-qara qovulub aparalıb və öldürülüb.
6) 70.000 rubl dəyərində xırda mal-qara və qoyun.
7)1.500.000 rubl dəyərində ev əşyları, kənd təsərrüfatı inventarı, çörəklik taxıl, və digər daşınmaz əmlaklar talan edilərək aparalıb.
8)20.000 min rubl məbləğində ot aparılıb və zay edilib.
9)… məbləğində tut və üzüm bağları zay edilib.
10)2.000.000 məbləğində taxıl məhsulları və saman yığnıb, daşınıb və zay edilib.
11) Əkilməyib qalan sahələrdən dəyən ziyan 3.000.000 r.
Bütün ziyanlar 9.720.000 rub.
Kənd kəndxudasının köməkçisi: Hacı Mirzəli
Kənd mollası: ərəbcə imza
Ağsaqqallar 4 imza
Dindiriş protokolu 1918- ci il noyabrın 13-cü günü Azərbaycan hökuməti yanında Fövqəladə istintaq komissiyası aşağıda imza atanı zərərçəkən qismində mad. UUS əməl edərək dindirmiş vəaşağıdkı ifadəni almışdır:
Mənbə: MDAor AzSSR, f.1061, op.1. i.111, l.138.
Mənim adım Sünəli Novruz oğludur, Şamaxı qəzasının Nabur kəndinin vəkili, 70 yaş, savadsız müsəlmanam.
Ermənilər bizim kəndimizə axşam üstü basqın etdilər. Müdaəfiə olunmaq üçün silahımız olmadığından, biz dağların arasında yerləşən "Qara yazı" deyilən yerə qaçırdıq. Ermənilər kəndimizdən 1012 adamı qətlə yetirdilər, kəndin 280 evindən 200-nü yandırıb dağıtdılar.
Qarayazıda biz iki həftəyə yaxın qaldıq, sonra isə OyaqDora kəndinə getdik və orada türklər gələnə kimi qaldıq. Bizə ermənilərin vurduqları ziyanlar barəsində akt tərtib edib, təqdim etmişik.
Komissiyaının üzvü (imza)
AKT
Mənbə: MDAor AzSSR, f.1061, op.1. i.85, l.139.
Biz, Şamaxı qəzasının Nabur kəndinin sakinləri, 12 noyabr 1918-ci ildi yığıncağa toplaşaraq aşağıdakı aktı tərtib edirik:
1.Ermənilər tərəfindən darmadağın edilənə kimi kəndimiz 280 evdən və 1486 nəfər əhalidən ibarət idi.
2.Elə həmin ermənilər kəndi talan edərkən 200 ev yandırıldı və 1012 adam öldürüldü. (Bundan sonra kəndin öldürülən sakinlərinin siyahısı və vurulan ziyanların məbləği pul vahdi ilə göstərilir).
Ərəb hərfləri ilə imzalar.
AKT
Mənbə: MDAor AzSSR, f.1061, op.1. i.111, l.130-132.
Biz, Şamaxı qəzasının Mərzəli kəndinin sakinləri 12 noyabr 1918-ci ildi yığıncağa toplaşaraq aşağıdakı aktı tərtib edirik:
1.Ermənilər tərəfindən kəndimiz darmadağın edilənə kimi 900 evdən və 8314 nəfər əhalidən ibarət idi.
2.Elə həmin ermənilər kəndi talan edərkən 512 ev yandırıldı və 963 adam öldürüldü. (Bundan sonra kəndin öldürülən sakinlərinin siyahısı və vurulan ziyanların məbləği pul vahdi ilə göstərilir.
Dindiriş protokolu 1918- ci il noyabrın 15 günü Şamıxı FİK-sı Azərbaycan hökuməti yanında aşağıda adıçəkiləni zərərçəkən qismində mad. UUS əməl edərək dindirmişdir
Mənbə: MDAor AzSSR, f.1061, op.1. i.111, l.133.
Mənim adım İbrahim Xəlil Tapdıq oğludur. Şamaxı qəzasının Mərzəli kəndi üzrə kəndxudayam. 55 yaşım var, savadlıyam.
Bizim kəndimiz elə Mərzəli adlanan malakan kəndinin qonşuluğunda, bir kilometr aralıqda yerləşir. Şamaxı şəhərinin birinci dəfə yerlə yeksan edildikdən sonra, Qaziyə kəndindən Gəncə müsəlmanları geriyə çəkildikləri zaman, biz adı yuxarıda deyilən malakan kəndində əksəriyyəti ermənilərdən ibarət olan kənar adamların çoxsaylı axınının şahidi olduq. Elə bu zaman Bakıya getmiş iki malakan - İvan Koroyev və Vitali Popov naməlum şəxslərlə geri qayıtdıqdan sonra, həmin adamlar bizim kəndin ağsaqqallarının onların yanına göndərilməsini tələb etdilər; görüşdə kənddə olan bütün silahların onlara təhvil verilməsini və bolşeviklərin hakimiyyətinin tanınmasını təklif etdilər; onlar həmçinin deyirdilər ki, tezliklə Bakıdan onların baş rəisləri gələcək.
Dediyimiz adamlardan möhlət alaraq, biz vəziyyətimizi müzakirə etməyə başladıq. Aramızdan bəziləri naməlum, şəxsiyyəti bəlli olmayan insanların heç bir təklifinə inanmamaq qərarına gəldi, və hər hansı ehtimala qarşı ermənilərlə birləşən malakanlar tərəfindən basqınlardan ehtiyat edərək, ailələrini on- on beş kişinin mühafizəsi altında "Qəbristan" adlanan qışlaqramıza yola saldılar. Lakin kənd əhalisini böyük əksəriyyəti sonra nələrin baş verəcəyini gözləməyi qərara alaraq, təhlükəsizlik tədbirlərinə əl atmadan qaldılar.
İki gündən sonra kəndin hörmətli adamları yenə də malakan kəndinə çağrıldılar. Biz öz ağsaqqallarımızın yolunu gözləyirdik. Nəhayət malakanlar onlarla bir yerdə olan erməni dəstələri ilə kəndimizə hücum edərək, evləri yandırdılar. Onda bizim kəndin əhalisindən 963 adam öldürüldü, 400 ev yandırılaraq, tar-mar edildi.
Dindirilənin imzası
Komissiyanın üzvü (imza)
Azərbaycan hökuməti yanında FİK-sı. Dindiriş protokolları, dağıtmalar zamanı vurulan ziyanların aktları və Şamaxı qəzasının müsəlman kəndinin dağıdılması (3-16 aprel, 1919-cu il) barədə başqa material
Mənbə: MDAor AzSSR, f.1061, op.1. i.3, l.1-4.
Fövqəladə istintaq komissiyasına. Komissiyanın tələbinə əsasən, mənə etbar edilən qəzanın polis bölmələrində dağıdılan kəndlərin sihasını göndərirəm:
1.Qəbristan
2.Madrəsə
3. Qoşun .
Şamaxı qəza rəisinin yerinə (imza)
Kargüzar (imza)
Qəbristan, Mədrəsə və Qoşun polis sahələri üzrə dağıdılan kəndlərin siyahısı.
Qəbristan sahasi üzrə: Mərəzəli, Şıxlar, Çuxanlı, Sundi, Mərzanlı, Nabur, Teklə, Ekyaxana, Talıb, Qurbançı, Ərəb-Şahverdi, Şalbalı, Şahzəgərli, camcamlı, Qaraduzu, Mirzəxanlı, Bəyli, cağırlı, Ərəb-Qədim.
Mədrəsə sahəsi üzrə: Quizi, Çaylı, Miri-kənd, Muğanlı, Murtalı, Talım-Məlik, Umut, Şaradil
2)Qaravəli-Vahid bəy, Melcaq, Xanisli, Ağabəyli, Avtağı, Bicov, Alceut, Osmanbeyli, Ləngəbiz, Kaşad - Keçdimağ, Çarqan, Nyügdi, Bayat, Adnalı, Qurdoba, Kopax-kənd. Tamyalı, cabanı, Çaylı-Baxış bəy, Avalqalı, Yuxarı Çaqan, Dədə Günəşli, Aşağı-Çaqan, Ançexaran, Qayalı, cavangir, Ağsu, Şıx-Məzid, Qyarus-Çaparlı, Navaçı, Bağırlı, Ovdaqulu, Göylər.
Qoşun sahəsi üzrə:
Birinci Nüqdə, Nurak, Zeylə, Pir-Qara-Göhə, Suraxanı, Qığatan, Koleyburuq, Şaban, Maçaxi, Qəhləb, Kələrac, Qurdavan, Pir-Abdül-Qasım, Bizlən. Möcü, Gənciman, Dilman, Kelvə, Xatman, Kösə-dara, Sulut Pircahan, Talış-Nuri, Xankəndi(Qarabağdakı kəndlə dəyişik salmayın), Sərdagər, Zərqava.
Azərbaycan hökuməti yanında FİK-nın arxiv materialları əsasında.
(3-6 apr. 1919-cu il)1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasının azərbaycan kəndlərinə basqınlar zamanı öldürülmüşdür:
(yalnız i.№3, f.1061, op.1):
№ |
Arxiv qovluğundakı vərəq |
Kəndlərin adı |
Öldürülənlərin sayı |
Yaralıların sayı |
Kişilər |
Qadınlar |
Uşaqlar |
1 |
4 |
Cahirli |
98 |
70 |
54 |
9 |
2 |
14 |
Ərəb-Qədim |
200 |
140 |
90 |
- |
3 |
18 |
Camcamlı |
46 |
28 |
19 |
- |
4 |
27 |
Murtalı |
10 |
24 |
16 |
- |
5 |
31 |
Talış-məlik |
24 |
19 |
5 |
- |
6 |
36 |
Miri-lənd |
10 |
36 |
5 |
- |
7 |
41 |
Şaradil |
40 |
58 |
23 |
- |
8 |
22 |
Kuşi |
292 |
115 |
25 |
- |
9 |
45 |
Şıx-mazıd |
15 |
12 |
9 |
- |
10 |
49 |
Yuxarı Çaqanн |
5 |
9 |
- |
- |
11 |
55 |
Ağabəyli |
9 |
4 |
8 |
- |
12 |
56 |
Qaravəlili |
100 |
115 |
93 |
- |
13 |
60 |
Navaçı |
20 |
10 |
10 |
- |
14 |
64 |
Çaparlı |
10 |
15 |
10 |
- |
15 |
71 |
Kürdəmir |
60 |
- |
- |
- |
16 |
75 |
Qonaqkənd |
104 |
87 |
44 |
34 |
17 |
80 |
Ovculu |
15 |
10 |
12 |
3 |
18 |
81 |
Bağırlı |
100 |
150 |
145 |
- |
19 |
82 |
Tağali |
369 |
412 |
190 |
8 |
20 |
89 |
Qacıman |
45 |
60 |
30 |
5 |
21 |
90 |
Dilman |
300 |
235 |
125 |
7 |
22 |
93 |
Kelvə |
250 |
159 |
100 |
- |
23 |
97 |
Xatman |
60 |
43 |
28 |
7 |
24 |
101 |
Suraxanı |
14 |
23 |
6 |
- |
25 |
99 |
Xası-dərə |
46 |
20 |
16 |
- |
26 |
104 |
Tarcan |
300 |
246 |
90 |
- |
27 |
106 |
Talış Nuri |
20 |
45 |
- |
- |
28 |
108 |
Sərdəqar |
8 |
12 |
8 |
- |
29 |
110 |
Zərqəva |
40 |
50 |
24 |
- |
30 |
112 |
Xankəndi |
28 |
46 |
19 |
- |
31 |
114 |
Təbiə |
20 |
32 |
8 |
- |
32 |
116 |
Mahaqlı |
54 |
89 |
76 |
- |
33 |
118 |
Taqlab |
75 |
60 |
51 |
- |
34 |
123 |
Qurdavan |
10 |
15 |
9 |
- |
35 |
121 |
Kələrac |
5 |
5 |
2 |
- |
36 |
126 |
Bizlən |
50 |
35 |
24 |
- |
37 |
128 |
Mucuq |
125 |
55 |
53 |
- |
38 |
131 |
Pir-qaraçuxa |
14 |
21 |
10 |
- |
39 |
129 |
Qıraltan |
30 |
26 |
21 |
- |
40 |
133 |
Sulut |
38 |
20 |
9 |
- |
41 |
136 |
Zeyvə |
30 |
20 |
32 |
- |
42 |
138 |
Nuran |
30 |
50 |
37 |
- |
43 |
140 |
Nuğdı |
40 |
28 |
44 |
- |
========================================================================
AZƏRBAYCAN FÖVQƏLADƏ İSTİNTAQ KOMİSSİYASININ ÜZVÜ MİXAYLOVUN MƏRUZƏSİ
Ermənilər tərəfindən zorakılıqlara, qarətlərə və başqa zorakılıq təzyiqlərinə məruz qalan Gəncə quberniyasının Cavanşir, Şuşa və Cəbrayıl qəzalarının müsəlman kəndlərindəki sakinlərin vəziyyətinin araşdırılması ilə bağlı. Bu məruzə ilə belə təyin edilir ki, nəzərdən keçirilən məsələ üzrə Qarabağın dörd qəzasının yerli əhalisi başlarına gələn faciələrin ağırlığına görə Azərbaycan Respublikasının ermənilərdən ziyan görən bütün başqa əyalətlərindən kəskin sürətdə fərqlənirlər.
Bakı şəhəri təslim olduqdan sonra, yəni ki, 1918-ci ilin oktyabr ayından başlayaraq, Bakı quberniyasının və Gəncə quberniyasınnı dörd qəzasının müsəlman əhalisi tədricən qəbilə nifrəti ilə vəhşiləşmiş ermənilərin onların başlarına gətirdikləri bəlalardan və vəhşiliklərdən tədricən özlərinə gəlməyə başladıqları halda Qarabağ müsəlmanları aramsız olaraq son günlərə kimi, Həm Qarabağın yerli erməni əhalisi, həm İravan quberniyasından gələn erməni qaçqınlarının, həm də Türkiyə vilayətlərindən bu əraziyə soxulub, yerli müsəlmanlardan bu günün özünə kimi Ermənistan Respublikasının hakimiyyətinə tabe olmağı tələb edən erməni əsgərləri tərəfindən ağla batan v batmayan bütün zorakılıqlara məruz qalırlar.
1. Cavanşir qəzası. Dindirilmiş şahidlərin ifadələrinə və Cavanşir qəzasının Qəza Polis İdarəsinin rəsmi sənədlərinə əsasən (təsdiq edilmiş sənədlərin surətləri cinayət işinə əlavə edilmişdir) nəzərdən keçirilən məsələ üzrə aşağıdakı vəziyyət təyin edilir.
Hərbi hərəkətlərin Rusiya tərəfindən dayandırılmasından hələ xeyli əvvəl, erməni əsgərlərin böyük bir əksəriyyəti fərarilik edərək, öz kəndlərinə qaçarkən, özləri ilə böyük miqdarda döyüş sursatlarını: dövlət xəzinəsindən oğurladıqları tüfəngləri, pulemyotları və hər cürə döyüş ləvəzimatlarını daşıyıb gətirirdilər. Belə cinayət cazalarının təzahürünə bir tərəfdən yerli erməni ziyalıları və erməni Kəndləri İcmalarının nümayəndələri təkan verirdilərsə, digər tərəfdən Rus Polis hakimiyyətinin bu hadisələrlə bağlı fəaliyyətsizliyi və hətta məsuliyyətsizliyi bu hadisələrin ermənilərin arzularına müvafiq inkişaf etməsi üçün münbit şərait yaradırdı. Qəzanın müsəlmanları öz tarixi qonşuları ermənilərə həddən ziyadə etibar etdikləri üçün, hər-hansı bir ehtimala qarşı heç ağıllarına belə gətirmirdilər ki, daşınan döyüş sursatı və silahlar ilk öncə onların özlərinə qarşı tətbiq etmək üçün tədarük edilir; məhz elə bu baxımdan silah daşınmasının qarşısını almaq üçün heç bir tədbirə əl atmırdılar, baxmayaraq ki, artıq Evlax stansiyasında və Bərdə kəndinin şossesində müsəlmanlar artıq ermənilər tərəfindən silah daşınması halları aşkar edirdilər. Rusiyada dövlət çevrilişi baş verən andan, demək olar ki, erməni kəndlərinə açıq aşkar döyüş ləvazimatlarının, sursatların və silahların daşınma tezliyi sürətlə artmağa başladı və elə həmin anlardan başlayaraq ermənilərdə müsəlmanlara qarşı artıq bütün çılpaqlığı və sərtliyi ilə özünü biruzə verən düşmən münasibətləri və zorakılıq halları baş verməyə başladı.
Burada qəzanın müsəlman əhalisinin yaşadığı kəndlərin mövqeyini və onların ərazi xüsusiyyətlərinin üstünlüklərini qeyd etmək vacibdir. Böyük əksəriyyət təşkil etmək şərtilə bu kəndlər əsasən aşağıda düzənliklərdə yerləşirlər, amma Kelanin və Avrayan kənd icmalarının kəndləri Cavanşir qəzasının birinci dağ ətəyi və ikinci - yüksək dağ zolağında yerləşirdilər. Kelanin icmasının 12 kəndi: 1) Dəmirlər, 2) İmarət Qarvənd, 3)Çarektar, 4) Umudlu, 5) Qaralar, 6)Sırxavend, 7)Bruc, Əli-ağəli, 9)Xaçın Dorbatlu, 10) Şirxavənd, 11) Çıraqlı, 12) Hacı-Herravend dörd tərfdən erməni kəndlərinin böyük bir sırasi ilə əhatələnib: Marağalı, Talış, Aşağı və yuxarı çaylı, Lüləsər, Ağdərə, Ulu Qarabəy, Kiçik Qarabəy, Çarlami, Hasariz, Vankt, Dovşanlu, Damğalu, Kələdağ və başqaları ilə. Beləliklə müsəlman kelanılılar qəzanın aşağı hisssəsi ilə əlaqə yaratmaq üçün yalnız və yalnız erməni kəndlərindən keçib gedə bilərdilər. Avrayan kənd icmasına qaldıqda isə, onun kəndləri çox yüksək dağlarda, erməni kəndlərindən yuxarıda yerləşir. Bu kəndlər öz mövqelərinə görə üstün cəhətlərə malik olub, öz dinc həyatlarını heç kimə qarışmadan yaşayırlar və onların sakinləri əsasən xüsusi mərdliyə malik olan kürd qəbilələridir. Məhz bu səbəbdən o zamanlar Kelanin icmasının heç bir kəndi heç bir hadisədən ziyan görmədi.
Ermənilərin müsəlman əhalisinin əleyhinə çıxışlarına qayıdıb, nəzər salanda görürük ki, şahidlərin ifadələri ilə təyin edilir ki, erməni silahlı quldur dəsətələri ancaq öz yaşadıqları rayonlarda, harada ki, onlar güc və təşkilatçıqlarının əksəriyyət təşkil etdikləri ərazilərdə və əsasən demək olar ki, silahsız müsəlman kəndlərinin erməni kəndləri ilə əhatə olunduğu və heç bir yerdən kömək ala bilmədiyi ərazilərdə özlərini daha qüvvətli hesab edirdilər.
Beləliklə bütünlükdə Cavanşir qəzasının yalnız Kelanı İcmasının kəndləri talan edilmişdi.
1917-ci ilin dekabr ayından başlayaraq, erməni silahlı quldur dəstələri yuxarıda adı çəkilən müsəlman cəmiyyətinin kəndlərinə soxularaq, kənd sakinlərinin evlərinə silahlı keşikçi dəstələri qoyur, kelanılılardan Ermənistan Respublikasına tabe olmağı tələb edir, onları vergilərlə yükləyərək, öz xeyirləri naminə müsəlmanlardan öz dövlətləri üçün vergi ada altında böyük pul məbləğləri qopardırdılar. Öz quldur dəsətələrinin bir ay müddətində ərzaqla təmin edilməsini və yedizdirilməsini tələb edirdilər, müslman kəndlərində qadınların zorlanması ilə müşayət edilən əyyaş məclislərinin keçirilməsinə adi hal kimi baxırdılar. Sistemli surətdə müsəlmanların mal-qarası ermənilər tərəfindən qovulub aparılmağa başlandı. Bu təqiblərə məruz qalan müsəlman kəndlərinin sakinləri faktiki halda mühasirədə olduqları üçün, öz icmalarındakı din qardaşları - aşağı kəndlərin müsəlman sakinləri ilə hər hansı bir əlaqə saxlamaq şansından məhrum idilər. Cavanşir qəzasının Müsəlman Milli Komitəsi bütün vasitələrdən istifadə edərək, ermənilərlə əvvəlki mehriban və səmimi münasibətləri qurmağa can atırdı, erməni kəndlərinə qarışıq tərkibli sülh nümayəndəlikləri göndərir, ovalıqda yerləşən bir neçə erməni kəndlərinin köçürülməsi planların işləyib hazırlayırdı. Sarov, Həsən Qay və bir neçə başqa kəndi dağ rayonuna, oradan isə Kelani icmasının sakinlərini dağətəyi ərazilərdən ovalıqlıqlara köçürməyə can atırdı. Nəticədə ovalıqda yaşayan erməni kəndlərinin sakinləri heç bir ağrısız və itkisiz bütün mal-qaraları və əmlakları ilə dağlara köçə bilidikləri halda, Kelanı İcmasının əhalisi onlara ovalıq ərazilərə köçməyə imkan verməyən erməni məngənəsinin özbaşınalıqları və zorakılıqları içində boğulurdular. Ermənilərin köçürülməsi və dağətəyi ərazilərdə yaşayan müsəlman kəndlərinin köçürülməsinin gecikdirilməsi isə, hadisələrin gedişatı göstərdiyi kimi, belə bir qənaətə gəlməyə imkan verdi ki, bu yerdəyişmələr heç də erməniləri mümkün olan təhlükədən uzaqlaşdırmaq və ya qorumaq məqsədi güdmür, əksinə bu minvalla bir tərəfdən, dağətəyi zolaqda ermənilərin silahlı qüvvələrinin xüsusi silahlandırılması ilə yanaşı digər tərəfdən, həmin ərazilərdə yaşayan müsəlman əhalinin tezliklə və müvəffəqiyyətlə qırılıb, məhv edilməsinə xidmət edir. Adı çəkilən icmanın tamamilə kölə həyat tərzi uzun aylar davam edərək, bəzi kəndlərdə 1918-ci ilin sentyabrına kimi, bəzilərində isə hətta ilin sonuna kimi davam etdi və nəticədə ümüdsizlik içində boğulan müsəlman əhalisi onları dörd tərəfdən üzük qaşı kimi əhatə edən erməni quldur dəstələrinin vəhşiliklərindən canlarını qurtarmaq üçün, nəyin bahasına olursa olsun, hətta insan itkiləri naminə belə, mühasirə halqasını yararaq, ovalıqda yaşayan müsəlman kəndlərinə köçmək, kim harada qərar tuta bilərsə, ora pənah aparmaq qərarına gəldilər. Onlar buna nail oldular, amma çox böyük itkilər bahasına.
Müsəlman qaçqınları bütün daşınan əmlaklarını itirdilər, kənd təsərrüfatı alətlərini, demək olar ki, bütün mal qaralarından evlərindən məhrum oldular, onların təsərrüfat tikintiləri tamamilə darmadağın edildi və ən başlıcası da o oldu ki, müsəlmanlardan əsasən qadınlar və uşaqlar acından, soyuqdan, xəstəlik və qaçqınlıqdan doğan başqa məhrumiyyətlər üzündən həlak oldular.
Qaçqınların çoxu onları yolda təqib edən ermənilər tərəfindən qırılıb məhv edilirdi, dicərləri isə - qaçmaq imkanından məhrum olan xəstələr, qocalar, qarılar və hətta əlillər elə qaldıqları kəndlərə soxulan ermənilər tərəfindən qırılıb məhv edilirdilər.
Ermənilərin təqiblərindən yaxa qurtarmaq üçün, bəzi kəndlərin sakinləri, məsələn, İmarət Qərvənd, Umudlunun bir hissəsi qaçmaq üçün, daha uzun dolanbac və təhlükəli dağ yollarını seçərək, Yelizavetpol qəzasının Dzeqem yolu ilə payız vaxtı, sərt Murovdağın hündür, qarlı dağlarından aşıb Cavanşir qəzasının ovalıqlarına çatana kimi məcburi köçkünlərin aqibətinə yazılan həyatın bütün amansız sınaqlarından keçdilər.
İndiki zamanda adı çəkilən kənd cəmiyyətinin qaçqınları Cavanşir ovalığının müxtəlif müsəlman kəndlərində - Seyidlər və s kəndlərdə, Şuşa qəzasının Behu Saroy, Seysulan, Ərımca, İlşıxlar, Boy Axmedi, Kahil-Qarvənd kəndlərində, din qardaşlarının ocaqları başında sığınacaq tapdılar, bütün imkanlardan məhrum, adi kəndli əməyi üçün belə lazım olan hər şeyini itirən insanlar, onların qeyri-adi rəhmdilliyinin şahidi oldular. Artıq yuxarıda qeyd olunduğu kimi Müsəlman Milli Komitəsi erməni kəndlərinə sülh nümayəndəliklərini göndərirdilər, lakin heç bir halda bu nümayəndəliklər öz barışıq missiyalarını yerinə yetirməyə nail ola bilmədilər, əksiə hətta bir dəfə şahidin ifadəsinə görə Milli Müsəlman Komitəsinin sədri Meşəli Alış İsmayılov, nümayəndəliyin başçısı kimi hədələrə və təhlükəyə məruz qalmışdı. Marağalı erməni kənd icmasının kəndxudası Nerses Manukov Avan Yüzbaşıyevin malikanəsində birbaşa deyib ki, "Bunlar hələ boş şeylərdir. Bir az səbr edin və görün başınıza nələr gələcək".
Beləliklə Cavanşir qəzasının, həmçinin ovalığın müsəlman əhalisi ermənilərin zorakılıqları ucbatından aşağıdakı ziyanlara məruz qaldılar: 1918-ci ilin baharında və yayında ermənilər Tərtər su hövzəzisinə axan kiçik çayların suyunun qarşısını bəndlərlə alaraq, suyun ovalığa çatmasına imkan vermədilər və nəticədə aran ərazilərində yerləşən Azərbaycan kəndlərinin əhalisi nəinki öz bağ və bostanlarını suvarmaqdan məhrum oldular və hətta içməli suya belə möhtac qaldılar. Onu da demək vacibdir ki, yayda Cavanşirdə su bütün canlılar və bitkilər üçün əsas həyat mənbəyi sayılır. Bütün bunlara onu da əlavə edək ki, 1918-ci ilin yayında müsəlman əhalisi adətən yayın qızmar istisindən və artıq xərclərə səbəb olan yem qıtlığından yaxa qurtarmaq üçün, həmişə olduğu kimi öz mal qarasını yaylaqlara, öz doğma torpaqlarındakı otlaqlara qaldırmaq imkanından məhrum idilər; buna səbəb isə uzun müddət ermənilərin Şuşaya və onun qəzasına aparan bütün yolları kəsməsi, aran camaatının daimi vahimədə və səksəkədə saxlaması, kəndlilərin kənd-tarla işləri ilə məşğul ola bilməməsiydi və eyni zamanda əhalinin mal qarası qovulub aparılırdı, yollarda tək qalan müsəlmanları isə vurub öldürürdülər və sonda belə təbii bir qənaətə gəlmək olur ki, qəzanın müsəlman əhalisinin həyatı həqitən də misli görünməmiş faciələr içində idi.
Hadisələrin bir qədər yaxşılaşmasına baxmayaraq, vəziyyət demək olar ki, yenə də həddən ziyadə ağır olaraq qalır, ona görə ki, yerli və gəlmə erməni əhalisi bu günə qədər Azərbaycan hökumətini tanımadıqlarını bildirərək, Cavanşir qəzasında ələ keçirib, nəzarətdə saxladıqları əraziləri Ermənistan Respublikasının mülkiyyəti hesab edirlər və bu günün özünə kimi onlar tərəfindən törədilən zorakılıq hallarının ardı-arası kəsilmir. Belə ki, Fövqəladə İstintaq Komissiyasının üzvləri qəzanın hüdudları daxilində vəziyyətlə bağlı araşdırmalar apardıqları zaman, Dəmirlən kənd sakini Cavad Əli oğlunun mal qarasını sürüb aparmış, Marağalı kəndi yaxınlığında iki müsəlman oğlan uşağını oğurlayıb aparmışdılar. Bu uşaqları çox böyük çətinliklə geriyə qaytarmaq mümkün olmuşdu. Son hadisələr zamanı vəziyyətin belə gərginləşməsi Fövqəladə İstintaq Komissiyasının üzvlərini talan edilmiş dağətəyi zolaqda yerləşən müsəlman kəndlərini baxışdan keçirmək imkanından belə məhrum etdi. Ona görə ki, yerli baxış keçirmək üçün bir sıra erməni kəndlərinin içindən keçib getmək, hətta komissiya üzvləri üçün belə azadlıqdan məhrum olmaq, Komissiyanın iş və sənədlərinin əllərindən alınması ilə nəticələnə bilməsi inkarolunmaz fakt idi.
Bütün bunlarla yanaşı elə bu günlərin özündə ermənilər şəxsən heç bir maneəsiz qəzanın aran ərazisi ilə müsəlman kəndlərinin içindən hərəkət edir, çox böyük sayla hər həftə Tərtər bazarında peyda olurlar, müsəlmanlarla nəinki sərbəst ticarət əlaqələrini qururlar və hətta cinayət əməllərinə əl ataraq, müsəlmanlardan oğurladıqları mal-davarı elə burada onların özlərinə də satırlar (bax şahid İsgəndərovun ifadəsi l. d. 5).
Erməni quldur dəstələrinin Cavanşir qəzasının hüduları içərisində törətdikləri məzmun və ağırlığına görə daha cidid cinayət əməllərinin heç olmasa qısa siyahısına keçməzdən əvvəl qeyd etmək vacibdir ki, yuxarıda adları sadalanan Kelanı Kənd İcmasının 12 kəndindən başqa ermənilər tərəfindən aşağıdakılar törədilmişdir. Belə ki, ermənilər öz kəndlərini Marağalıda iki müsəlmanı - Məhəmməd İsgəndər oğlu və Müslüm Rəhim oğlunu qətlə yetirərək, meyitləri Daşarxı kanalına atıblar; Fındıqlı adlanan yerdə Dovşanlıdan olan ermənilər kənd ayaqçısı Fəxrəddin cəfərqulu oğlunu və onun iki müsəlman yol yoldaşını qətlə yetirib, onların dörd öküzünü qarət ediblər; Sarov kəndinin erməniləri Bruc kəndinin çobanlarına qarət məqsədilə hücum edərək, atəş açıb, onları vahiməyə salaraq, mal-qaranı Çaylı erməni kəndinə qaçırdıblar; silahlanmış Ağdərə ermənilərinin quldur dəstəsi Qapanlı müsəlman kənd sakinlərinin 600 baş qoyun və 50 baş iri buynuzlu mal-qarasını oğurlayıb aparıblar; elə həmin quldur dəstəsi başqa qapanlıların 250 qoyununu və 61 baş iri buynuzlu mal-qarasını qaçırdıb apardılar; Ağdərə erməniləri Qarapirim kənd sakini cümşüd bəyin 1350 qoyununu və 4 atını sürüb qaçırdıblar; Dovşanlı erməniləri Qarakor kəndinin özündə Ocaqverdi Molla Qəmbər oğlunu və Eyvaz Molla Novruz oğlunu öldürdülər, özü də qeyd etmək lazımdır ki, birincisinin arvadı Sona Şahməmməd qızı xüsusi vəhşiliklə qətlə yetirildi; Qulyataq ermənilərinin quldur dəstəsi Sırxəvəndlilərin 122 baş iri buynuzlu mal-qarasını, Qalayçılardan isə 105 baş malı qovub apardı; Ağdəmir ermənilərinin quldur dəstəsi Qapanlı kənd sakinlərinin mal qarasını qaçırmağa cəhd etdi və araya düşən atışmada Qurban Allahverdi oğlu öldürüldü; Çoxlu Dəyirman adlanan yerdə erməni əsgərlərindən və yerli kənd əhalisindəndən ibarət olan 500 nəfərdən ibarət quldur dəstəsi Qoturlu kənd sakinlərinin karvanına hücum edərək, onların ümumi məbləği 1 milyon 200 min rubla yaxın atlarını, öküzlərini, pullarını, ev əşyalarını və mallarını qarət etdilər; mülkədər Nuribəyin torpaqlarında Ağdərə ermənilərinin quldur dəstəsi İmarət Qərvndlilərin mal-qarasanı taladı; Çıraqlı kənd sakini İsgəndər Əli oğlunun Sendrəl yeri adlanan ərazidə 115 baş iri buynuzlu mal-qarasını erməni quldur dəstələri talayıb apardılar və bu hadisə zamanı hücum edənlər tərəfindən fars mənşəəli çoban Novruz öldürüldü; Ağdərə ermənilərinin quldur dəstəsi Ozok yeri adlanan ərazidə Paprəvənd kənd sakini Həsrət Ağakişi oğlunu öldürüb 12 baş qoyununu qaçırtdılar; Papravəndli Albənd Sadıq oğlunu qoyun satmaq adı altında aldadıb öz kəndlərinə apararaq, onu öldürdülər və meyidini gizlətdilər, qətl hadisəsi bu ilin yanvar ayında baş vermişdi; Ağdərə ermənilərinin quldur dəstəsi Qalayçılar kənd sakinlərinin 84 baş iri buynuzlu mal qarasını və atlarını qovub apardılar; yenə Ağdərə erməniləri Qarapirim kənd əhalisi ilə atışmaya başlayaraq, onların 1350 qoyununu və 3 atını qaçırtdılar.
Yuxarıda sadalanan ermənilər tərəfindən ayrı-ayrılıqda törədilmiş bəzi cinayətlərin şərhinin qısa siyahısından aşkar görünür ki, ermənilər əsasən qoyunu, iri buynuzlu mal-qaranı və atları aparmaqla müsəlman təsərrüfatlarının özülünü dağıtmaq, talanmış Azərbacan kəndlilərini ac qoymaqla didərgin salmaq niyyətini güdürdülər. Qəza sakinlərinə qarşı çoxsayda törədilən qətllər, öldürülənlərin nə yaşlarına, nə cinslərinə, nə də azyaşlı uşaq, qoca və hətta əlil olmasına rəhm edilməməsi, ermənilərin bəzi aşağıda sadalanan cinayət hadisələrini xüsusi vəhşilik və görünməmiş qəddarlıqla həyata keçirtdilərin sübuta yetiririr. Bu minvalla qəddarcasına Umudlu kənd sakini Süleyman Qazax Aslan oğlu, Məmməd Meşəli Paşa oğlu və Kazım Atam oğlu qətlə yetirilib, şaqqalanaraq, parça-parça doğranıldılar - onları öz kəndliləri belə vəziyyətdə tapmışdı. Hacı Qərravənd kənd sakini Zeynəb Şirin qızının cəsədi döşləri kəsilmiş halda tapılmışdı. Dovşanlı şöbəsinin Korakor kənd sakini Ramazan Novruzəli oğlu, Qönçə Ocaqqulu qızı və çolaq Suleyman Həsənəli oğlu Boqmukanli erməni Zəhariya Kukurovanın sözlərinə görə vəhşicəsinə öldürülmüş sonra isə onların meyitləri yandırılmışdı. Sırxavənd - Boluqaya kəndinini sakini Soltan Əli İman oğlu Qazançı kəndinin yanında tutulub saxlanıldıqdan bir vaxt sonra onun yandırılmış meyidi tapılmışdı. Güney-Qaya - Sırxavənd kənd sakinləri Şərif İsmayıl oğlu və Rəcəb Novruz Əli oğlunun ermənilər tərəfindən qətlə yetirilən və başları kəsilib atılan cəsədləri tapılmışdı. Müsəlman kəndlərinə hucum edən erməni quldur dəstələrinin üzvlərini və onların başçılarından çoxlarını, şahidlərin ifadələrindən göründüyü kimi, müsəlman şahidləri öz verdikləri ifadələrdə tanıdıqlarını bildirirdilər, lakin burada yalnız tam adları familiyaları tanınan şəxslərin adları çəkiləcək. Daha dürüstü, məhz: Yuxarı Qarxun mülkünün mülkədarı mühəndis Konstantan Nikitiç Abramov, Avan Yüzbaşevin malikanəsinin idarəçisi Baqrat bəy Məlik Şahnazarov, Marağalı Kənd İcmasının kəndxudası Nerses Manukov, Gülyataq kənd sakini İvan bəy Mirzəbəyov, Dovşanlı kəndindən Artemiy və Muki Sukiasovlar, Efrem və Nikolay Şahbağovlar, Bozorkənd sakini Nikolay Saruxanov, Vəng kəndindən Tiqran Asan cəlalov, Domqalı kəndindən Tsaçur Mosesov, Lüləsəs kəndindən Vaqon Bejanov, Yuxarı və Aşağı Çaylı sakinləri Şimir Ağabəyov, Setrak Usubov, Talışi kəndindən Tyuni Atambekov, Ağdərə kənd sakini Karapet Anastasov, Talışi kəndindən İsaak, Minas Ter-Danilov qardaşları, yenə həmin kənd sakini Rüstəm Babayev, Həsənriz kəndindən Sukias Qandazxazov, Çardaxlıdan Bəxşi Ovanesov, aşağı Çaylı kəndindən Akocan Masesov, Nikolay Soqratov, Ağdərəli Maroks bəy Ter-Astçaçurov, Marqoşovan kəndindən Atakişi Xaçaturov. Bir çox başqalarının isə şahidlər tərəfindən yalnız adları ilə quldur dəstələrinin iştirakçısı oluduğu bildirilir. Adları tam çəkilən ermənilər nəinki quldur dəstələrinə rəhbərlik edirdilər və hətta onların müsəlmanları öz əli qətlə yetirməkdə və onlara əzab verməkdə şəxsən iştirak etdiklərini şahid ifadələri təsdiq edirlər.
Zərəçkənlərin aktlarından belə qənaətə gəlmək olur ki, dağətəyi zolağın müsəlman kəndlərinin bu hadisələr zamanı çəkdikləri ziyanların həcmi ən təmkinli minumum hesablamalarla bir neçə on milyon rubl həcmindən aşağı deyil.
2. Cəbrayıl qəzası
Cəbrayıl qəzası 12 müsəlman və 3 erməni kənd icmalarından ibarətdir. Məhz bu fərqə və müsəlman kəndlərinin əksər hissəsinin aran ərazisində topoqrafik baxımdan yerləşməsinə görə, bu torpaqlara ermənilərin layiqli müqavimətə rast gələcəkləri ehtimalından soxulmağa cürət etmədikləri üçün, bu qəzanın əhalisi Cavanşir qəzasında oluduğu kimi, əsasən Qarabağ dağlarının dağətəyi zolağında ermənilərin təcavüzünə məruz qaldılar.
Şahidlərin verdikləri ifadələrdən təyin olunur ki,1918-ci ilin dekabr ayına kimi dağətəyi zolaqda yaşayan müsəlmanlar həm mülkədarlar, həm də kəndlilər daxil olmaq şərtilə, Qarabağın digər qəzalarındakı tatar (?) (türk - red) müsəlman kəndlərində ermənilərin törətdikləri vəhşiliklər, quldur dəstələrinin hucum və qarətləri, zorakalıqları, ağlasığmayan azğınlıqları haqqında eşitsələr də belə, qəzanın qonşu erməni kəndlərinin sakinləri və onların hörmətli ağsaqqalları tərəfindən müntəzəm olaraq sakitləşdirildikləri və əmin-amanlıqla bağlı onları inandıran bir səviyyədə təskinlik aldıqları üçün, nəin ki, hər hansı bir müdafiə tədbirlərinə hazırlıq görürdülər, hətta əksinə olaraq, ağıllarına belə gətirmirdilər ki, ermənilər bu təbliğatın arxasında onların kəndlərinin darmadağın edilməsi ləyihələrini cızırlar.
1918-ci ilin dekabr ayının birinci günlərində ermənilər qəzanın müsəlman əhalisinə qarşı hərbi əməliyyatlara başladılar, ilk öncə ayrı-ayrı müsəlmanlar qətlə yetirilməyə başlandı, qismən də mal-qara oğurlanırdı və nəhayət, artıq mütəşəkkil təşkil edilmiş silahlı erməni quldur dəstələri tatar (?türk) kəndlərinə qarşı açıq hücümlara başladılar. Lakin bütün bunlara baxmayaraq, şahidlərin ifadələrindən artıq ermənilərin açıq aqressiyaya başladıqları məlum idi və Cəbrayıl Qəza Rəisinin Qarabağ General-Qubernatorunun adına göndərdiyi 17 fevral 1919-cu il tarixli raportunda belə yazılırdı: "qəzanın müsəlman əhalisi belə hadisələri böyük kədər hissi ilə qarşılayaraq, heç bir aktiv hərəkətlərə başlamadan yalnız özlərini və öz əmlakların qorumaq naminə müdafiə mövqeyini tutaraq, erməni hücumlarından yayınmağa çalışırlar, ermənilərə qarşı heç bir qanuna zidd hərəkətlərə yol vermirlər, bunu sübut etmək üçün qeyd etmək kifayətdir ki, qəzada bir erməni kəndi belə heç bir hadisədən heç bir ziyan görməmişdir".
Bu hadisələrdən sonra ermənilərin müsəlman kəndlərinə qarşı törətdikləri cinayətlərin qısa sadalanmasına keçərək, hal hazıradək aşağıdakılar görürük: Düdükçü, Edillu, Ağbulaq, Qoqa, Çirakuz, Axullu kəndlərində yaşayan ermənilər 1918-ci ilin dekabr ayının 26-na keçək gecə Düdükçü kəndindəki müsəlmanlar yaşayan hissəyə hucum edərək, onların evlərini talayıb, darmadağın etmiş, evlərə od vurub yandırmışdılar; 1918-ci il dekabrın 7-də elə adı çəkilən kəndlərin erməni sakinləri Arış kənd əhalisinin qoyunlarını oğurlayıb aparmışdır; 1918-ci il, dekabrın 5-də silahlı erməni quldurları Qarkelli kəndinə silahlı basqın edərək, qoyunları sürüb aparmışdı; 10 dekabrda Doşulu Məhərrəm Musa oğlunun qoyunları ermənilər tərəfindən qaçırıldı; elə həmin tarixdə silahlı ermənilər Əfəndilər kənd sakini Mir Yusif Mir Həsən oğlunun iri buynuzlu mal-qarasını apardı; 2 dekabrda silahlı erməni quldur dəstəsi Aşıq Məlikli kəndini od vurub yandıraraq, darmadağın etdilər, evlər talan edildi, əhalinin mal qarası qovulub aparıldı; yenə həmin tarixdə erməni quldur dəstəsi Xolaflı, Tatar, Şıxlar kəndlərinə soxularaq, kənd sakinlərinin əmlakını dağıdıb taladı, mal-qaranın bir hissəsini qırıb tökdü, bir hissəsini də qovub apardılar.
Dekabrın 18-də Sirik kəndi ermənilər tərəfindən yandırılaraq talan edildi; 1919-cu il, fevralın 27-də Ağcakənd, Delenlər və Mülkədarlı kəndəlirində yaşayan ermənilər bir də təkrar Sirik kəndinə hücum edərək, bu kəndin Nusaslu şöbəsini yandırdılar, 1919-cu il, mart ayının 29-da Axillidən olan ermənilər öz kəndliləri İbad Məmiş oğlunu özünün torpaq sahəsində əkinini şumlayan zaman başından yaraladılar; 1918-ci ilin avqust ayında silahlı ermənilər Qərvənd kəndinin köç yerinin ayağında iki çobanı öldürüb, bütün kənd əhalisinin iri və xırda buynuzlu mal qarasını qovub apardılar ev əmlaklarını qarət etdilər; 1919-cu ilin yanvarında Qaradağlı kənd sakinlərindən Molla Nəbiyə Hacı Mahmud oğlunun və Eyvaz Mehrəli oğlunun qoyunlarını silahlı ermənilər qovub apardılar; 1918-ci ilin baharında ermənilərin silahlı quldur dəstəsi arabaçını və Zərgər kənd sakini Bədir xan Məmiş oğlunu soydular; 1918-ci ilin payızında Hadrut Muxan və Noramanik kəndindən olan Serqey Nikolayans və Serqey Lal adlı iki erməni öz kəndləri yaxınlığında Boliant kəndindən olan iki müsəlmanı - cəfər Ələkbər oğlu və Nəsir Məhərrəm oğlunu qarət etdikdən, sonra isə öldürdülər, onların çılpaq cəsədləri sonradan yarğanın dibində tapıldı; 1918-ci ildə cilono və Mülkədari kəndlərinin erməniləri Eyvazlu kəndinə hucum edərək, əhalinin bütün mal-qarasını sürüb apardılar, evlərini isə talan etdilər və Hüseyn Allahverdi oğlunu öldürdülər; həmin ilin qışında Dolanlar kənidinin erməniləri Şıxlar kəndinə vəhşicəsinə basqın edərək, evlərə od vurub yandırdılar, kəndlilərin əmlaklarını talan etdilər, mal-qaranı qovub apardılar; Mülkədari kəndinin erməniləri Məliklu kəndini darmadağın etdilər, evləri yandırdılar, əmlakları daşıyıb apardılar, mal qaranı qaçırtdılar.
Müsəlman kəndlərinin talan edilməsi insanların qətli və yaralanmaları ilə müşayət edilirdi, belə ki, Axullu kəndində 3 kişi, 3 qadın bir uşaq qətlə yetirilmiş, bir kişi isə yaralanmışdı; Məliklu kəndində bir kişi öldürülmüşdü, Tatar kəndində bir nəfər yaralanmışdı, Evatlu kəndində bir nəfər öldürülmüşdü, Şıxlar kəndində bir nəfər yaralamışdı, Məzrə kəndində isə altı nəfər öldürülmüşdü, Sirik kəndində on bir nəfər kişi, 10 qadın, 14 uşaq öldürülmüş, iki kişi isə yaralanmışdı.
Aranı qızışdıran və quldur dəstələrinə başçılıq edən ermənilərbərəsində verilən şahid ifadələrindən göründüyü kimi müsəlmanlar ganilərin çoxlarını tanımışdılar, lakin burada yalnız adları və famiyaları tam göstərilənlərin adları sadalanacaq: məhz, Düdükçü kənd sakinləri Balasan Ayrapetov, Arutyun Loqmatov, Karapet Oqancanov, İvan Beylərov, Usup Xaçiyev, Ovakim Barxudarov, Sarkis Mirzəyev, Kemrakuç kənd sakinləri - Sumğat Mirzəyev, gizir Aslan Sarkisov, Avetis Petrosov, Nikolay Baxdıyev, Aleksand Seyranov, Edinlu kənd sakinləri - Bəxşi Ağacanov, Qeraim Mirzəyev, Bəxşi Paxapetov, Moses Qəhrəmanov, Şuşa qəzasının Çirakuz kənd sakinləri - Xurşud bəy, Markar bəy, İşxan bəy və sumbat bəy İşxanovlar, Qoqa kənd sakinlərindən - Muki Səfərov, Savad Ter-Qriqorov, Sarkis Kekuns, David Oqacanov, Şuşa qəzasının Çanaxçı kənd sakinləri Sokrat bəy Məlik-Şahnəzərov, kəndxuda Markez, Miülkədari kənd sakinləri - Muxan Martisov, Nikolay Petorosov, Ovşar və Tiqran Poqosovlar, Dolanlar kənd sakinləri - cəlal Cavadov, Oqacan Mirzəcanov, Ağa Sarkis Martirosov, Qaraxan Cavadov, Muxan və Cavad Oqacanovlar, İvan Arzusanov, Daşbaşı kənd sakinlərindən Baxçi və Natur Stepanslar, Muxam və Simon Nisyanslar, Ovanes və Akapcan Qarabəyovlar, Zəmzur kənd sakinlərindən - Muxan Mikirqaçev, Aleksandr Melkumov, Ovanes Mosesyans, Ağcakənd sakinlərindən - Qevond və Tateves Mikayılovlar, Qayk və Tiqran Akopcanovlar, Mirzə Avenosov, İşxan Sarkiscanov, cilan kənd sakinlərindən Markar Kazarov və Ovşar Musiyev.
Müsəlmanlara dəyən ziyanlarla bağlı zərərçəkən kəndlilər və mülkədarlar tərəfindən təqdim edilən ərizələr və aktlardan belə bir qənaətə gəlmək olur ki, Cəbrayıl qəzasının müsəlmanlarına dəyən ziyanların məbləği bir neçə on milyon rublarla ölçülür. Mal-qaranın qarət olunub aparılması ev əşyalarının, kənd təsərrüfatı alətlərinin talan edilməsi və taxıl ehtiyatlarının zorla kəndlilərin əlindən alınması nəzərə çarpacaq dərəcədə qəzanın müsəlman kəndlisinin iqtisadi vəziyyətini böhran halına gətirib çıxardı və onun ödəmə qabiliyyətini heçə endirdi.
3. Zəngəzur qəzası Ermənilərin müsəlmanların başlarına müntəzəm gətirdikləri fəciələr və vəhşiliklərə görə bu qəza demək olar ki, bu günün özünədək fövqəladə çətin vəziyyətdə qalmaqda davam edir.
Yüksək dağlıq ərazilərdə yerləşən bu qəza Şuşa qəzası istiqamətindən tamamilə, Cəbrayıl qəzası tərəfindən qismən yolu kəsilmiş haldadır. Müsəlman kəndlərinin erməni kəndlərinin əhatəsində yalqız olmasından istifadə edən ermənilər adətən bu şəraitdən bəhrələnərək, öz qüvvələrinin çoxluğuna və hərbi təhcizatına arxayın olaraq, fürsəti əldən vermədən təcili surətdə hücumlara keçərək, sözün əsil mənasında ağalıq etməyə başladılar. Bu qəzada bütün başqa qəzalara nisbətən müsəlmanların vəziyyəti bir də ona görə ağırlaşdı ki, erməni kəndlərinin başdan-ayağa silahlanmış quldur dəsətələrindən savayı burada general Andranikin başçılığı altında erməni əsgərlərindən ibarət olan düzgün təşkil edilmiş erməni silahlı qüvələrinin nəzərəçarpacaq dərəcədə böyük olan nizami qoşun hissələri var idi. Belə böyük qoşun hissələrinə və yerli erməni silahlı quldur dəstələrinə başçılıq edən general Andranik, Azərbaycan ərazilərinə soxulduqdan sonra, ehtimal etmək olar ki, əlində Ermənistan dövlətinin direktivlərini rəhbər tutaraq, qoşun yeritdiyi ərazilərdə müsəlman əhalisinə qarşı belə bir tələb irəli sürdü ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da ki, yaşadıqları qəzanın ərazilərini tərk etsinlər, beləliklə o hər hansı bir halda qəzanın ərazisini əhalisi ilə birlikdə və ya onlarsız Ermənistan respublikasının tərkibinə qatmağa cəhd edirdi. Zəngəzur qəzasının müsəlmanları öz kəndlərində bütün dünyadan, erməni müdaxiləsi nəticəsində təcrid olunduqları üçün, heç yerdən kömək və müdafiə xarakterli yardım ala bilməmələri üzündən, bəzi kəndlərdə zəif silahlanmış kiçik dəstələrə malik olduqlarından, bir sözlə bütünlükdə ciddi hərbi qüvvələrə malik olmamalarına baxmayaraq, ermənilərin tələblərinə tabe olmaq arzusunda olmadığını bildirdilər. Bundan qəzəblənən ermənilər ağlasığmayan qəddarlıq və vəhşiliklər nümayiş etdirdilər. Öz respublikalarının ərazələrini açıq aşkar genişləndirməyə can ataraq, onlar yerli müsəlman əhalidən heç kimə, hətta könüllü sürətdə sığınacaq axtarmaq niyyəti ilə öz doğma yurd-yuvalarını atıb gedənlərə belə rəhm etmirdilər. Ermənilər bütün bunlara baxmayaraq kəndləri yerlə-yeksan edərək, sonuncu evinə kimi yandırıb dağıdır, dinc əhalini vəhşicəsinə qırır, mal-qaranı qovub aparır, müsəlmanların əmlakını talan edərək, onların torpaq sahələrini əllərindən alıb şumlayırdılar. Hal-hazırki məqamda yalnız Oxçı dərəsinin müsəlmanları öz yurd yerlərinin qəhrəmancasına müdafiəsini davam edə bilirlər.
Sisyan mahalının birinci polis sahəsinin bütün müsəlman kəndlərinin hamısı, ikinci sahəsinin böyük əksəriyyəti, üç, dörd və beşinci polis sahələrinin isə nəzəçarpacaq hisssəsi yerlə-yeksan edilmişdir. Bir çox kəndlər sözün əsil mənasında yerlə yeksan edilib və hətta onlar ermənilər tərəfindən dağıdılaraq şumlanıb, nəticədə isə 50.000 nəfərdən artıq müsəlman qaçqını Cəbrayıl qəzasının dördüncü sahəsində müvəqqəti yerləşiblər. Şahidlərin verdikləri ifadələrə və rəsmi sənədlərin bildirdikləri məlumatlara görə qəzanın 115 kəndi darmadağın edilərək, məhv edilmişdir: 1. Ağulu, 2. Dərəbas, 3. Dulus, 4. Qurtlar, 5. Şəki, 6. Urut, 7. Vaqudı, 8. İrmis, 9. Bəhrilu, 10. Qızılcıq, 11. Dərəkənd, 12. Qarakilsə, 13. Məliklu, 14. Dortnı, 15. Dovruz, 16. Qardığa, 17. Oxtar, 18. Çobanlu, 19. Qadayolu, 20. Çullu, 21. Şabadin, 22. Almalıq, 23. Çanaxçı, 24. cibili, 25. Ağkənd, 26. Turapxanlu, 27. Qulud, 28. Bekdaş, 29. İncevar, 30. Siznak, 31. Qaraçiman, 32. Katar, 33. Seyidlər, 34. Xalac, 35. Daşnov, 36. Baydaq, 37. Noraşenik, 38. cidcumlu, 39. Həyaqulu, 40. Qomarat, 41. Dərzili, 42. Qazançı, 43. Şayıblı, 44. Taqamir, 45. Tey, 46. Atkis, 47. Şarikan, 48. Dolutlu, 49. Avqanlı, 50. Tanzavər, 51. Mac, 52. Birinci Xocağan, 53. Emizlu, 54. Bukaqar, 55. Mülk, 56. Bənövşəpüş, 57. Birinci Vartanazur, 58. İkinici Vartanazur, 59. Leqvaz, 60. Əlidərə, 61. Mərziqit, 62. Tuqut, 63. Puşanlu, 64. Razidərə, 65 Məmməd İsmayıl, 66. Human-Dadanlu, 67. Tatarkənd, 68. Kelu qışlaq, 69. Zamlar, 70. Əsgərlər, 71. Qaragöl, 72. Çuxur-Yurd, 73. Nəcəflər, 74. Qarakelu, 75. Şaiflu, 76. Birinci Qayagölü, 77. İknici Qayagölü, 78. Burunlu, 79. Burcalılar, 80. Gün-Qışlaq, 81. canbər, 82. Xırdaqışlak, 83. Tuafşalu, 84. Şirikan, 85. Qazanşi, 86. Qaralar, 87. Hemeran, 88. Xotanan, 89. Oxtarlu, 90. Xudayarlu, 91. Şəkərlu, 92. Klinçu, 93. Tarnalu, 94. Nüvədi, 95. Toqan, 96. Boqarlu, 97. Sanalu, 98. Səfi-Yurt, 99. Kürgilu, 100. Çatarist, 101. Priveslu, 102. Meşəli İsmayıllar, 103. Burcalar-Dərzili, 104. Subuklu, 105. Məzmazak, 106. Təzəqurdlu, 107. Fərəcan, 1108. Suarası, 109. Bayramuşağı, 110. Koknakənd, 111. Qüşlaq, 112. Zabux, 113. Baylandur, 114. Bağırbeklu, 115. Keravis-Abdallar.
Bu qəzanın ermənilər tərəfindən qismən və ya tam dağılmış, yandırılmış əsas kəndlərinin siyahısıdır, ondan başqa yenə 10-a yaxın kənd və sərbəst ada malik olmayan, müvəqqəti qazmalarda ibarət olan 2 - 5 ev arasında yurd yerləri darmadağın edilərək, yandırılıb viran qoyulmuşdur. Yuxarıda adları sadalanan bütün kəndlər yandırılıb, əhalinin əmlakı daşınıb, malqara sürülüb aparılıb və ərazilər ermənilər tərəfindən tutulub və bu günün özünə qədər məsəlmanlar həmin yerlərə qayıtmaq imkanına malik deyildirlər.
Burada kiçik bir məruzədə hər bir kənd üzrə baş verən cinayət hallarını, ermənilərin müsəlman kəndlərinin əhalisinə qarşı törətdikləri vəhşiliklərin siyahısını ayrı-ayrılıqda sadalamaq mümkün deyil, Həmçinin misli görünməmiş qəddarlıq hallarının, insanların vəhşicəsinə öldürülməsinin, işgəncələrə məruz qalmasının qədərsiz sayını və hər bir kəndə olan qurbanların siyahısını da göstərmək imkan xaricindədir. Bütün bunlar ətraflı surətdə kifayət qədər geniş qəzanın araşdırılmasında və ona əlavə edilmiş akt və protokollarda şərh olunub, əksini tapmışdır. Burada isə yalnız ermənilərin dinc müslman əhalisinin başına gətirdikləri ən faciəvi və xüsusi qəddarlığı ilə seçilən hallar barəsində deyiləcəkdir.
Bütün sadalanan kəndlər üzrə 3.257 kişi, 2.276 qadın və 2.196 uşaq öldürülərək qətlə yetirilmiş, 1.060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır, yekun olaraq bütün müsməlman qəzasında hər iki cinsdən 10.068 insan öldürülmüş və şikəst edilmişdir. Lakin onu da qeyd etmək vacibdir ki, erməni vəhşiliklərinin bu dəhşətli martiroloqu - şəhidlərin siyahı kitabı çətin ki, reallığa yaxın olsun, həqitətdə bu rəqəmlər göstərildiyindən xeyli artıq olmalıdır, çünkü qəzanı bürüyən vəhşi bir xaosun, qarşıqlığın içində, sayı bilinməyən və nəzarət edilməsi qeyri-mümkün olan qətllərin içində bir çox hadisələr: kütləvi qətllər, müsəlmanların kütləvi və panik qaçışı üzündən araşdırılmamış qaldı. Şahidlərin ifadələrinə əsasən ermənilərin xüsusi qəddarlığı ilə insanları vəhşətə gətirən aşağıdakı hadisələr araşdırılıb təyin edilmişdir. Baqudı kəndinin erməni əsgərlərinə verilən 15 ən gözəl qızı başlarına gətirilən müsibətlərin şərəfsizliyinə, ləyaqətsizliyinə və onlara verilən işgəncələrə dözmədiklərindən və həmçinin fiziki əzablara tab gətirmədiklərindən ölüb getdilər; elə həmin kəndin özündə 400 yaxın müsəlman, kənd ermənilər tərəfindən dağıdılaraq taran ediləndə, müsibətlərdən yaxa qurtarmaq, ermənilərin burada onlar toxunmayacaqlarına ümid bəsləyərək məscidə yığışırlar, lakin ermənilər məscidin girişlərini bağlayıb, pəncərələrdən içəri əl bombaları atıb, sonra da məscidi içindəki insanlarla birlikdə yandırdılar; elə həmin kənddə müsəlman gəlini Qədəm Tahir qızını xəncərlə doğradılar və onun döşlərini kəsib, elə doğrayıb öldürdükləri körpə uşağının ağzına verdilər; yenə həmin kəndə Yolçu Şıxhüseyn oğlunu öldürüb, ermənilər onun cinsiyyət orqanını kəsərək, elə ölünün öz ağzına soxdular; yenə həmin kənddə qızlardan Nisə Aman qızı, Əcəb Nuxbala qızı, Sona cəfər qızı və Şahnuli cəfər qızı ölənə kimi ermənilər tərəfindən zorlandılar; elə həmin kəndin yanında Gülməstə Qasım qızı öldürülmüşdü, onun döşlərini kəsib onurğa sütununa nal mıxlamışdılar; Nüvədi kəndində Ermənilər yüz yaşlı yatağından tərpənmək iqtidarında olmayan qocanı süngü ilə deşib qətlə yetirdilər; elə həmin kəndin küçələrində ermənilər qılıncla qaçıb canını qurtarmaq istəyən qadınların və uşaqların başların kəsdilər; Şəki kəndində küçələri döşləri kəsilən qadınların və iki yerə şaqqalanan balaca uşaqların meyitləri ilə dolu idi; İrmişlı kəndini viran qoyarkən ermənilər südəmər uşaqları sügngüyə keçirdib göyə qaldırırdılar, ölənlərin tikə-tikə doğranmış cəsədləri tapılırdı; Aqudi kəndində ermənilər adamlardan xristian dinini qəbul etməyi tələb edir, qadınların döşlərini kəsib, körpə uşaqların ağızlarına soxurdular; Aqudi kəndində ermənilər Qulam Apiyə Şəkər oğlunun ayaqlarını diri-diri kəsib onu süngülərlə bizləyərək, şallaqla döyərək qanını itirib, ölənə qədər yeriməyə məcbur etdilər; elə həmin kəndin bütün gözəl qızları ermənilər tərəfindən əvvəl zorlandılar və sonra isə öldürüldülər; Çullu kəndində ermənilər yataqda xəstə yatan doqquz adamı qılıncdan keçirdilər; Bağırbeklu kəndində bir evə yeddi kişi və bir qadını salaraq, hamısını evlə bir yerdə diri-diri yandırdılar; Müsəlmanlar kəndində öldürülən insanların meyitləri o dərəcədə əcaib hala salınmışdı ki, onları tanımaq qeyri-mümkün idi - əlsiz, ayaqsız və başsız cəsədləri heç kim tanıya bilmirdi; Qatar kəndində möhtərəm ağsaqqalı sayılan Məşədi Qələndər Məşədi Qulu oğlu qətlə yetirilərək, üstünə kerosin tökülüb yandırılmışdı; elə həmin kəndə ermənilər Kərbalayi Allahverdi Hüseyn Əli oğlunun əl-ayağını bağlayıb, yerə yıxaraq mal kimi başını kəsdilər; Birinci Vartanazur kəndində qılıncla doğranan qadın və uşaqların sayı hesabı yox idi; İravan quberniyasının Novobəyazit qəzasının Rəhman-Əfəndi kəndində qoca İbrahim Hacı Hüseyn oğlunun gözlərini diri-diri çıxardılar, öldürdükdən sonra isə cəsədini yandırdılar.
Qəzanın müsəlman əhalisinin çəkdikləri müsibətlərin natamam siyahısı baxın bunlardan ibarətdir. Qadınların zorlanması, işgəncələrə məruz qalması və öldürülməsi halları o qədər çoxdur ki, indiki məruzədə onları sayıb qurtarmaq mümkün deyildir, şahidlər belə təsdiq edirlər ki, bu tipli fəcilər, zorakılıqlar demək olar ki, qəzanın hər bir kəndində törədilirdi.
Müsəlman kəndlərinin əksəriyyətinin talan edilib, viran qoyulması general Andranikin qoşunlarının qəzanın ərazisinə soxulduqdan sonra baş verirdi və çoxsaylı şahidlər öz ifadələrində təsdiq ediblər ki, bütün qarətlər və qətllər əsasən onun rəhbəriyi altında həyata keçirilirdi və onun adından əhalidən təslim olmaq və qoşunlara itaət göstərmək tələb edilirdi. Hadisələr 1918-ci ilin yayında və payızında baş verirdi. Hücum edən ermənilərdən və quldur dəsətlərinin başçılarından, şahidlərin verdikləri ifadələrdən və rəsmi sənədlərdən göründüyü kimi müsəlmanlar qatillərin çoxlarını tanıyırdılar, belələri yüzlərlədir və onlar vaxtı çatanda ayrı-ayrı cinayət işlərində cəzalarını alacaqlar. Aşağıda isə şahidlər tərəfindən tez-tez xatırlanan, birbaşa müsəlman kəndlərinə hucumlara rəhbərlik edən, adları və familiyaları tam bilinən şəxslərin adları sadalanacaq. Bunlar məhz aşağıdakılardır: Görus şəhərinin sakinləri - Nikolay Osinov, Simon Mirumov, Darabas kəndindən - Şamir Şaxnazarov, Mehri kəndindən - David Arşak, Matvesov Vaçiantsı, Kovar kəndini sakini - Amazaps, Qyalür kəndindən - Ağabəy məlik Oqacanov, Astazur kəndindən - gizir Ağabəy Mudusi Latvakanov, elə həmin kəndin sakini - Nikolay Barsamov, "Yapon" ləqəbli sürgünə göndərilmiş qaçaq erməni, Ostazurlu keşiş Ter-David, Darabas kənd sakinləri - David və Kaspar Keşişovlar, Axlatian kəndindən - Ovakim Qevorkov və Yaqub Arustamov, Qalacı kənd sakinləri - İvan Martirosov, Manuçar Poqosov, Aqalo Oqacanov, Dulus kəndindən - Nepoqos Kapriyelov, Sarkiscan Tevosov, Darabas kəndindən - Stepan Poqosov, Aleksandr Kukiyev, Sirkatas - kəndindən Misrop Kuniyev, Efrem Rüstəmov, Kuris kəndindən - Lalazar və və Qərib Qəribovlar, Savkar kəndindən - Xuba Davidov, David Mnasakonov, Manuçar Tyüniyev, Arçazur kəndindən - Konstant Asriyev, Xotanan kəndindən - zabit Ovanes Ter-Petrosov, Axtaxana kəndinin keşişi Ter-Qrikor Ter-Minasov, mühəndis Sumbat Məlik Stepanov, Qeryusax şəhərində yaşayan keçmiş polis pristavı (rəisi) İsaaak Buşinüyev və Seretakov, Muqancuk kəndindən - Dadaş və Xaçaeur Osinov, Gülgüm kəndindən - Tevi Mnasakanov, Uqurçal kənd icmasının keçmiş kəndxudası Nikolay Petrosov, Bız kəndindən - Samson Məlik-Parsadanov, Akarak kəndindən - İvan Kazarov, Ayrapet Stepanov, Efrem Aqğaxanov, Arnik Simonov, Arçazur kəndindən - Sumbat Məlik -Stepanov və Kovar kəndindən -Aqolo Poqosov.
Zəngəzur qəzasının yüzdən yuxarı müsəlman kəndinin viran qoyulub, talanması on minlərlə iri buynuzlu mal-qaranın, bir neçə yüz min qoyunun qovulub aparılması, bağların, əkinlərin məhv edilməsi, bütün bunlar müsəlmanların iqtisadi vəziyyətini kökündən laxlamasına gətirib çıxardı, qəzada dilənçi kökünə düşüb, Azərbaycanın başqa kəndlərinə qaçan əhalinin sayı 50.000 nəfəri ötdü. Dəyən ziyanın ən minumum məbləği milyard manat ətrıfında oldu.
"Azərb.SSR EA Xəbərləri". Tarix, fəlsəfə və hüquq seriyası. Baku, 1989, №3;
MDAOR Azərb. SSR, f.970, op.10. d.161, s.1-9.
============================================================================
Fövqəladə Səlahiyyətli Komissiyanın üzvü Novatskinin MƏRUZƏSİ
Elə Həmin komissiyanın sədri cənablarına Quba şəhərinin dağıdılması və Quba qəzasının kəndlərində yerli əhaliyə qarşı törədilən vəhşiliklər və zoarkılıqlar haqqında. 1918-ci ilin aprel ayında Bakı şəhəri və Bakı quberniyası bolşeklərin əlində olarkən, 187 nəfərdən ibarət silahlı dəstə ilə bolşevik parvtiyasının nümayəndəsi David Qelovani Qubaya daxil olaraq, özünü Quba qəzasının Komissarı elan edib, yerli əhali tərəfindən təcili olaraq sovetlərin hakimiyyətinin tanınılmasını tələb etdi. Qubalılar bu tələbi yerinə yetirdilər. Qelovani şəhərdə bolşevik idarə üsulunu tətbiq etməyə başladı. Quba müsəlmanlarının dinc əhval-ruhiyyəsinə tam əmin olduqdan sonra, o, tərksilah edilib, saxlanılmağa Quba türməsinə göndərilmiş 200 yaxın erməni dustaqlar üçün yerli müsəlman əhalisi tərəfindən heç bir təhlükənin olmayacağına arxayın olduqdan sonra, erməni məhbusların hamısını azadlığa buraxdı.
Bir neçə gün bu minvalla sakit ötüşdü. Birdən, qubalılar üçün gözlənilmədən, dağlar tərəfdən ləzgi kəndlərinin əhalisindən ibarət olan silahlı dəstə şəhərə yaxınlaşaraq, Qelovanidən şəhəri buraxmaq və əsir kimi təslim olmaq tələb olundu. Qelovani ləzgilərin bü təklifini rədd etdi. Ləzgilər şəhəri atəşə tutmağa başladıdar. Bir-neçə günlüyə uzanan atışma başladı. Qelovanin köməyinə bir top və pulemyotlarla silahlanmış əsgər dəstəsi gəldi. Bü köməyə baxmayaraq, ermənilər ləzgilərin qarşısında duruş gətirə bilmədilər və şəhəri tərk etmək məcburiyyətində qaldılar. O, şəhəri tərk edərkən özü ilə şəhərin əksəriyyəti ermənilərdən ibarət olan bütün xristian əhalisini zorla apardı. Ləzgilər geri çəkilənlərin təqibini davam edərək, yol boyu onları atəşə tuturdular. Atışmada Qelovanin çıxarıb apardığı dinc xristian əhalidən bir neçə nəfəri həlak oldu. Onlardan - erməni Maçak Kasparov, erməni keşişi Aleksandr Baqdanov, Duxol Poqosov, ruslardan - provaslav keşişi, əczaçı Qolubçik, aksiz məmuru Polesnı, meşəbəyi Abrosimov, doktor Mixels və bir çox başqaları. Qelovani öz dəstəsi və sağ qalanlar qaçqınlarla birlikdə çıxıb getdi. Bundan sonra şəhərdə sakit və dinc həyat davam edirdi. Ləzgilərin silahlı dəstələri Qelovanini Qubanı tərk etməyə məcbur etdikdən sonra, evlərinə dağılışdılar.
Yuxarıda təsvir edilən hadisələrdən təxmininən iki həftə sonra, Qubaya belə bir xəbər çatdı ki, Bakıdan Qubaya pulemyot və toplarla silahlanmış böyük qoşun dəstələri hərəkət edir. Şəhər əhalisindən bəziləri əmlak və mülklərini başlı-başına buraxaraq, meşələrə qaçdılar, lakin əhalinin əksəriyyəti Qubaya yönələn qoşun dəstələrinin onlara qarşı hər hansı bir təhlükə törədə biləcəklərini gümanlaranı belə gətirmədiklərindən, evlərini tərk etmədilər. 1918-ci il may ayının birində səhər tezdən tərkib etibarı ilə əsasən ermənilərdən ibarət olan, artıq yuxarıda adını çəkdiyimiz dəstə, məşhur daşnaksakan Amazaps və onun köməkçisi Nikolayın başçılığı altında, şəhəri mühasirəyə alıb, onu tüfəng, pulemyot və toplardan atəşə tutdular. Araya dəhşətli bir vahimə və qarışıqlıq düşdü. Silahlılar demək olar ki, heç bir müqavimət görmədən şəhərə daxil oldular. Şəhərin ələ keçirilməsi müsəlman əhalinin vəhşicəsinə döyülməsi və onların başına ağlasığmaz vəhşiliklərin, müsibətlərin gətirilməsi ilə müşayət edilirdi. Ermənilər küçələrdə qarşılarına çıxan uşaq və qadın və kişiləri qəddarcasına öldürür; evlərə soxularaq bütün ailələri görünməmiş qəddar bir vəhşiliklə qətlə yetirirdilər. Onlar hətta südəmər uşaqlara belə aman vermədən, onları analarının qucağında güllələyirdilər, xəncərlə doğrayırdılar. Məsələn, bu minvalla öldürənlənlərdən 14 nəfərdən ibarət ailəsi olan Kərbalayi Məmməd Tağının ailəsini; qarnı xəncərlə doğranan və balalarının başı kəsilən üç uşaq atası Məmməd Rəsulu; evlərində arvadı Məşədi Bibixanım və oğlu Abdul Qasımla od vurulub yandırılan Hacı Dadaşbala Qasımın ailəsini; Hakimə və Püstə adlı iki qızı anasının sinəsində doğranan Kərbalayı Abuzər Məstan oğlunun ailəsini; bir neçə uşağı ilə birlikdə qətlə yetirilən Məşədə Qəmbər Molla-Məhəmmədd Saleh oğlunun ailəsini sadalamaq olar. Bunlardan savayı Molla Şahbaz, usta Məhəmməd Bayram oğlu oğlu ilə birlikdə,Məşədi mulsa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbalayı Dadaş Bağır oğlu, cabbar Məmmədəli oğlu, Saibə, Səfərəli Məşədi Talıb oğlu və bir çox başqaları da öldürülmüşdü. Şəhərə hucum edən erməni quldur dəstələri tərfindən ələ salmaq və əzab vermək halları da az olmamışdı; məsələn, əsgərlər möhtərəm ağsaqqallara özləri üçün müsəlman qadınlarının gətirilməsini əmr edirdilər. Belə əmrləri yerinə yetriməkdən imtina etdikləri üçün Əlipaşa Kərbalayı Məhərrəm oğlu öz oğlu ilə birlikdə qətlə yetirildi, ən dəhşətlisi də o idi ki, əvvəl atanın gözləri qarşısında oğlunun gözlərin çıxardıb, üzünü doğradılar, qarnını parçalıdar. Öldürülən qadın kişi və uşaqların ümumi sayı iki min ətrafında idi. Ermənilər adları qohumları tərfindən gizlədilən yüzə yaxın müsəlman qadınını və qızları zorladılar. Müsəlmanların əmlakı qarət olunurdu. İctimai xadimlərin hesablamalarına görə Qubada Amazapsın dəstələri tərəfindən dörd milyon nəğd pul, dörd milyon beş yüz min dəyərində qızıl və qızıl əşyaları, qiymətli daş-qaş, 25 milyon rubl dəyərində qida ehtiyatları və müxtəlif mallar qarət olunub ermənilər tərəfindən daşınmışdı. Bunlardan savayı Amazapsın dəstələri Qubada İbrahim bəy Şıxlyarskiyə, Məşədə ƏliHüseynova, Orucəli Əhmədova. Bəkir Mehrəliyeva, Səttar Məmmədyarova, Hidayət Əmirbəkova, Kafar Orucova, Yusif bəy Abusalambəyova, və başqalarına məxsus olan 105 bina və tikintiləri, müsəlman idarələri yerləşən binaları od vurub yandırmışdı. Yanğınlar nəticəsində zərərçəkənlərə dəyən ziyanın məbləği yüz milyon rubl həcmində idi.
Amazapsın dəstələri Qubaya çatana kimi hərəkət etdiktləri istiqamətdə - qarşılarına çıxan dəmir yolunun hər iki tərəfində yerləşən bütün müsəlman kəndlərinə hucum edirdilər, evləri yandırırdılar, dağıdırdılar, əmlaklarını talan edirdilər, qaçmağa imkan tapmayan sakinləri isə uşaq, qadın olduğuna rəhm etmədən öldürürdülər. Bəzən elə hallar olurdu ki, ermənilərlə danışıqlara cəhd etmək üçün kəndlilər onların üstünə itaət göstərməyə, təslim olmağa hazır olduqlarını bilidirmək məqsədilə ağ bayraqlarla nümayəndələrini göndərirdilər, lakin ermənilər onlarla heç bir danışıqlara başlamadan hamısını gülləyərdilər, onların gəldikləri kəndləri isə talayaraq, yerlə yeksan edirdilər. Belə bir hadisə, məsələn, Əlixanlı cəmiyyətində olmuşdu: burada erməni dəstəsi onlara parlemantari kimi təşrif gətirən kəndxuda Mirzə Məmməd Dadaş oğlu və Gülhüseyn Məmməd oğlunu heç bir danışıqsız öldürdülər. Buna oxşar başqa bir hadisə Dəvəçi cəmiyyətində baş vermişdi, belə ki, Dəvəçi bazar və Qızılburun kəndlərinin sakinləri on beş nəfər hörmətli ağsaqqallarını duz-çörəklə ermənilərlə danışıqlara göndərdilər. Ermənilər duz-çörəyi qəbul etmədən, barışığa gələnlərin hamısını son nəfərinədək qətlə yetirdilər. Amazapsın ermənilərdən ibarət ordusu öz vəhşiliklərinə heç bir sərhəd qoymadan, hətta müsəlmanların dini hisslərinə belə hörmət qoymurdu: onlar tərəfindən çoxlu məscidlər yandırıldı, müsəlmanların müqəddəs Kitabı Qurani Kərim isə tikə-tikə cırılıb ayaqlar altına atılır, yandırılırdı. Təyin edilmişdir ki, Amazapsın dəstəsi Quba qəzasında 122 müsəlman kəndini yandırıb, qarət edib: Dəvəçi, Saadan, Çarhanə, Daryazerost, Zağlıcan, Əlixanlı, Eynbulaq, Ərəb Əl-Məmməd, Ağasıbeyli, Kelanı, Ərəb Həmiyə, Tuqay, Nardərin, Siyəzən, Razimli, Sürrə, Qulamyar, But-But, Andrey -Abad, Xəliyar, Qarakaşlı, Aşağı-Kuşi, Sarvan, Əmirxaim, Tura, Aygün, cey, Qiblə-Qrez, Qara-Qurtlu, Karaç, Narican, Xudat, Aşağı Buduq, Xaçmaz stansiyası, Təzə və Köhnə Xaçmaz, Mürşüd Sube, Əzilyar, Qaraqıllı, Nabur, Xasbulat, Bibişi, Babaşlı, Aşali, Mehrəli, Bəy-Qışlaq, canafur-Qışlaq, Küleş-Qışlaq, Yusif-Qışlaq, Qui-Quraki, Dendenik, Çarxi, Mürsəli-Qışlaq, Xırda-Oymaq, Qaraçaylı, Lanluk-Oba, Xızrı Fəriz, Er-Qoc, Qululi, Həsən-Əfəndi, Ərəb,Ərəb-Sof, Qara-Baği, Çaxmaqlı, caqatay, Kazsıniye-İlxı, Avaran, Xural, Çiləgir, İkinci-Xazri, Acıaxur, Zubul, Düz-Tahir, Okur, Böyük Moruq, Qican, Qusar, İmam-Kulu, Yuxarı-Zeyxur, Həsən-Qala, Urva, Aşağelik, Aşağı Leki-Hil, Köhnə Xudat, Avxçik, Daştı-Yataq,Teki, Kasiş-Qışlaq, Əlibey-Qışlaq, İqriq, Anıx, Aşağı Xuc, Alpan, Digah, Elzik, Mirzə-Məmməd-Kənd, Üçkənd, Hacı-Qayib qışlaq, Susay, Xucbala, cimi, Rustov, Yenqikənd, Hiləbi, Çiçi, Söhüb, Nudin, Zərqova, Afurca. Bu kəndlərin talanı zamanı 60 kişi, qadın və uşaq öldürülüb, 53 kişi yaralanıb. Evlərin dağıdılması, qarətlər və dinc əhalinin daşınan əmlaklarının və mal-qaralarının talanları nəticəsində Amazapsın yuxarıda adları sadalanan kəndlərin yerli əhalisinə vurduğu ziyanın məbləği 58.121.059 rubl civarında idi.
Adı xatırlanan Qelovaninin ifadələrindən görünür ki, Amazapsın dəstəsi Qubaya cəza tədbirləri üçün komissar Şaumyanın arzusu ilə başqa komissarala bildirilmədən və onların razılığı alınmadan göndərilib, göndərilmişdir. Orduya adamların səfərbərliyə alınması ilə bağlı işlər hərbi komissar Karqanov tərəfindən həyata keçirilib və dəstə təxminən iki min nəfərdən ibarət olmaq şərtilə əsasən "Daşnaksutyun" partiyasının üzvü olan ermənilərdən təşkil edilib və ordunun başına məşhur daşnak Amazaps qoyulub. Dəstənin komissarı Venunü adlı birisi təyin edilmişdi, "cəza dəstəsi" adını alan bu dəstə heç bir siyasi məqsəd güdmürdü. Bu faktı Amazaps özü Qubada etdiyi çıxışlarda etiraf etmişdi. O çıxışlarının birində çəkinmədən açıq-aşkar belə bəyan etdi: "Mən erməni xalqın qəhrəmanı və bu xalqın maraqlarının müdafiəçisiyəm. Mən buraya (Qubaya) cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə bundan əvvəl burada öldürülən ermənilərin qisasını alım. Mən bura qanun-qaydanın bərpası və Sovet hakimiyyətinin qoyulması üçün göndərilməmişəm, mən bura sizin öldürdüyünüz ermənilərin sizdən qisasını almaq üçün göndərilmişəm və mənə əmr edilib ki, Şirvanda (Şamaxıda) etdiyim kimi, dənizin (Xəzər dənizinin) sahilindən Şah dağa (Dağıstana kimi) qədər ərazilərdə olan bütün müsəlmanları məhv edim və sizin evlərinizi yerlə yeksan edim, sizin və türklərin qırdığı bizim erməni qardaşlarımızın qanını yerdə qoymayım, lakin mən sizə rəhm etdim".
Amazapsın "cəza dəstəsində" onun özündən, komissar Veruns və köməkçisi Nikolaydan başqa Quba əhalisindən törədilən cinayətlərdə iştirak edən aşağıdakı şəhər sakinlərinin də adları vardır: Arutyun Ayrepetov, dəllək Cavad, Arutyunov, Avakov, balıq sənayeçisinin oğlu Avakov, tələbə Amircanovlar. Tacir Mirzə Əmircanovun qardaşı və bacısı oğlanları, Mirzə Əmircanovun özü, dükançı Məlikov, Vartan, Quba şəhərində evi olan Qriqorinin oğlu, Arutyun, dəyirmanı olan Mirzəcanın nəvəsi, Vartan Avakov, Arutyun Babaoğlu, Aleksandr Mukasyans, Tateos Yaqub oğlu, Babacan oğlu ilə birlikdə, Arutyun Karapet oğlu iki oğlu və qardaşı oğlu ilə birlikdə. Ermənilərlə cinayət əməllərində iştirak edən bu insanları Quba şəhər sakinlərindən hadisələrdə zərəçəkənlər: Şəhərli Məşədi İbad Bağırov, Kərbalayı Abuzər Məstan oğlu, Məşədi Hüseynqulu Bağırov, Məşədi Həmdulla Əliyev, Şükür Turab oğlu, Məşədi Molla Yusifxan Hacı Əhməd Əli Murad oğlu və Molla Hacı Baba Axundzadə tərəfindən təsdiq edilmişdi.
Şərh olunanlar adları sadalanan zərəçəkənlərdən başqa, aşağıdakı Quba şəhər sakinlərinin zərərçəkənləri tərəfindən də təsdiqlənmişdir: Məmmədəli Kərbalayı İrzaqulu Sultanov, Meşədi Sultan Əsgərov, Məşədi Hacı Ağa Kərbalayı Əhməd oğlu, Mirələkbər Mirməmməd oğlu, axmaq Məşədi Talıb qızı, Kərbalayı Paşa Turab oğlu, Zəhra Yusif qızı, Molla şeyx Hüseyn Axundzadə, Dimini kənd kəndxudası Şaban Şərkər oğlu, Saaadan kənd icmasının kəndxuda Dadaş Musa oğlu, Tuqoy icmasının kəndxudası Hüseyn Əlibəy Qüseynbəy oğlu, Boyət icmasının kəndxudası Bilal Məşədi Məmmədbağır oğlu, cey icmasının kəndxudası İsrafil Məmməd oğlu, Qiblə-key kənd molllası Molla Seyfəddin İxtiyat oğlu, Qaraqurdlu icmasının kəndxudası Şeyda Şıxəli oğlu, Seyidlər kənd sakinlərindən Hacı Seyid Abdulxaliq Hacıseyid oğlu, Noraşen kənd icmasının kəndcudası Xanməmməd Barat oğlu, Şollar kən sakinlərindən Rəsul Xanmməd oğlu, Aşağı-Buduq kənd icmasının kəndxudası Məstan Nəsir oğlu, mülkədar Həsən bəy Şıxlarski, Susay kənd sakinlərindən Ulubəy Xeyirbəyoğlu, Avaran kənd icmasının kəndxudası Hacı Şeyda Nəzəralı oğlu, Narcan kən sakinlərindən İbrahim Zahidov, Nügədi icmasının kəndxudası Rüstəm Fineydan oğlu, Möhüc cəmiyyətinin ağsaqqalı, Rza Səfəpəli oğlu, Möhüc kən sakinlərindən Murad Rəsul oğlu, Fitulla cəfər oğlu, Amsar icmasının kəndxujasının Kərim oğlu və Alpan kənd mülkədarı Bəybalabəy Qaibov. Və eyni zamanda zərərçəkən icmalar tərəfindən tərtib edilmiş Quba şəhərinə baxış protokolu və aktında bu hadisəlirin təsdiqi öz əksini tapmışdır.
Yuxarıda yazılanları əsas tutaraq, belə hesab edirəm ki, Quba şəhərini darmadağın edən, Quba qəzasının 122 kəndini viran qoyan yuxarıda adları sadalanan "cəza dəstəsinin" üzvlərinə - Amazaps, onun köməkçisi Nikolay, komissar Venuns Arutyun, Ayrapetov, dəllək Cavad, Avakov, Əmircanov və başqalarına qarşı onların törətdikləri cinayətlərlə bağlı onlara qarşı Qanunlar toplusunun 13, 129, 927, 1633. 1453, 1607 maddələri ilə cinayət işi açılsın. Keçmiş komissarlardan Şaumyan və Karqanova qarşı isə onların ölümü ilə bağlı olaraq cinayət işi açılmasın.
Komissiyanın üzvü A. Novatski
===========================================================================
1918-Cİ İLİN MART AYINA KİMİ İRƏVAN QUBERNİYASININ DAĞIDILMIŞ VƏ ƏHALİSİ TƏRK EDİLMİŞ MÜSƏLMAN KƏNDLƏRİNİN SİYAHISI
Qəzaların, milis sahələrinin və kəndlərin adı |
Ümumi fəaliyyət göstərən təsərrüfatların sayı |
Əhalinin sayı |
Ümumi |
kişi |
qadın |
İrəvan qəzası |
I - milis sahəsi |
1. Dəməçirməz |
70 |
203 |
184 |
387 |
2. Zər |
170 |
396 |
310 |
706 |
3. Kamal |
100 |
335 |
290 |
625 |
4. Küdzəcik |
24 |
73 |
46 |
119 |
5. Mapos |
90 |
250 |
176 |
426 |
6. Oxcaverd |
115 |
209 |
224 |
493 |
7. Puta |
40 |
121 |
87 |
208 |
8. Kəriçpu |
32 |
119 |
69 |
188 |
9. Koxt-Tətirli |
20 |
44 |
35 |
79 |
10. Əli-Kirix |
37 |
119 |
83 |
202 |
11. Ağamzalı |
143 |
438 |
405 |
843 |
12. Cəbəçili |
63 |
193 |
162 |
355 |
13. Xarratlı |
62 |
254 |
242 |
496 |
14. Uluzanlı |
500 |
1684 |
1489 |
3173 |
15. Qaradağlı |
62 |
254 |
242 |
496 |
16. Karacar |
64 |
328 |
310 |
638 |
17. Raqanlı |
56 |
229 |
203 |
432 |
18. Əbil-kənd |
34 |
134 |
122 |
256 |
19. Sabunçi |
35 |
110 |
92 |
202 |
20. Kəmərli |
151 |
450 |
411 |
861 |
21. Torpaqqala |
56 |
216 |
199 |
415 |
22. Qaraqoyunlu |
67 |
227 |
205 |
432 |
23. Düyin |
92 |
187 |
145 |
332 |
24. Bzovənd |
28 |
59 |
37 |
96 |
25. Qaraqəmzəli |
160 |
437 |
378 |
815 |
26. Alpava |
28 |
110 |
96 |
206 |
27. Doqquz |
36 |
119 |
91 |
210 |
28. İnəkli |
37 |
102 |
83 |
185 |
29. Ağbaş |
19 |
60 |
72 |
132 |
30. Novruzlu |
16 |
129 |
102 |
231 |
31. Yamancanı |
107 |
396 |
367 |
763 |
32. Sədərək |
500 |
2297 |
1820 |
4117 |
cəmi qəza üzrə |
3015 |
10298 |
8707 |
19005 |
Sürməli qəzası |
33. Əliqoçağ |
69 |
242 |
225 |
467 |
34. Yuxarı Vəndümərək |
13 |
56 |
51 |
107 |
35. Aşağa Vəndümərək |
12 |
99 |
133 |
232 |
36. Kündə |
16 |
129 |
120 |
249 |
37. Daşlıca |
17 |
91 |
80 |
171 |
38. Əsmə |
35 |
125 |
122 |
247 |
39. Qaragüney |
53 |
373 |
264 |
637 |
40. Küdcə |
18 |
172 |
164 |
336 |
41. Qaraqasar |
24 |
148 |
118 |
266 |
42. Gizim qala |
18 |
172 |
148 |
320 |
43. Siçanlı |
18 |
59 |
50 |
109 |
44. Orhacı |
193 |
1041 |
980 |
2021 |
45. İzdir-Məvə |
262 |
884 |
788 |
1672 |
46. Mələkli |
361 |
1100 |
1000 |
2100 |
47. Susatanabad |
26 |
86 |
104 |
190 |
48. Ağamamef |
130 |
330 |
290 |
620 |
49. Ağaver |
42 |
121 |
85 |
206 |
50. Ərəbkirli |
83 |
203 |
141 |
344 |
51. Qasımcan |
80 |
192 |
176 |
368 |
52. Quzuyüdən |
46 |
121 |
115 |
236 |
53. Qazançı |
121 |
178 |
285 |
463 |
54. Kiti |
165 |
397 |
354 |
751 |
55. Qulluq |
101 |
390 |
370 |
760 |
56. Oba |
120 |
401 |
319 |
720 |
57. Sarıçoban |
63 |
164 |
164 |
328 |
58. Yuxarı Çarıxçı |
42 |
121 |
101 |
222 |
59. Aşağı Çarıxçı |
15 |
60 |
84 |
144 |
60. Yaydlsi |
226 |
800 |
700 |
1500 |
61. Əmərət |
40 |
123 |
131 |
254 |
62. Xaraba-Axıncan |
145 |
452 |
380 |
832 |
63. Hesün-Kəndi |
79 |
291 |
259 |
550 |
64. Zülfüqar |
82 |
280 |
235 |
515 |
65. Qızıl-Zakir |
49 |
160 |
139 |
299 |
66. Qazı-Kinləq |
90 |
210 |
196 |
406 |
67. Mirşidli |
6 |
22 |
19 |
41 |
68. Nəcəfli |
11 |
62 |
65 |
127 |
II-Milis sahəsi |
69. Həsən-xan |
110 |
328 |
290 |
618 |
70. Keçcəli |
80 |
310 |
290 |
600 |
71. Cənnətabad |
240 |
1200 |
890 |
2090 |
72. Dizə |
300 |
1000 |
823 |
1823 |
73. Qaraqoyunlu |
28 |
81 |
58 |
139 |
74. Krabçaq |
35 |
140 |
110 |
250 |
75. Öküzlü |
20 |
70 |
53 |
123 |
76. Səfərqulu |
28 |
105 |
92 |
197 |
77. Toxaqşanı bayat |
63 |
396 |
312 |
708 |
78. Toxaqşanı qacar |
178 |
586 |
490 |
1076 |
79. Xaraba-Axıcan |
42 |
137 |
102 |
239 |
80. Şpraçi |
70 |
305 |
270 |
575 |
III- Milis sahəsi |
81. İncə |
120 |
467 |
417 |
884 |
82. Supmalı |
80 |
410 |
380 |
790 |
83. Pirli |
92 |
400 |
410 |
870 |
84. Osman-key |
20 |
70 |
45 |
115 |
85. Söyüdlü |
50 |
180 |
139 |
319 |
86. Yuxarı Qatırlı |
46 |
290 |
238 |
528 |
87. Cüvənli |
25 |
133 |
93 |
226 |
88. Turabı |
70 |
172 |
165 |
337 |
89. Mirzəxan |
219 |
110 |
98 |
208 |
90. Süki |
39 |
197 |
168 |
356 |
91. Pirsax |
56 |
291 |
232 |
523 |
92. Əkərək |
72 |
371 |
287 |
658 |
93. Qamışlı |
35 |
340 |
290 |
630 |
94. Aşağı Qatırlı |
21 |
136 |
129 |
267 |
95. Çinçavad |
12 |
110 |
92 |
202 |
96. Qaçın |
35 |
317 |
212 |
529 |
97. Ağdaş |
46 |
218 |
192 |
410 |
98. Ağabəy |
27 |
135 |
116 |
251 |
99. Dəmirsıxan |
83 |
447 |
396 |
843 |
100. Qaracoran |
53 |
412 |
367 |
779 |
101. Yanlı |
31 |
322 |
267 |
589 |
102. Aokosa |
50 |
431 |
319 |
750 |
103. Siçanlı |
50 |
375 |
298 |
673 |
104. Daşlıca |
47 |
219 |
201 |
420 |
105. Kiriağac |
40 |
217 |
209 |
426 |
106. Müçə |
100 |
492 |
387 |
879 |
107. Erqov |
93 |
476 |
367 |
843 |
cəmi qəza üzrə |
5 493 |
21 889 |
19 458 |
41 347 |
Eçmiədzin qəzası |
I-Milis sahəsi |
108. Molla Dursun |
35 |
172 |
148 |
320 |
109. Hacılar |
29 |
130 |
118 |
248 |
110. Girəmnə |
26 |
71 |
59 |
130 |
111. Əyarlı |
70 |
176 |
177 |
353 |
112. Ağca-Qala |
72 |
228 |
192 |
420 |
113. Aramlı |
30 |
90 |
72 |
162 |
114. Zeyvə |
108 |
352 |
270 |
622 |
115. Kəlanlı |
159 |
388 |
380 |
768 |
116. Qarğabazar |
129 |
370 |
318 |
688 |
117. Kəzli-Kəmərli |
89 |
225 |
186 |
411 |
118. Səfiabad |
29 |
138 |
105 |
243 |
119. Qaraqoyunlu |
74 |
240 |
232 |
472 |
120. Aramlı |
39 |
198 |
172 |
370 |
121. Pətrınc |
75 |
286 |
240 |
526 |
122. Ayranlı |
35 |
110 |
105 |
215 |
123. Tos |
83 |
224 |
196 |
420 |
124. Yanbanqara |
388 |
1379 |
1038 |
2417 |
II-Milis sahəsi |
125. Kiçik kənd |
32 |
175 |
195 |
370 |
126. Pərsi |
42 |
180 |
143 |
323 |
127. Təkiyə |
145 |
382 |
343 |
725 |
128. Pərni |
173 |
509 |
497 |
1006 |
129. Axıs |
74 |
195 |
170 |
365 |
130. Zeynəl-buxaq |
45 |
150 |
145 |
295 |
131. Kətəkli |
24 |
120 |
122 |
242 |
132. Uşi |
190 |
760 |
620 |
1380 |
133. Nəzrəvan |
68 |
290 |
263 |
553 |
134. Əngersək |
25 |
114 |
95 |
209 |
135. Qana-buxaq |
18 |
120 |
91 |
211 |
136. Qatır |
270 |
130 |
78 |
208 |
137. Qaracoran |
65 |
201 |
194 |
395 |
138. Kürd-əli |
27 |
75 |
60 |
135 |
139. Amamlı |
82 |
310 |
78 |
208 |
140. Tuxunəbi |
52 |
201 |
178 |
379 |
141. Əkərək |
99 |
352 |
377 |
629 |
142. Erqov |
70 |
160 |
120 |
280 |
III-Milis sahəsi |
143. Yuxarı Kərxun |
213 |
608 |
545 |
1153 |
144. Aşağı Kərxun |
120 |
328 |
297 |
625 |
145. Şorkənd |
62 |
210 |
198 |
408 |
146. Türkmənli |
54 |
250 |
260 |
510 |
147. Molla-Bədəl |
52 |
168 |
167 |
335 |
148. Əqdis-Arx |
110 |
364 |
356 |
720 |
149. Kərim-Arx |
353 |
825 |
875 |
1700 |
150. Armudlu |
42 |
152 |
157 |
309 |
151. İqdalı |
143 |
446 |
434 |
880 |
152. Canfəda |
218 |
690 |
628 |
1318 |
153. Yuxarı Qulubəyli |
42 |
171 |
115 |
286 |
154. Aşağı Qulubəyli |
40 |
296 |
222 |
518 |
155. Saatlı |
43 |
128 |
119 |
247 |
156. Qamışlı |
24 |
126 |
112 |
247 |
157. Meto-Qalo |
19 |
190 |
174 |
364 |
158. Qatırabad |
30 |
310 |
285 |
595 |
159. Rəçdər |
66 |
130 |
96 |
226 |
160. Pəznki |
32 |
138 |
126 |
264 |
161. Xocayar |
27 |
123 |
113 |
236 |
IV-Milis sahəsi |
162. Pərtikan |
64 |
278 |
218 |
496 |
163. Primələk |
82 |
140 |
121 |
261 |
164. Şeyx-Qərni |
38 |
220 |
190 |
410 |
165. Karvansaray |
85 |
120 |
90 |
210 |
166. Aralıq |
62 |
196 |
162 |
358 |
167. Quludərviş |
48 |
185 |
172 |
357 |
168. Əşnək |
145 |
349 |
328 |
677 |
169. Talın |
59 |
282 |
148 |
430 |
170. Mehriban |
140 |
290 |
243 |
533 |
171. İrind |
45 |
120 |
119 |
239 |
172. Yuxarı Qaranovmaz |
70 |
210 |
184 |
394 |
173. Aşağı Qaranovmaz |
42 |
137 |
116 |
253 |
174. Aşağı Ağcaqala |
115 |
165 |
150 |
315 |
175. Sabunçu |
32 |
93 |
72 |
165 |
176. Yuxarı Qala-Küt |
18 |
24 |
26 |
50 |
177. Aşağı Qala-Küt |
17 |
47 |
48 |
95 |
178. Axankçı |
44 |
165 |
162 |
327 |
179. Qəzbin |
21 |
47 |
53 |
100 |
180. Qaraqulu |
18 |
59 |
49 |
108 |
181. Susuz |
18 |
47 |
43 |
90 |
182. Knik |
19 |
43 |
48 |
91 |
183. Mustafato |
60 |
147 |
132 |
289 |
184. Bozbur (kürd) |
32 |
98 |
67 |
165 |
185. Aylanlı |
100 |
157 |
149 |
300 |
186. Seyran-qışlaq |
15 |
40 |
43 |
83 |
187. İlan-qışlaq |
12 |
30 |
28 |
58 |
188. Udfan |
90 |
175 |
125 |
300 |
189. Bayramlı |
12 |
44 |
38 |
82 |
190. Qədim-bəşir (kürd) |
32 |
98 |
67 |
165 |
191. Yuxarı Ağcaqala |
100 |
157 |
149 |
308 |
cəmi qəza üzrə |
5979 |
18967 |
16658 |
35625 |
Yenibəyazət qəzası |
I-Milis sahəsi |
192. Ərzəkənd |
80 |
295 |
298 |
593 |
II-Milis sahəsi |
193. Ağzibər |
116 |
413 |
342 |
755 |
194. Bığlı |
112 |
338 |
320 |
658 |
195. Ağqala |
62 |
218 |
206 |
424 |
196. Əyrivəng |
96 |
380 |
326 |
706 |
197. Hacı-Muğan |
130 |
530 |
504 |
1034 |
198. Rəxşənkənd |
72 |
253 |
226 |
779 |
cəmi qəza üzrə |
668 |
2427 |
2222 |
4649 |
cəmi quberniyada dağıdılmış və əhalisi tərk etmiş 198 kənd |
15155 |
53581 |
47045 |
100626 |
Əhalinin sayı ilə bağlı verilən məlumatlar 1908-ci ilin Qafqaz təqvimindən götürülmüşdür.
Nəzərə alsaq ki, 10 il ərzində əhali 30% artıb və yuxarıda göstərilən rəqəmə "34374" əlavə etsək alınar 135.000
Büronun sədri (imza)
Katib (imza)
Əsli ilə düzdür: İnformasiya Şöbəsinin Müdiri, Azərbaycanın Gürcüstandakı Diplomatik nümayəndəsi (imza)
================================================================================
DAXİLİ İŞLƏR NAZİLİYİNİN DƏFTƏRXANASINDAN ERMƏNİLƏR VƏ ERMƏNİSTAN RESPUBLİKASININ QOŞUNLARI TƏRƏFİNDƏN QARABAĞIN MÜSƏLMAN ƏHALİSİ ÜZƏRİNDƏ TÖRƏDİLƏN ZORAKILIQLAR BARƏSİNDƏ ÇIXARILIŞ
(80№-li işdən 1918., Dördüncü bölmə.)
1.Ermənilər tərəfindən Molla vilayətlilərin bütün mal-qarasının qovulub aparılması və çoban Əsgər xanın əsirliyə alınması haqqında Gəncə qəzasının Zeyvə icmasının kəndxudası Kərim Əliyə Məmmədoğlunun raportu.
2.Ermənilərin burada (Zəngəz.qəzası) Andranikin olmasından istifadə edərək, tez-tez müsəlman kəndlərinə basqınlar etmələri, soyğunçuluqlarla məşğul olaraq, hamını cinsindən və yaşından asılı olmayaraq öldürmələri haqqında Zəngəzur qəza rəisi Məlik-Namaz-Əliyevin Raportu.
3.Zəngəzur qəza rəisinin 3№li, 12 ""ya 1918- il tarixli Raportu. Ermənilərin Andralinikin başçılığı altında basqınları haqqında: Rut, Darabas, Aqadu, Vaqudu kəndlərində və müsəlmanların qarışıq yaşadığı Arıklı, Şükür, Məlikli, Pulkənd, Şəki, Qızılcıq Qara-Kilisi, İrlik, Paxlilu, Darabas, Kürdlər, Xotanan, Sisyan, və Zabazadur kəndlərinin müsəlman hissələri yandırılıb. Qaça bilməyən kişi, qadın və uşaqlardan ümumilikdə 500 nəfər öldürülüb. Əsir düşən qoca erməninin sözlərinə görə Andranik kəndi yerli (zəngəzur) ermənilərinin xahişinə əsasən yandırıb.
3. Gəncə Qəza Rəisinin 12 settyabr 1918- ci tarixli 2565№li raportu.
Erməni respublikasının qoşun başçısı "Yapon"ləğəbli ermənin rəhbərliyi altında Şərur-Dərələyəz müsəlman rayonunun darmadağın edilməsi və 9-cu sahənin Türkiyədən gələn qaçqın ermənilər üçün təmizlənməsi barədə müsəlman əhaliyə xəbərdarlığın edilməsi.
4. Gəncə quberniya dəftərxanasının 12 noyəbr 1918-ci il tarixli, 7562№li təliqəsi. Andranik tərəfindən 9-cu sahənin müsəlman əhalisinin tərk silah edilməsi və vergilərin yığılması barədə.
5. Tərtərdən qəza rəisi Məlik-Abbasovdan 108 №li 24 noyabr 1918-ci il tarixlə teleqram.
500 nəfərdən ibarət əsgərlərlə Dövlətli və Bazarkənd ermənilərinin Quturlulara basqın edərək, ümumi dəyəri 1,2milyon rubl həcmində taxılla və bir çox başqa əmlaklarla yüklənmiş 210 öküz və atların aparılması barəsində. Ağdərə erməniləri isə qalayçirlilərin 83 baş malını qaçırdıb apardı.
6. Gəncə Qubernatorunun 24 noyabr 1918-cu il tarixli, 60 nömrəli teleqramı.
Keçmiş Novobayazit qəzasının 9-cu sahəsində Toxuca kəndinin erməni qoşunları tərəfindən bombalanması və Qazax qəzasının 4-cü sahəsində həmin erməni qoşunlarının şkixlilərdən təslim olumasını tələb etmələri barədə.
8.Gəncə Qubernatorunun 8 dekab 1918-ci il tarixli, 8459 №li təqdimatı.
Erməni quldurlarının Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzur qəzalarındakı talanları və hər cürə vəhşilikləri barəsində.
9.Gəncə Qubernatorunun 13 dekab 1918-ci il tarixindən 161 №li teleqramı.
Cəbrayıl və Zəngəzur qəzalarında müsəlman kəndlərinə ermənilərin kütləvi hücumları və hər şeyin yandırılıb kül edilməsi, hamının qılıncdan keçirilməsi barədə.
Dekabrın 10-da Ariş kəndinə basqın ediblər, mal qaranı qaçırdıb, yerli əhalini atəşə tutublar. Dekabrın 11-də Şuşanın altındakı yolda ermənilər qətl hadisəsi törədib, quldurluq edib, poçtu dağıdıblar.
10. Zəngəzur qəza rəisinin II de-çabr 1918-ci il tarixli teleqramı.
Müsəlmanların ingilis-fransız nümayəndəliyinin xəbərdarlığı nəticəsində öz mövqelərini tərk etmələrinin arxasınca Andranikin komandanlığı altında erməni qoşunlarının qəfildən hücuma keçərək, qonşu müsəlman kəndlirinə basqın etməsi, yerli dinc əhalini cinsindən və yaşından asılı olmayaraq kəsib-doğraması, meyitlərin ələ salınması, dekabrın 9-da 12-dən yuxarı kəndin od vurulub yandırılması, 10 qadının hal hazırda erməni əsirliyində olması barədə.
11. Andranikin dəstəsinin yerli ermənilərlə birlikdə Zəngəzurda müsəlman kəndinə Qalandərəsində hücum edərək, müsəlmanları qırıb tökməsi və vəhşiliklər törətməsi barədə Gəncə Qubernatorunun 14 dekabr, 1918-ci il tarixli, 70 №-li əmri.
12.Zəngəzur Qəza Rəisinin 26 oktyabr 1918-ci il tarixli 655 №-li raportu. Ermənilərin müsəlman kəndlərinə basqınları barədə.
1. Gəncə Qubernatorunun 11 dekabrdan 303 nömrəli teleqramı. - Zəngəzur Qəza Rəisinin məlumatına görə dekabrın 19-da Andranikin dəstəsi yerli ermənilərlə birlikdə 9-cu sahədə Nuavord kəndini mühasirəyə alıblar, müsəlmanların formal surətdə tamamilə qırılıb qurtarılması həyata keçirilir. Darası yaxınlığında əvvəlki kimi döyüş gedir.
2. Cəbrayıl və Zəngəzur qəza rəisi Namazaliyevdən teleqram.
İngilis-Fransız nümayənədləri çıxıb getdikdən sonra dekabrın 10-da ermənilər müsəlmanların Şəbədiyə və beşinci sahənin başqa kəndlərinə hücum etdilər. Əsir ermənilər belə ifadə verirlər ki, bütün hadisələrin günahkarı Andranikdir: çaya qədər bütün torpaqları o, Ermənistana birləşdirmək qərarına gəlib, buna görə də döyüşdən boyun qaçırdan erməniləri asır. Kim-Dərəsi yanında döyüşlər gedir.
3. Gəncə Qubernatorunun 19 dekabr 1918-ci il tarixli, 8979 №li təqdimatı.
Cəbrayıl Qəza Rəisinin göndərdiyi məlumata görə ermənilər hərbi əməliyyətlara hazırlaşırlar. Qüvvələri Şuşaya tərəf çəkərək, onlar müsəlmanlara hücum edirlər. Zəngəzurun böyük bir hisəsi qırılıb məhv edilmişdir. Erməni quldur dəstələri kəndləri dağıdır, talayır, insanları öldürür, mal-qaranı qaçırdırlar.
Şuşa Qəza rəisinin göndərdiyi məlumata görə ermənilər müsəlman kəndlərini mühasirələrə alırlar.
4. Cəbrayıldan 28 dekabr, 1918-ci il tarixli 225 №-li teleqram. Naxçıvan və Ordubad şəhərlərinin sakinlərindən: İravandan gələn 25 min erməni 8 müsəlman kəndini mühasirəyə alıblar, silahları müsadirə ediblər, əhalini özlərinə tabe etdiriblər. Zəngəzur erməniləri də bizə hücum edib.
5. Zəngəzur Qəza Rəisinin 26 noyabr, 1918-ci il tarixli raportu.
Ermənilərin Sisyan mahalının müsəlmanlarını qırıb qurtardıqdan sonra başqa yaşayış sahələrində müsəlmanları qırmaqda davam edirlər.
Mehri dərəsinin erməni dəstələri müsəlmanların kəndlərini darmadağın edib, talan etdilər - 70 dım., Tey -75 dım., Mülk - 30 dım., dım., Bənövşə-Puş -5 dım., Tağamir -25 dım., -100 dım., və Vartapuzur-II -60 dım. Və sakinlərdən 200 nəfəri doğradılar, təzə məlumatlara görə isə artıq ermənilər Əliyanlı kəndinə hücum ediblər. Orada döyüşlər gedir. Ondan başqa ermənilər müsəlman kəndlərinə üç məntəqədə hücum ediblər: 1) Avənsürə, 2) Dərili icması, 3) Razdarda.
6. Gəncə Qubernatorunun 26 sentyabr 1918-ci il tarixli 5623 №li təqdimatı.
Cavanşir qəzasının Yuxarı və Aşağı erməni kəndlərinin sakinləri özlərindən aşağıda yaşayan müsəlman kəndlərinin əhalisinə kanalın yuxarı hissəsindəki təmir işlərini aparmağa imkan vermirlər.
1919 il, iş №65, IV Şöb.
19. İrəvan Quberniyasının Novobəyazit qəzasının Daşkənd sakinlərinin xahişnaməsi. Məşədi Qasım Hacı Kərim oğlu və Böyük ƏliHacı Mirzə Ələkbər oğlundan Daxili İşlər Nazirinin adına, 23 yanvar, 1919-cu ildən.
Ermənistan hökuməti qoşunlu məmurların timsalında müsəlman kəndlərindən: - 1) Zağalı, 2)Daşkənd, 3)Zor, 4)Hüseynqulu Ağalu, 5)Sarıal, 6) Böyük- Qaraqoyunlu, 7) Kiçik-Qara-Qoyunlu, Aşağı Narçomor, 9) Təzə Kəti, 10)Kəlbaşı-II, 11) Kama-bəlal, 12)As-Kdisa, 13)Zoranbil, 14) İnakə-Dağ, 15) Sultan-Əli-Qışlağı, 16)Oğruca, 17) Böyük-Möhrə, 18) Bala-Möhrə, 19) Kəsəmal, 20)Şişxaş, 21) Sadana-xaç və 22) Qızıl-Paykanı soyub talayaraq, əhalini dilənçi gününə qoyması haqqında. Qoşunlar hər kəndə beş altı gün qalaraq, hər şeyi tar-mar edib qurtardıqdan sonra o biri kəndlərə basqına keçirlər.
Sonuncu evinə kimi aşağıdakı kəndlər yandırılıb:1) Örkülü, 2) Alçalu, 3) Kəminlu, 4) Yarbuzlu, 5) Qanlu, 6) Kərkibaş, 7) Çixirlu, Kefli-Kürdü və 9)Böyük Mazrı.
1919 il, iş №18, IV Şöb.
20. Gəncə Qubernatorunun 6 yanvar 1919-cu il tarixli 152/10 №li teleqramı.
Zəngəzur Qəzasının müdiri teleqraf edir ki, ingilis-fransız missiyasının Gorusa gəlməsinə baxmayaraq, ermənilər bütün qəza boyu müsəlman kəndlərinə hücum edirlər, sakinləri doğrayır, əmlaklarını talan edir, evlərini yandırırlar. Basqınlar nəticəsində aşağıdakı kəndlər talan edilib və yandırılıb: Razdərə, Askarla, Valyələr. Kiçiklu, Sobi və başqa kəndlər isə atəşə tutulurlar.
21. Gəncə Qubernatorunun Ordubad şəhərinin sakinlərindən Salman bəy Əsgərxanov, Məşədi Hüseyn İsmayılov və Mirzə cabbar Həsənəliyevin xahişnaməsinə 22 dekabr 1918-ci il tarixli 9181 №li yazısı.
Xahişlə müraciət edənlər kəndləri talayan, viran qoyub yandıran və dinc əhalini qırıb öldürən Andranikdən və erməni qoşunlarından şikayət edirlər.
22. Azərbaycan Poçt-Teleqraf Dairəsinin teleqramı ilə Gəncə Qubernatorunun 28 dekabr 1918-ci il tarixli 9403 №li təqdimatı.
Dövlət teleqraf xətlərinin zədələnməsi, təmir işləri aparan adamların işlərinə ermənilər tərəfindən mane olunması və onların atəşə tutulması barədə.
23. Cavanşir qəza rəisinin Gəncə Qubernatoruna 6 dekabr 1918-ci il tarixli 1200 №li məlumatı. Dekabrın birinə keçən gecə ermənilər Qarapirullu kənd sakini cümşüd Bəy Belibəyovun yatağına basqın edərək, onun 1350 baş qoyununu və 4 atını qovub aparıblar.
Dekabrın 2-də Dovtanlu kəndinin erməniləri elə həmin kəndin müsəlman əhalisini mühasirəyə alaraq, talayıblar, üç nəfəri öldürüblər, qalanları qaça biliblər; yenə dekabrın ikisində Qalyataq ermənilərinin quldur dəstəsi Sırxavənd kəndinə hucum edərək, 122 baş buynuzlu mal-qaranı, 48 baş keçini qovub aparıblar; elə həmin kəndin quldur dəstəsi qalyataqlı, canyataqlı və kaseptli ermənilərdən daha da gücləndirilmiş tərkibdə iki dəfə Qalayçılar kəndinə basqın edərək, 105 baş buynuzlu mal-qaranı sürüb apardı. Ümumiyyətlə ermənilər sistemli surətdə quberniyanın dağlıq hissəsindən müsəlmanları sıxışdırıb çıxarmağa çalışırlar.
24. Zəngəzur Qəza Rəisinin 114 №-li teleqramı: Andranikin başçılığı altında ermənilər tərəfindən, ingilis-fransız missiyasının vədlərinin əksinə olaraq, otuzdan yuxarı müsəlman kəndi yandırılaraq məhv edilib, əmlakları isə qarət edilmişdir. Kəndin qaçmağa macal tapmayan sakinləri vəhşicəsinə doğranılmışdır. Yanvarın 3-də belə bir məlumat alınıb ki, ermənilər 4-cü sahənin Razdar kəndini yerlə yeksan edərək tamamilə dağıtdılar, əhalinin bir hissəsini qırdılar. - Ermənilər bütün günahları Andranikin və onun qoşun dəstələrinin üstünə atırlar.
25. Zəngəzur qəza rəisinin Gəncə Qubernatoruna 15 dekabr 1918-ci il tarixli 745 №li raportu. Qonşu kəndlərin erməniləri müsəlman kəndlərindən Əlidərəni, Marzaqatı və Tuqutu darmadağın etdərək, od vurub yandırdılar; Nüvədi və Eynazur kəndləri isə hal-hazırda müharisəyə alınıb və atəş altındadır.
26. Tərtərdən teleqram, Cavanşir qəzasının Qəza Rəisindən, №9, 24 yanvar.
Yanvarın 19-da ağdərililər - ermənilərdən Yedigar Karapetov, Ambarsum Sarkisov naqravendli Alban Sadıq oğlunu öldürüb, soydular.
27. Ağdaşdan teleqram Zəngəzur Qəza müdirindən tarixsizdir yanvar ayından, 1919-cu il №349.
Kuşilu, Acılu, Arkazu, Aksarlu kəndləri ermənilər tərəfindən yanvar ayının ilk günlərində darmadağın edilib, Şaharçalan, Açaquz Oxçi kəndləri bir o qədər də uzun çəkməyən mühasirədən sonra ermənilər tərfindən ələ keçirdilib, tüfənglər yerli əhalidən yığışdırılıb.
Kirataq, Mollalu, Kovnu, Karabaği, Qabarlu, Kiçi, Başbaki, Mahmudlu, Keyddaşik, Kaqaçatu, Kururut, Qaçyap, Kire, Ağı-bacı kəndləri ermənilər tərəfindən mühasirəyə alınıb. Mühasidə Andranikin dəstəsindən yüz nəfərdən ibarət bölük iştirak edir.
28. Gəncə Qubernatorunun 3 yanvar 1919-cu il tarixli 80 №li teleqramı.
cəbrayıq Qəza Rəisi teleqraf vurur ki, Qara-kənd erməniləri yanvar ayının birində Ağdam-Karyaqino yolunda canlarını qurtarmaq üçün qaçan müsəlmanları qətlə yetiriblər.
29. Zəngəzur Qəza Rəisinin - Gəncə Qubernatoruna 29 dekabr 1918-ci il tarixli 809 №li raportu.
Aqarak kəndinin erməniləri müsəlman kəndi Xaştabı atəşə tutub, 60 baş iri buynuzlu mal-qaranı qovub aparıb, xaşdabalılardan bir nəfər öldürülüb, ikisi yaralanıb.
30. Zəngəzur qəza rəisinin General-Qubernatora 29 dekabr 1918-ci il tarixli 795 №li raportu. Acakənd, Arpagədik, Tesxarab və başqa erməni kəndlərinin sakinləri müsəlman kəndlərindən Dataqat və Firicana hu-m ediblər, onları atəşə tut-r, beş nəfəri öldürərək, 48 baş iribuynuzlu mal-qaranı və 25 keçini aparıblar.
31. Zəngəzur qəza rəisinin Gəncə Qubernatoruna 29 dekabr 1918-ci il tarixli 816 №li raportu.
Qonşu kəndlərin erməniləri mal-qaranı qovub aparmaq məqsədilə mamazi sürüsünə basqın ediblər, lakin geri otuzdurulublar.
32. Şuşa Qəza Rəisinin Gəncə Qubernatoruna 26 yanvar 1918-ci il tarixli 112 №li raportu.
Ermənilər, Doxraz və Qorov kəndlərinin sakinləri Abdal kəndinin sakinlərinə meşəyə odun dalınca getmələrinə və mal-qara otarmaqlarına əngəl törədərək və Armenak Baliyans adlı erməni dəstəsinə başçılıq edən komandir yerli əhalidən erməni qoşunları üçün 200 pud taxıl tələb edir.
33.Cavanşir Qəza Rəisinin (tarix yoxdur) dekabr 1919-ci il tarixli 44 №li teleqramı.
Yanvarın 3-də otuz nəfərdən ibarət erməni quldur dəstəsi başlarında cunya, Xaçatur və Bukan olmaqla Kəpəzlilərin heyvanını qaçırmağa cəhd edib, bir müsəlman yaralanıb, bir inək güllələnib.
34. Şuşa Qəza Rəisinin Gəncə-ts Qubernatoruna 28 yanvar 1919-cu il tarixli 165 №li raportu.
1918-ci il dekabrın 31-də Qarkənd kəndinin erməniləri tərəfindən iki müsəlman qətlə yetirilib və Ağdam-Karyagino teleqraf xətti zədələnib.
Quzey və Güney-Çartaz kəndlərinin erməniləri Veysəlli müsəlman kəndinin bağlarında bütün ağacları kəsib doğrayaraq, torpağı şumlayıblar.
1918-ci il, dekabrın 31-də 30 süvari və 100 piyadadan ibarət erməni dəstəsi başlarında Quzey-Çartaz kəndinin sakinləri Qaraxan Vakimov, Me-liksetem Babayev, Osip Xaçiyev və Güney-Çartazlı Arutyun Arutyunov olmaq şərtilə, Veysəlli icmasının kəndxudasına Tövlə-Düzü deyilən yerdə saman yığarkən hucum ediblər, atışma baş verib.
1919-cu ilin yanvar ayında ermənilər - Qoqa və Çirakuz kənd sakinləri böyük silahlı dəstələrlə Kovşatlu kəndinə basqın ediblər və araya atışma düşüb. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, İkinci polis sahəsinin erməniləri daima qonşu müsəlman kəndlərinə hucumlar edir, onları soyub talayırlar.
35. Gəncədən Gəncə Qubernatorunun 6 fevral 1919-ci il tarixli 136 №li teleqramı.
Ermənilər İrəvan Quberniyasının Novobəyazit qəzasının müsəlman kəndlərini soyub talayırlar, kişiləri öldürür, qadınları apararaq, zorlayıb buraxırlar.
36. Gəncə Qubernatorunun 14 fevral 1919-ci il tarixli 394 №li teleqramı.
311 nəfər müsəlman, Zağalı kənd sakinləri bəyan ediblər ki, yanvarın 28-də onların kəndləri erməni qoşunları tərəfindən məhv edilib, müsəlmanlardan 15 nəfər öldürülüb, sağ qalanları isə Azərbaycana qaçırlar.
37.Şuşa Qəza Rəisinin Gəncə Qubernatoruna 318 yanvar 1919-cu il tarixli 159 №li raportu., Günorta üstü saat 3-də, Nuker, Malıbəyli kənd sakini cəlal cümşüd oğlu Şuşadan Xaçdaş adlı yerə gedən yolda silahlı ermənilər tərəfindən soyulub, onun atı və arabasını ermənilər əlindən alıb, Daşkəndə aparıblar.
38. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 18 yanvar 1919-cu il tarixli 3 №li raportu.
11918-ci il dekabrın ermənilər 30-da Bollaraçur kəndinə oranı dağıtmaq məqsədi ilə basqın ediblər, lakin müsəlmanlar tərəfindən geri otuzdurulublar, bir müsəlman öldürülüb, ikisi yaralanıb və 40 baş iribuynuzlu mal qara, 20 baş xırda buynuzlu mal qara qovulub aparılıb.
39. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 18 yanvar 1919-cu il tarixli 2 №li raportu.
3-cü sahədə qonşu kəndin erməniləri Emzalu kəndinə basqın ediblər, onu atəşə tutublar, lakin geri otuzdurulublar.
40.Cəbrayıl Qəza Rəisinin Gəncə Qubernatoruna 8 yanvar 1919-cu il tarixli 21 №li raportu.
Birinci sahədə ermənilər, Edillu, Axillu və Kelerakuç kəndlərinin sakinləri, artıq yerli əhalisi onları daim hədələyən erməni qonşularının ucbatından atıb getdikləri Düdükçu kəndinin müsəlmanlar yaşayan hissəsini mühasirəyə alaraq, taladılar, darmadağın etdilər, yiyəsiz qalan əmlakı daşıdılar və qalanlara od vurub yandırdılar. Dəyən ziyan 355.665 rubla qədərdər.
41. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 28 yanvar 1919-cu il tarixli 180 №li raportu.
Beşinci sahədə Kiqi-Doralı dərəsində yerləşən Kirətağ, Kovşut, Qarabaş, Baharlu, Kiqi, Daşbaşı və başqa müsəlman kəndləri erməni quldur dəstələri və Andranikin dəstələrindən yüz nəfərdən ibarət bir bölüyün iştirakı ilə mühasirə vəziyyətində saxlanılmaqdarır. İkinci sahənin erməni kəndi Gerinzorun kənd yolunda pusqu quran ermənilər Ağarlu və Malxələf dərəsi ilə yol gedən müsəlmanları atəşə tuturlar.
42. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 4 fevral 1919-cu il tarixli 229 №li raportu.
4-cü sahənin pristavı tərəfindən Gük-Qışlaq kəndini sakinlərindən Abbas Cavad oğlu və Nəbi Nəcəfli və bir də Kedekli kənd sakini Niyazəli Şükür oğlu Katar zavodlarına ordakı erməni Milli Şurasına göndəriliblər. Onlardan yalnız döyülmüş və yaralanmış Niyazəli Şükür oğlu geri qayıdıb, iki nəfərinin isə aqibəti məlum deyil, onlar atları ilə birlikdə orada saxlanılıblar.
43. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 28 yanvar 1919-cu il tarixli 138 №li raportu.
3-cü sahədə ermənilər, Akarak və Qarababa kəndinin sakinləri bu il yanvarın 21-də Xoştabanlıların qoyun sürüsünə hücum edərək onu qovub aparmağa çalışıblar, lakin geri otuzdurublar.
44. Zəngəzur Qəza Rəisinin 21 yanvar 1919-cu il tarixli 94 №li raportu.
1981-ci il dekabrın sonunda Qaraçiman kəndi Akrak, Sirkatak v Ucanis erməni kəndləri tərəfindən darmadağın edilib, qeyd edirik ki, yeddi müsəlman öldürülmüşdür.
45. Cavad Qəza Rəisinin Gəncə Qubernatoruna 15 fevral 1919-cu il tarixli 301 №li raportu.
1919- ic yanvarın otuzunda can-Yataq və Gül-Yataq kəndlərinin sakinlərindən ibarət bir neçə silahlı erməni gənclərinin dəstəsi mal-qaranı qovub aparmaq məqsədilə Qalayçılar müsəlman kəndinə basqın edərək, hucuma keçiblər, lakin itkisiz geri otuzdurulublar.
46. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 4 fevral 1919-cu il tarixli 221 №li raportu.
İkinci sahənin Geranzur erməni kəndinini sakinləri silahlardan atəş açmaq gücünə Qaraqurdluları öz kəndindən qovaraq, onların bağlarındakı ağacları doğrayaraq, məhv edirlər, əhaliyə kəndə girib çıxmağa imkan vermirlər; bütün bunlardan başqa isə Malxala kəndinə Akara çayından gedən yolu aramsız olaraq bağlayırlar, müsəlmanların sərbəst gediş-gəlişinə əngəl törədirlər.
47. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 4 fevral 1919-cu il tarixli 222 №li raportu.
İkinci sahədə ermənilər, Dolqi və Xazabut kəndinin sakinləri Müsulmanyarlılarla atışmaya başlayaraq, həmin kəndin sakinlərinə məxsus 9 taya otu yandırdılar.
48. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 4 fevral 1919-cu il tarixli 231 №li raportu.
4-cü sahədə ermənilər, naməlum qonşu kəndlərin sakinləri, Karayan kənd sakini Eyvaz Heydər oğlunun otlaq sahəsinə hucum ediblər, onu öldürüb 16 baş iri buynuzlu mal-qarasını və bir eşşəyini qovub aparıblar.
Budan başqa ermənilər əvvəlki hucumları nəticəsində yiyəsiz qalmaş müsəlman kəndlərinə təkrar qayıdaraq, basqınlardan sağ qalan evləri dağıdırlar.
49. Zəngəzur Qəza Rəisinin 2 fevral 1919-cu il tarixli №li (nömrəsiz) dindiriş protokolu.
Dovorus kənd sakini Əmir Muxtar oğlu belə ifədə verib ki, o Dortalılı Əliyev Rüstəm oğlu ilə, müsəlman kəndləri dağıdılıb talan edildikdən sonra, Xotanam kəndinin ermənilərinin yanında nökərçiliyə qaldılar. Bu yaxınlarda ermənilər Gorusdan kəndi müsəlmanlardan təmizləmək barədə göstəriş alıblar - ya öldürmək, ya da ki, müsəlman rayonlarına qovmaq. Buna görə də onun yoldaşı Əliyev Rüstəmi öldürdülər, onu isə uşaq olduğu üçün rəhm etdilər, sonra isə o özü qaçıb canını qurtadı.
50. Gəncə Qubernatoru Q. Daxili İşlər Nazirinə 3 mart 1919-cu il tarixli, 2945 №li təqdimatı.
Məşədi İsa Musa Kərbala oğlunun və Qazax Qəza Rəisinin verdiyi məlumatdan göründüyü kimi erməni qoşunları Göycə gölünün şərq sahillərində yerləşən Basarkeçər rayonunun müsəlman kəndlərində mənzillərə yerləşdirilməyə başlanılıb. Bu proses həmçinin əhalinin əlindən hər şeyin: çörək ehtiyatlarının, mal-qaranın, yemlərin yığışdırılması ilə müşahidə olunur. Əhali naəlac bir vəziyyətdədir. Çarəsizlikdən etiraz edənləri ya oldürürlər, ya da ki, həbs edirlər.
51. Gəncə Qubernatorunun 2 mart 1919-cu il tarixli 352 №li teleqramı.
Novobəyazit qəzasının Daşkənli, Şorrica, Nevksiti, Siri Yaqub, Qaraqanlı, Blicə, Qayabaşı, və Qoşabulaq kəndlərinin sakinləri Məşədi Qasım, Abasəli Məhərrəm Tağı oğlu şikayət edirlər ki, erməni qoşunları onları mütamadil olaraq talayıb soyur, əllərində nə varsa hamısını - taxılı, yemi, silahı müsadirə edirlər; qızların və qadınların çoxu aparılıb, taleləri isə məlum deyil.
52.1919-cu ilin mart ayının altısında № 3162 ilə Gəncə Qubernatoruna təqdim edilən İravan Quberniyasının Novobəyazit qəzasının Göycə mahalının 26 kəndinin ərizəsi, bu ilin 2 mart tarixindən.,
1919-ci ilin fevral ayının 28-də müsəlman kəndlərinə romistr Silikov, kornet Xaçaturov və adyudantın dəstəsi gəldi və hər kənddən 750 pud taxıl, 100 pud ot tələb etdi; xalq bu miqdarda azuqələrinin olmaması üzündən biyarın götürlməsin xahiş edirdi; bu halda etirazlardan qeyzlənən Silikov qırmancla adamları döyməyə və söyüş söməyə başladı, o, hətta Zot kəndinin sakini Məci Süleyman oğlunu güllələdi, qalan zabitlər isə yenə dörd müsəlmanı güllələdi. Həyacanlanmış xalq hiddətlənərək, ermənilərin üstünə atılıb dörd zabiti və 15 əsgəri də öldürdülər. Bu hadisə Zod kəndində olub.
Martın 2-də ermənilər Qoşa-Bulaq, Taşkənd və Böyük-Mərzəni kəndini ələ keçirməyə cəhd göstərdilər.
53. Gəncə Qəza Rəisinin Gəncə Qubernatoruna 28 aprel 1919-cu il tarixli 1007 №li raportu.
Bu ilin aprel ayının 21-də Erkeç kəndindən 15 silahlı erməni Todan kənd icmasına məxsus altı camış, iki inək və bir atdan ibarət mal-qaranı sürüb apardılar, atışma baş verdi. Mal qara sürülüb aparılan günün səhərisi zərərçəkənlər Erkeç kəndinə yola düşdülər, mal-qaranın qaçırdılmasında əli olmuş cuma Ovanesyans, Saşa Mamikonov, Saşa Xaçaturyans və Kostya Mixayelyans zərərçəkənlərdən yalnız dörd camış və bir inək qaytərmaq üçün 200 rubl aldı.
Daxili İşlər Naxirliyi Dəftərxanasının 4-cü Bölməsinin Rəisi - imza.
Kargüzar - imza.
Düzgündür: Daxili İşlər Naxirliyi Dəftərxanasının Kargüzarı - imza.
============================================================================
16/19 avqust 1919-cu il.
Sülh Konfransının cənab Sədrinə.
Cənab sədr!
Azərbaycanın Sülh Nümayəndə Heyəti Parisdə Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətinin tanınması haqqında öz bəyanatı ilə Sülh Konfransı qarşısında çıxış etməyə növbə gözlədiyi bir vaxtda bizim ölkənin özündə mühüm hadisələr və proseslər baş verir, bunlar Sülh
Konfransının səlahiyyətinə daxil olmaqla, indinin özündə və həm də zorakılıqla Qafqaz Azərbaycanı ərazisinin və əhalisinin tərkibində köklü dəyişikliklər törədir.
Öz paytaxtından - Bakı şəhərində müntəzəm və tez-tez təliqələr almaq imkanından məhrum olan Azərbaycan Sülh Nümayəndə Heyəti yalnız sonuncu dəfə alınmış rəsmi xarakterli məlumatlardan Qars vilayəti, Erivan quberniyasının Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzalarının və İrəvan qəzasının bir hissəsinin kədərli taleyi - Qars vilayətində Ərdəhan dairəsi istisna olmaqla zorakılıq yolu ilə Ermənistan Respublikasının ərazisinə birləşdirilməsi barədə xəbər tutmuşdur.
Bütün bu torpaqlar türk qoşunları tərəfindən işğal edilmiş və onlar sülh bağlanana qədər orada qalmışdılar. Onlar çəkildikdən sonra Qars və Batum vilayətləri Tiflis quberniyasının Axaltsıq və Axalkalaki qəzaları ilə birlikdə Qars şəhərində müvəqqəti hökumət başda olmaqla, müstəqil Cənub-Qərbi Qafqaz Cümhuriyyəti yaratmışdılar. Bu müvəqqəti hökumət elə o vaxt çağırılmış parlament tərəfindən təşkil olunmuşdu.
Göstərilən vilayətlərin əhalisinin bu dərəcədə açıq ifadə olunmuş iradəsinə baxmayaraq, qonşu respublikalar xalqlların azad təyini-müqəddərat prinsipini pozaraq bir sıra cəhdlər göstərmiş və Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin bir hissəsini işğal etmiş və ən nəhayət buna nail olmuşlar ki, Qars parlamenti və hökuməti general Tomsonun dekreti ilə buraxılmış, hökumət üzvləri isə həbs olunaraq Batuma göndərilmişlər. Bu halda buraxılma və həbslər bununla əsaslandırılmışdır ki, Qars parlamenti və hökuməti guya, düşmən oriyentasiya tuturmuşlar. Yeri gəlmişkən qeyd edim ki, müttəfiq komandanlığı bu diyara marağı olan tərəfdən yanlış məlumatlandırılmışdır.
Bundan sonra, Qars vilayəti qaçqınların məskunlaşdırılması adı altında erməni və gürcü qoşunları tərəfindən tutulmuş, özü də vilayətin tutulması silahlı toqquşmalarla müşayiət olunmuşdur. Qars vilayətinin bu şəkildə tutulmasına öz vaxtında Azərbaycan hökuməti tərəfindən Ermənistan və Gürcüstan respublikalarının hökumətlərinə, habelə Qafqazdakı ingilis komandanlığına etiraz bildirilmişdir.
Qaçqınların öz yerlərinə qaytarılması işinə dərin ürək yanğımızı bildirməklə bərabər, Azərbaycanın xarici işlər naziri özünün bu il 30 aprel tarixli etirazında müttəfiq qoşunlarının cənab komandanına yazmışdır ki, qaçqınların qaytarılması, qaçqınların yerlərinə qaytarmağa çalışmaqdan çox, bu vilayəti zorakılıqla işğal etmək və orada möhkəmlənməyə can atan erməni hərbi qüvvələri tərəfindən deyil, ingilis qoşunlarının köməyi ilə baş verməlidir. Bu vilayətin Ərdahan dairəsi isə Gürcüstan tərəfindən tutulmuşdu, lakin onun hökuməti sonra oradan öz qoşunlarının çıxmasına sərəncam verdi. Qars vilayətiinn bu taleyinə Azərbaycan Respubilkası kənardan adi bir tamaşaçı kimi baxa bilməz və baxmamalıdır.
...Bununla yanaşı, unutmaq olmaz ki, məhz bu yaxın keçmişdə (1877-ci ilə qədər) Türkiyəyə mənsub olan Qars vilayətində ermənilərin müsəlmanlara münasibəti həmişə pis olmuşdur. Son müharibə zamanı isə bu münasibətlər 1914-cü ilin dekabrında türk qoşunları müvəqqəti olaraq Ərdahan dairəsini, Ərdahan şəhərini və Qars vilayətinin bir hissəsini tutanda baş verən hadisələrlə bağlı bərk kəskinləşdi, türklər geri çəkildikdən sonra rus qoşunları müsəlman əhalisini oddan və qılıncdan keçirərək məhv etməyə başladılar.
Məsum müsəlman əhalisinin başına gətirilən bu qanlı hadisələrdə də ermənilər bəzi yerlərdə açıq düşmənçilik münasibətlərini büruzə vermiş, bəzi yerlərdə məsələn, hətta Qars və Ərdahan şəhərlərində, nəinki kazakları müsəlmanlara qarşı təhrik etmiş, həm də özləri müsəlmanları amansızcasına kəsib-doğramışlar.
Bütün bu xüsusatlar, əlbəttə, Qars vilayəti müsəlmanlarının erməni hakimiyyətinin idarəsi altında sakit, müştərək həyatı haqqında danışmağa imkan vermir.
Bunu dərk edərək, vilayətin müsəlman əhalisi özü nümayəndələr göndərməklə və yazılı xahişlər etməklə, son vaxtlar dəfələrlə Azərbaycan hökumətinə ərizələrlə müraciət etmişlər ki, onlar ermənilərin hakimiyyətinə tabe ola bilməzlər və tabe olmayacaqlar, ona görə də vilayətin Azərbaycan Cümhuriyyətinin ərazisinə birləşdirilməsini xahiş edirlər...
...Bundan sonrasında, bu vilayətin taleyi aydınlaşdırılana qədər, ədalət naminə onda müttəfiqlərin üsul-idarəsinin qurulması və ilkin olaraq vilayətdən müttəfiqlərə aidliyi olmayan bütün hərbi qüvvələrin çıxarılması zəruridir.
Azərbaycan Cümhuriyyəti Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzalarının və İrəvan quberniyasının bir hissəsinin Ermənistan hökumətinin idarəsinə verilməsi ilə də eyni dərəcədə razılaşa bilməz.
Hələ bu il aprelin sonlarında, sözügedən verilmənin təzə-təzə güman edildiyi vaxt, Azərbaycan hökuməti buna dair Müttəfiq qoşunların Qafqazdakı komandanına qəti etirazını bildirmişdi. Buna baxmayaraq, belə bir verilmə hər halda baş verdi və sadalanan rayonlar hazırda Ermənistan Respublikası hökumətinin idarəsi altındadır.
Bu xüsusat Azərbaycanın Sülh Nümayəndə Heyətinin öz hökumətinin tapşırığına əsasən bəyan etməyə məcbur edir ki, heyətimiz yuxarıda ifadə olunan etirazı qızğınlıqla dəstəkləyir.
O, belə görür ki, Azərbaycanın ərazilərinin ayrılmaz hissəsinin idarəsinin başqasına verilməsi ilə Azərbaycan Cümhuriyyətinin Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzalarının və İrəvan quberniyasının bir hissəsinə olan şübhə doğurmayan hüquqlarının açıq şəkildə pozulmasına yol verilmişdir. Bu aktla daimi anlaşılmazlıqlar və hətta yerli müsəlman əhalisi ilə Ermənistan Respublikası arasında toqquşmaların mənbəyi yaradılır.
Adı çəkilən rayonlar Azərbaycanın köklü əhalisi ilə eyni xalqı, eyni milliyyəti, təşkil edən, təkcə dininə görə deyil, həm də etnik tərkibinə, dilinə, mənəviyyatına və məişətinə görə tamamilə yekcins müsəlman-azərbaycanlılarla məskundur.
|
müsəlman-azərb. |
ermənilər |
başqaları |
Naxçıvan |
62,5 |
36,7 |
0,8 |
Şərur-Dərələyəz |
72,3 |
27,1 |
0,4 |
Sürməli |
68,0 |
30,4 |
1,6 |
İrəvan |
60,0 |
37,4 |
2,4 |
Bu torpaqların mənsubiyyətinin Azərbaycanın xeyrinə həll olunması haqqında məsələni həll etməkdən ötrü, müsəlmanlar və ermənilər arasında nisbəti müqayisə etmək kifayətdir.
Beləliklə, müsəlman-azərbaycanlılar nəinki əhalinin yarısından çoxdur, hətta Şərur-Dərələyəz qəzasında 72,3% təşkil edirlər. İrəvan qəzasına münasibətdə bu qəzanın əhalisinə dair rəqəmlər götürülmüşdür. Lakin Ermənistan hökumətinin idarəsinə verilmiş və Vedibasar və Millistan rayonlarından ibarət olan hissəsində əhalinin 90%-dən çoxunu müsəlman əhali təşkil edir.
Bu, İrəvan qəzasçının "vanlılar", "sasunlular" və s. kimi ən müxtəlif adlar daşıyan erməni hərbi hissələri tərəfindən ən çox ziyan çəkmiş hissəsidir, onlar Andranik bandaları sayaq uşaqlara və qocalara mərhəmət göstərmədən müsəlman əhalini kəsib-doğrayır, bütöv kəndləri oda qalayır, kəndləri toplardan və zirehli qatarlardan atəşə tutur, müsəlman qadınların namuslarına təcavüz edir, öldürülənlərin qarınlarını yırtır, gözlərini çıxarır, bəzən isə meyitləri yandırır, onlar bütün əhalinin var-yoxunu talan edir, eşidilməmiş vəhşiliklər törədirlər.
Bu sıradan Vedibasar rayonunda biabırçı bir fakt məlumdur: erməni dəstələri Qaraxaç, Kadısu, Qarabağlar, Ağasıbəyli, Dəhnaz kəndlərində bütün kişiləri qılıncdan keçirdikdən sonra, bir neçə yüz gözəl ərli qadını və qızı seçib-götürərək onları erməni "döyüşçülərin" sərncamına vermişlər. Sonuncular erməni vəhşiliklərinin bu bədbəxt qurbanlarını Azərbaycan hökumətinin etirazından sonra, işə hətta erməni parlamenti qarışdıqdan sonra belə xeyli öz yanlarında saxlamışdılar.
Bu rayonların, eləcə də Naxçıvan, Şərur-Dərələyəz və Sürməli qəzalarının müsəlman əhalisinin Ermənistan hökumətinin idarəçiliyini qəbul etmək iqtidarında olmadıqları çoxsaylı nümayəndə heyətləri göndərmələri və yazılı müraciətlər etmələrindən görünür. Onlarda adı çəkilən yerlərin müsəlmanları Azərbaycan hökumətinə yalvarırlar ki, bu torpaqları onlar üçün doğma olan Azərbaycana birləşdirsin, bildirirlər ki, erməni hakimiyyətini qəbul etməkdənsə, ölməyə hazırdırlar.
Vəziyyətin belə bir şəkildə olduğu halda adı çəkilən rayonların Ermənistan Respublikası hökumətinin idarəçiliyinə verilməsi - köklü əhalinin bir hissəsinin digərindən qoparılmasına razılaşmaq deməkdir, bu o deməkdir ki, canlı orqanizmin bir hissəsinin kəsilməsinə razılıq verirsən.
Buna Azərbaycan Cümhuriyyəti hökuməti öz razılığını verə bilməz və üstəlik də, sadalanan qəzalar Azərbaycanın tərkib hissəsi olaraq Azərbaycan hökumətinin idarəsi altında olmuşdur, yerli müsəlman əhalisi həmişə ona can atmışdır, Ermənistan respublikasının hökuməti isə bu rayonlara idarəçilik mənasında indiyədək heç bir iddiada bulunmamışdır.
Gətirdiyimiz mülahizələrə əsasən, Azərbaycan Cümhuriyyəti hökumətinin tapşırığı üzrə bu etiraz notasını Sülh Konfransına təqdim etməklə, Azərbaycan nümayəndə heyəti Konfransdan Qafqazdakı Müttəfiq komandanlığının təmsilçiləri vasitəsi ilə belə bir sərəncam verilməsini xahiş edir:
1. Müttəfiqlərə aidiyyəti olmayan bütün hərbi hissələr Qars vilayəti ərazisindən çıxarılsınlar və bu vilayətdə onun taleyi haqqında məsələ həll edilənə qədər onun dinc sakinlərinin arzu və istəklərinə cavab verən idarəçilik tətbiq olunsun.
2. Naxçıvan, Sürməli, Şərur-Dərələyəz qəzalarının və İrəvan quberniyasının bir hissəsinin idarəsi Azərbaycan Cümhuriyyəti hökumətinin əlində saxlanılsın.
(imza) (möhür yeri)
============================================================================
SSRİ Nazirlər Soveti Qərar № 4083
23 dekabr 1947-ci il. Moskva, Kreml
Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında.
əlavə 10/ III- 48-ci il. № 754
SSRİ Nazirlər Soveti qərarı alır:
1. 1948-1950-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı əhalisi, onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-ci ildə köçürülsün.
2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın:
a) kolxozçular və digər azərbaycanlı əhalisi arasında Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülənlərə dövlət tərəfindən təqdim edilən şəraitin və güzəştlərin izah edilməsini təşkil etsinlər;
b) köçürülən kolxozçularla onların getməsinə 10 gün qalmışdan gec olmayaraq işlənmiş əmək günləri üzrə kolxozların istehsal planlarında nəzərdə tutulmuş miqdarda tam hesablaşmanı təmin etsinlər;
c) köçürülənlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal-qaranın və quşların daşınmasını təmin etsinlər.
3. Nazirliklərin və idarələrin, təsisatların və müəssisələrin rəhbərlərinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən şəxsləri işdən azad etsinlər.
4. Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhali üçün aşağıdakı imtiyazlar müəyyən edilisin:
a) köçürülmələrə dövlət hesabına ödənişsiz gediş, hər ailəyə 2 tona qədər miqdarda mal-qara və əmlak aparılması imkanı verilsin;
b) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozçulara SSRİ MİK və Xalq Komissarlığı Sovetinin 17 noyabr 1937-ci il tarixli 115/2043 saylı: "Kənd təsərrüfatı köçürülməsi üzrə güzəştlər haqqında" qərarı, məcburi süd tədarükü üzrə güzəştlər istisna olmaqla, aid edilsin;
c) köçürülən ailələr gedərkən ailə başçısına 1000 manat və hər ailə üzvünə 300 manat miqdarında qaytarılmayan pul müavinəti verilsin;
d) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş ailələrə məskunlaşma yerlərində nəğd hesabla ailə başçısına 1,5 sentner və hər ailə üzvünə 0,5 sentner ərzaq taxılı satılsın.
5. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhaliyə çıxdıqları yerlərdə tədarük təşkilatlarına dəyişmə qəbzləri ilə kənd təsərrüfatı məhsullarını (taxıl, kartof), habelə karantin şərtlərinə görə aparılması qadağan olunan mal-qaranı məskunlaşdırıldıqları yerlərdə həmin miqdarda məhsul və mal-qara alınması hüquqi ilə təhvil verməyə icazə verilsin.
6. Kənd Təsərrüfatı bankına tapşırılsın:
a) Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülənlərin ehtiyacı olanlarına yaşayış evləri və həyətyanı binalar tikilməsi üçün alındıqdan üç il sonra başlayaraq 10 il müddətində qaytarılmaqla bir təsərrüfata 20 min manata qədər məbləğdə kredit versin;
b) ehtiyacı olan köçürülənlərə mal-qara almaq üçün hər ailəyə 3 min manat məbləğində 5 il müddətinə, alındıqdan üç il sonra ödəməyə başlamaqla uzunmüddətli borclar versin.
7. Yollar Nazirliyinə tapşırılsın:
a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri üzrə azərbaycanlı əhalinin, onların əmlakının və mal-qarasının Azərbaycan SSR-ə təchiz olunmuş və dezinfeksiya edilmiş vaqonlarda xüsusi tərtib edilmiş eşelonlarla daşınmasını təmin etsin;
b) köçürülənlərin çıxdıqları yerlərdə Yollar Nazirliyinin, Azərbaycan SSR Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafikə uyğun olaraq vaqonlar üçün ödəniş alınmadan yol idarəsi tərəfindən vaqonların verilməsini həyata keçirsin. Azərbaycanlı əhalinin daşınmasına görə pul hesablaşmaları dəmir yolu idarəsinin təqdim etdiyi hesablar üzrə aparılsın.
8. SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, bütün köçürülənlərin çıxış yerlərində tibbi baxışdan keçirilməsini, habelə onların getdikləri yolda tibbi-sanitariya xidmətini təmin etsin. Eşelonların müşayiət edilməsi üçün şəxsi heyət və lazımi dərmanlar ayırsın.
9. SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsinin təmin edilməsi üçün Azərbaycan SSR-n 1948-ci il üçün büdcəsində zəruri xərcləri nəzərdə tutsun.
10. Ermənistan SSR Nazirlər Sovetinə və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, bu Qərarı icra etmək məqsədilə bir ay müddətində Ermənistan SSR-dən köçürülən əhalinin köçürülməsi və Azərbaycan SSR-in Kür-Araz ovalığında yerləşdirilməsinin təmin edilməsi üzrə konkret tədbirlər işləyib hazırlasın və onlar barədə SSRİ Nazirlər Sovetinə məlumat versin.
11. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq onların azad olunmuş tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-ə gələn xarici ölkələrin ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin.
SSRİ Nazirlər Sovetinin sədri İ. Stalin.
SSRİ Nazirlər Sovetinin İşlər müdiri A. Çadayev.
============================================================================
SSRİ Nazirlər Soveti Qərar № 4083
23 dekabr 1947-ci il. Moskva, Kreml
Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında.
əlavə 10/ III- 48-ci il. № 754
SSRİ Nazirlər Soveti qərarı alır:
1. 1948-1950-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı əhalisi, onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-ci ildə köçürülsün.
2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın:
a) kolxozçular və digər azərbaycanlı əhalisi arasında Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülənlərə dövlət tərəfindən təqdim edilən şəraitin və güzəştlərin izah edilməsini təşkil etsinlər;
b) köçürülən kolxozçularla onların getməsinə 10 gün qalmışdan gec olmayaraq işlənmiş əmək günləri üzrə kolxozların istehsal planlarında nəzərdə tutulmuş miqdarda tam hesablaşmanı təmin etsinlər;
c) köçürülənlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal-qaranın və quşların daşınmasını təmin etsinlər.
3. Nazirliklərin və idarələrin, təsisatların və müəssisələrin rəhbərlərinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən şəxsləri işdən azad etsinlər.
4. Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhali üçün aşağıdakı imtiyazlar müəyyən edilisin:
a) köçürülmələrə dövlət hesabına ödənişsiz gediş, hər ailəyə 2 tona qədər miqdarda mal-qara və əmlak aparılması imkanı verilsin;
b) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozçulara SSRİ MİK və Xalq Komissarlığı Sovetinin 17 noyabr 1937-ci il tarixli 115/2043 saylı: "Kənd təsərrüfatı köçürülməsi üzrə güzəştlər haqqında" qərarı, məcburi süd tədarükü üzrə güzəştlər istisna olmaqla, aid edilsin;
c) köçürülən ailələr gedərkən ailə başçısına 1000 manat və hər ailə üzvünə 300 manat miqdarında qaytarılmayan pul müavinəti verilsin;
d) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş ailələrə məskunlaşma yerlərində nəğd hesabla ailə başçısına 1,5 sentner və hər ailə üzvünə 0,5 sentner ərzaq taxılı satılsın.
5. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhaliyə çıxdıqları yerlərdə tədarük təşkilatlarına dəyişmə qəbzləri ilə kənd təsərrüfatı məhsullarını (taxıl, kartof), habelə karantin şərtlərinə görə aparılması qadağan olunan mal-qaranı məskunlaşdırıldıqları yerlərdə həmin miqdarda məhsul və mal-qara alınması hüquqi ilə təhvil verməyə icazə verilsin.
6. Kənd Təsərrüfatı bankına tapşırılsın:
a) Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülənlərin ehtiyacı olanlarına yaşayış evləri və həyətyanı binalar tikilməsi üçün alındıqdan üç il sonra başlayaraq 10 il müddətində qaytarılmaqla bir təsərrüfata 20 min manata qədər məbləğdə kredit versin;
b) ehtiyacı olan köçürülənlərə mal-qara almaq üçün hər ailəyə 3 min manat məbləğində 5 il müddətinə, alındıqdan üç il sonra ödəməyə başlamaqla uzunmüddətli borclar versin.
7. Yollar Nazirliyinə tapşırılsın:
a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri üzrə azərbaycanlı əhalinin, onların əmlakının və mal-qarasının Azərbaycan SSR-ə təchiz olunmuş və dezinfeksiya edilmiş vaqonlarda xüsusi tərtib edilmiş eşelonlarla daşınmasını təmin etsin;
b) köçürülənlərin çıxdıqları yerlərdə Yollar Nazirliyinin, Azərbaycan SSR Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafikə uyğun olaraq vaqonlar üçün ödəniş alınmadan yol idarəsi tərəfindən vaqonların verilməsini həyata keçirsin. Azərbaycanlı əhalinin daşınmasına görə pul hesablaşmaları dəmir yolu idarəsinin təqdim etdiyi hesablar üzrə aparılsın.
8. SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, bütün köçürülənlərin çıxış yerlərində tibbi baxışdan keçirilməsini, habelə onların getdikləri yolda tibbi-sanitariya xidmətini təmin etsin. Eşelonların müşayiət edilməsi üçün şəxsi heyət və lazımi dərmanlar ayırsın.
9. SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsinin təmin edilməsi üçün Azərbaycan SSR-n 1948-ci il üçün büdcəsində zəruri xərcləri nəzərdə tutsun.
10. Ermənistan SSR Nazirlər Sovetinə və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, bu Qərarı icra etmək məqsədilə bir ay müddətində Ermənistan SSR-dən köçürülən əhalinin köçürülməsi və Azərbaycan SSR-in Kür-Araz ovalığında yerləşdirilməsinin təmin edilməsi üzrə konkret tədbirlər işləyib hazırlasın və onlar barədə SSRİ Nazirlər Sovetinə məlumat versin.
11. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq onların azad olunmuş tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-ə gələn xarici ölkələrin ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin.
SSRİ Nazirlər Sovetinin sədri İ. Stalin.
SSRİ Nazirlər Sovetinin İşlər müdiri A. Çadayev.
=============================================================================
AZƏRBAYCANLILARIN ERMƏNİSTANDAN KÖÇÜRÜLMƏSİ (DEPORTASİYASI)
İkinci dünya müharibəsindən sonra Sovet İttifaqının Türkiyəyə qarşı ərazi iddiaları, habelə bu prosesdə ermənilərin fəal iştirakı nəticədə azərbaycanlıların taleyində faciəli hadisələrə səbəb oldu.
1945-ci ilin noyabrında ÜİK (b) P MK siyasi bürosu xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qayıtmasına (repatriasiyasına) icazə verdi və 2 dekabrda SSRİ Xalq Komissarları Sovetinin müvafiq qərarı mətbuatda dərc edildi. Belə addım, Sovet rəhbərliyinin Türkiyəyə qarşı ərazi iddialarını əsaslandırmağa çalışması ilə əlaqədar idi. İ.Stalin Ermənistana təxminən 300-400 min erməni köçürərək, sonra bütün dünyaya bəyan etmək istəyirdi ki, bəs ermənilər öz vətənlərinə qayıtmışlar, lakin onların yaşaması üçün yer yoxdur.
SSRİ-nin Türkiyənin şərq vilayətlərinə aid iddiaları V.Molotov tərəfindən Türkiyə səfiri S.Sarperlə 7 və 18 iyun 1945-ci il tarixli danışıqlarında səslənmişdi. Təcili surətdə SSRİ-nin Türkiyədən qoparmağa hazırlaşdığı ərazilərin sahələri ölçülməyə başlandı, müvafiq xəritələr tərtib edildi, həmin ərazilərin Ermənistan və Gürcüstan arasında bölünməsi üzrə iş aparıldı. SSRİ Xarici İşlər Komissarlığında 1945-ci ilin avqustunda hazırlanmış sənədə uyğun olaraq Türkiyədən ümumi sahəsi 26 min kv. kilometr olan ərazi qopartmalı idilər. 20,5 min kv. km Ermənistanın, 5,5 min kv. km Gürcüstanın payına düşürdü. Müharibədən qalib çıxmış Sovet İttifaqı Türkiyədən Qarş və Ərdəhan ərazilərini alacağına o qədər əmin idi ki, Siyasi Büro hansısa A.Koçinyanı Ermənistan Kommunist Partiyasının Qarş vilayət komitəsinin katibi vəzifəsinə təsdiq etmişdi.
Lakin Türkiyənin öz torpaqlarının müdafiə edilməsində qətiliyi Sovetlərin planlarını pozdu. Bundan əlavə, Sovet İttifaqı Ermənistana lazımi sayda xarici ölkədə yaşayan erməni köçürə bilmədi. 1947-ci ildə müxtəlif ölkələrdən Sovet Ermənistanına köçürülmüş (repatriasiya edilmiş) ermənilərin sayı yalnız 60 min nəfər təşkil edirdi. Onlar da, buradan vəziyyəti görüb bütün vasitələrlə xaricə qayıtmağa çalışırdılar. İş o yerə çatdı ki, yüzlərlə erməni dövlət sərhədlərini pozaraq Türkiyəyə qaçdılar.
Bu vəziyyətdə, köçürülmüşlərin (repatriantların) mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onlara torpaq vermək məqsədilə 23 dekabr 1947-ci ildə azərbaycanları Ermənistandan köçürmək (deportasiya etmək) barədə qərar qəbul etdi. Bu zaman köçürülənlərin evlərini, həyətlərini, təsərrüfatlarını əllərindən zorla alırdılar. Sibirə və Qazaxıstana sürgün edilənlər kimi, onlara da özlərilə ilk zərurət şeyləri götürməyə icazə verirdilər.
Yerli azərbaycanlı əhalinin bu köçürülməyə münasibəti necə idi? O dövrün mətbuatı baş verənləri çox xoş tonlarda şərh edirdi. Lakin bizə belə gəlir ki, 3 mart 1948 il tarixində Ermənistanın SSR Daxili İşlər Nazirliyinin hazırladığı və nazir Qriqoryanın imzaladığı Ermənistan azərbaycanlı əhalisi arasında "Azərbaycan SSR-ə qarşıdakı köçürülmə ilə əlaqədar əhval-ruhiyyə haqqında" arayış azərbaycanlıların bu böyük faciəyə münasibətini daha dəqiq əks etdirir.
Bir vaxtlar köçürülmüş (deportasiya edilmiş) xalqlar bu gün öz problemlərini Avropa Şurasının müzakirəsinə çıxarmalarını nəzərə alaraq, bu nadir tarixi sənədi oxucuların diqqətinə təqdim edirik.
* * *
TAMAMİLƏ MƏXFİDİR
ARAYIŞ
Ermənistanın azərbaycanlı əhalisi arasında Azərbaycan SSR-ə qarşısındakı köçürülmə ilə əlaqədar əhval-ruhiyyə haqqında.
Azərbaycanlıların Ermənistandan Azərbaycan SSR-ə köçürülməsi haqqında hökümətin qərarının rəsmi elan edilməsinə hələ çox qalmış Ermənistan SSR-in əhalisi arasında bu barədə səslər dolaşmağa başladı və bu tədbirin məqsədlərinin hər cür düzgün olmayan şərhləri törəyirdi.
Bizim tərəfimizdən azərbaycanlıların yeni yaşayış yerinə köçmək istəmədikləri barədə çoxsaylı mülahizələri, onların bəzilərinin qəbiristanlıqlara gedərək orada doğmalarının qəbirləri üstündə ağlamaları və köçürülməmələri üçün dua etmələri faktları müəyyən edilmişdir.
Habelə kolxozçuların tarla işlərinə çıxmaması, öz meyvə bağlarını qırması, yaşayış evlərini və yardımçı tikililərini dağıtması faktları da qeyd olunmuşdur.
O barədə də məlumatlar daxil olmuşdur ki, düşmən elementlər bu mənfi əhval-ruhiyyədən istifadə edir, antisovet təşviqatı aparır və köçürülməni SSRİ ilə Türkiyə arasında müharibə olan halda Sovet hakimiyyətinin azərbaycanlılara inanmaması hərəkəti kimi şərh edirlər.
Hökümətin əhalinin azərbaycanlı hissəsinin Ermənistandan Azərbaycan SSR-ə köçürülməsi haqqında qərarı rəsmi elan ediləndən və sovet-partiya təşkilatları tərəfindən həmin tədbirlərin məqsədləri aydınlaşdırılandan sonra vəziyyət xeyli yaxşılaşlaşmışdır, xüsusən, ovalıqda yerləşən Vedi və Zəngibasar rayonlarında azərbaycanlıların mümkün qədər tez Azərbaycan SSR-ə köçmək arzulamaları müşahidə edilir.
Lakin bizə daxil olan xüsusi qaydalı məlumatlardan bəlli olur ki, Ermənistan SSR-in əhalisinin azərbaycanlı hissəsi arasında mənfi əhval-ruhiyyə davam edir, bu xüsusilə respublikanın izahat işləri qeyri-qənaətbəxş aparılmış dağ rayonlarında: Basarkeçərdə, Amasiyada, Sisianda və digərlərində müşahidə olunur.
Sərhədin arxasında qohumluq əlaqələri olan bəzi antisovet əhval-ruhiyyəli elementlər köçürülməyə öz narazılığını bildirərək qeyri-qanuni Türkiyəyə keçmək niyyətlərini söyləyirlər.
Səciyyəvidir ki, qarşıdakı köçürülmə barədə elan edilən və bu tədbirin məqsədləri aydınlaşdırılan zaman kolxozçuların yığıncaqlarında iştirak edənlərin hamısı hökümətin bu qərarını yekdilliklə alqışlamışlar və özlərinin köçməyə hazır olduqlarını bəyan etmişdilər, sonra isə şəxsi söhbətlərdə çoxları öz əhatəsində bu tədbirə narazılığını bildirmişdir.
Bu əhval-ruhiyyə, bir tərəfdən, qeyri-qənaətbəxş izahat işləri nəticəsində davam etməkdədir və digər tərəfdən ona görə ki, Ermənistanın yüksək dağlıq rayonlarında yaşayan azərbaycanlılar Azərbaycan SSR-in ovalıq rayonlarına köçmək istəmir ki, guya orada iqlim şəraiti onlar üçün əlverişsiz olacaqdır.
Bundan əlavə, köçürülməsi nəzərdə tutulan azərbaycanlıların daşınmaz əmlakının dəyərinin ödənilməsi yaxud onlara həmin əmlakı fərdi qaydada satmaq üçün icazə verilməsi məsələsi indiyə kimi həll edilməmişdir.
Bu və bir sıra digər məsələlərin həll edilməsi üçün çoxları rayonlardan Yerevana gəlirlər, lakin cavab ala bilmirlər, çünki Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəsi Məmmədov yoldaşın xəstəliyilə əlaqədar olaraq Ermənistan SSR-də Köçürmə İdarəsinin işi demək olar ki, özbaşına getmişdir.
Aşağıda azərbaycanlıların qarşıdakı köçürülmələrilə əlaqədar söylədikləri narazı fikirlərin və həmin tədbirə əhalinin erməni hissəsi tərəfindən münasibətin bəzi səciyyəvi faktlar göstərirlər:
1. Amasiya rayonu üzrə Amasiya MTS traktoristi Hüseynov Məmməd Ələsgər oğlu traktoristlər Məmmədov Abbasa, Əmirov Meşədiyə və Təmrahov Mövsümə tapşırmışdı ki, bu il yaz əkinini keyfiyyətsiz aparsınlar, çünki məhsulu ermənilər yığmalı olacaqlar, onlara isə bu məhsuldan heç nə çatmayacaq.
Kiçik Təpəgöy kəndinin sakini Qafar Əhməd oğlu öz həmkəndlilərilə söhbətdə demişdir: "Bizi - azərbaycanlıları, hamımızı Ermənistandan köçürəcəklər, təsərrüfatınızı isə xarici ermənilərə verəcəklər".
Həmin kəndin sakini İsmayılov Yusif Əhməd oğlu öz həmkəndliləri: Əhmədov İsmayıl, İsmayılov Qafar və Əhmədov Hümbət ilə söhbətində demişdir ki, "Azərbaycanlıların Ermənistandan köçürülməsi SSRİ ilə Türkiyənin qarşısındakı müharibəsilə əlaqədardır, hücum edən tərəf Türkiyə olacaqdır".
Məhərdəcuq kəndinin sakini Məmmədov Mehət Mahmud oğlu və Daşkərin kəndinin sakini İsmayılov Ramazan Ələkbər oğlu (keçmiş hərbi əsir) də öz həmkəndlilərilə söhbətlərdə azərbaycanlıların qarşındakı köçürülməsini SSRİ ilə Türkiyə arasında gözlənilən müharibə ilə izah etmişlər.
Quzukənd kəndinin sakini İsmayılov Xan Əhməd oğlu kolxozçularla söhbətində demişdir: "Deyirlər ki, köçürülmə könüllü surətdə olacaq. Bu doğru deyil. Bizimlə də Axalkalakidəki azərbaycanlılarla etdikləri kimi rəftar edəcəklər: dəmir yolu vaqonlarına mindirəcək və Qazaxıstana göndərəcəklər. Qəfildən olmaması üçün hazırlaşmaq lazımdır…".
Kiçik Təpəgöy kəndinin sakini Əhmədov İsmayıl öz həmkəndlilərilə söhbətdə demişdir: "Leninakanda deyirlər ki, bizi, - azərbaycanlıları - 24 saat ərzində Qazaxıstana sürgün etməlidirlər, lakin nə vaxt - hələ heç nə məlum deyil…".
Çivinli kəndinin sakinləri: Məmmədov Knyaz Məmməd oğlu, Əliyev Mirzə Qurban oğlu və Əşirov Məmməd kolxozçularla söhbətdə demişlər: "Tezliklə bizi köçürəcəklər, lakin nədənsə bu barədə bir dəfəyə deməkdən qorxurlar. Görünür, düşünürlər ki, kolxozçular Türkiyəyə gedərlər…Nə etməli, bilmirəm. Mən axmaq oldum, çoxdan Türkiyəyə getmədim, indi isə sən istədiyin yerə yox, sənə haranı desələr, oraya köçməlisən".
Adı çəkilən kəndin kolxoz idarə heyətinin sədri Kərimov Əli kolxozçularla söhbətdə demişdir: "azərbaycanlıların Ermənistandan Azərbaycana köçürülməsi barədə əbəs yerə məsələ qaldırılırdı. Kolxozçuların çoxu getmək istəmir".
İbiş, Daşkərin və Çivinli kəndlərində Məmmədov Bayram Abdulla oğlu, Allahverdiyev Əli Abdulla oğlu və Məmmədova cəər İrza qızı, habelə digərləri öz evlərini sökürlər və tikinti materiallarını satırlar.
2. Zəngibasar rayonu üzrə Zəngilər kəndinin sakini Namazov Sultanəli Rəhim oğlu kəndin kolxozçuları ilə söhbətdə demişdir: "Mən Qaraqışlaq kəndində olmuşam, orada MK nümayəndəsi toplantıda bəyan etdi ki, bizi - azərbaycanlıları Ermənistandan ona görə köçürürlər ki, bizim yerlərimizdə repatriant erməniləri yerləşdirsinlər".
Bununla əlaqədar adı çəkilən kəndin bir çox kolxozçuları işə çıxmadılar və kolxoz sədrinin - niyə işə çıxmırsınız sualına cavab verdilər: "Əgər ermənilər bizi Ermənistandan köçürürlərsə, biz nə üçün və kim üçün işləməliyik".
Baxgilər kəndinin sakini Yusubova Gülli Abbas qızı demişdir: "Bizi köçürmək, əmlakımızı və heyvanlarımızı repatriant ermənilərə vermək istəyirlər. Sakinlərin bəziləri artıq mal-qaranı satmağa və kəsməyə başlamışlar. Mən də inəyimi satmışam".
Həmin kənddə kolxozçular: Davıdov Kubış, Məmmədov Aloş, Abdullayev Abdulla, Həsənov Həsən, Taşev Sabo, Əliyev Yusif və Məmmədov Abbas işə çıxmaqdan imtina etmişlər.
Göy Hümbət kəndində kolxozçular Əliyev Abbas və Rəhimov İsmayıl kolxozun dəftərxanasının yanında söhbətdə belə demişlər: "Biz kolxozda əbəs yerə işləyirik. Bütün zəhmətimiz ermənilərə qalacaq. Ümumiyyətlə ermənilərlə yaşamaq çətindir, çünki onlar bizi sıxışdırırlar və hətta kolxozda bizə yararlı iş vermirlər".
Xırda Dəmirçi kəndinin sakini Mirzəyev Meşədi Teymur İskəndər oğlu kolxozçulardan Məmmədov Əlinin, Həsənov Abduləlinin, Kərimov Qulamın və başqalarının yanında demişdir: "Azərbaycanlıları Ermənistandan ona görə köçürmürlər ki, onların yerində repatriant erməniləri yerləşdirsinlər, ona görə köçürürlər ki, Türkiyə və SSRİ arasında müharibə zamanı sovet hakimiyyəti bizə etibar etmir. Bizim köçürülməyimizin başlıca səbəbi bax budur, çünki müharibə olarsa, sərhəd rayonlarında yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyəyə keçəcəkdir".
Rəncbər kəndində kolxozçu Nəsirov İbrahim Muxtarov Seyidlə, Təhmazov Əsgərlə, cəfərov Mahmudla və digərlərilə söhbətdə edmişdir: "Ermənistandan 1950-ci ilə kimi bütün azərbaycanlıları mütləq köçürəcəklər. Bunu ona görə edirlər ki, sovet hakimiyyəti, türklərin hücumundan qorxaraq Türkiyə ilə sərhədin yaxınlığında yaşayan azərbaycanlılara inanmır. Bu birincisi və ikincisi, Sovet Ermənistanı xaricdə yaşayan bütün erməniləri toplamaq istəyir ki, Sovet hökümətindən asılı olmayan dövlət yaratsın".
Həmin Nəsirov (keçmişdə qolçomaq) kolxozçuların yanında demişdir: "Ermənistan K(b)P MK keçmiş katibi A.Xancyanın planı üzrə dünyanın hər tərəfindən bütün ermənilər buraya gəlməli və Naxçıvanı Ermənistana birləşdirməli idirlər, bütün azərbaycanlıları isə Ermənistandan Azərbaycana köçürülməlidirlər. Bu yaxınlarda mən eşitdim ki, Ermənistan höküməti Naxçıvanı Ermənistana birləşdirməyi tələb etmişdir, lakin Azərbaycan höküməti rədd cavabı vermişdir".
Şurakənd kəndində keçmiş hərbi əsir Məmmədov Həmid (Türkiyədə qohumları var) kolxozçularla söhbətdə demişdir: "Məgər ermənilər və azərbaycanlılar dost kimi yaşaya bilərmi? Tarixdə ermənilər və azərbaycanlılar arasında düşmənçilik həmişə olmuşdur və sonralar da olacaqdır. Odur ki, ermənilər azərbaycanlıları Ermənistandan köçürməyi qərara almışlar. Mən şəxsən artıq evimi sökmüşəm ki, məndən sonra o heç kimə qalmasın".
Şurakənd kəndi kolxozunun sədri Əliyev Hümbət rayon mərkəzində kəndə gəlib kolxoz femasına daxil olmuş və kolxozçulara demişdir: "Azərbaycandan komissiya gəlibdir və yaxın günlərdə bütün azərbaycanlıları Ermənistandan köçürməlidirlər. Köçürmənin ləngiməsi yalnız onunla əlaqədardır ki, Ermənistan K (b) P MK katibi kolxozların əmlakını, fermaları Azərbaycana verməyə razı olmadı. Əgər razı olsaydı, onda köçürmə məsələsi çoxdan həll edilmişdi".
Kolxoz sədri H.Əliyevin belə bəyanatı ilə əlaqədar kolxozçular ruhdan düşdülər və işə çıxmadılar, bu zaman deyirdilər: "Əgər biz zəhmətimizin sahibi olmayacayıqsa, onda əbəs yerə niyə işləməliyik?"
Şurakənd, Zəngilər, Kelanlı, Ağamzalı və digər kəndlərdə kolxozçuların işə çıxmaması halları qeyd olunmuşdur. Bu kəndlərdə ayrı-ayrı kolxozçular öz həyətyanı sahələrində meyvə ağaclarını kəsmişlər.
Onların çoxu dövlət vergilərini ödəmədən imtina edirlər. Zəngilər kəndinin sakini Süleymanov Seyfulla (sürgündən 1947-ci ildə qayıtmışdır) kolxoz tövləsində öz həmkəndlilərinə demişdir: "Artıq bizim Ermənistanda yaşamağımıza dəyməz. Əgər müharibə başlansa, ermənilər bizim hamımızı kəsib doğrayacaqlar, bizim tezliklə Azərbaycana köçməyimiz yaxşıdır".
Sarıcalar kəndinin sakini Xəlilov Xəlil Abuzər oğlu (1942-ci ildə fərariliyə görə məhkum edilmişdir) demişdir ki: "Bizim kolxozçular əbəs yerə vergi ödəyirlər, onsuz da bizi köçürəcəklər. Sovet höküməti xalqı tam soydu. Bolşeviklərin siyasəti yalan üstündə qurulmuşdur və mənə belə gəlir ki, bizi Azərbaycana yox, Sibirə köçürəcəklər, bizim əmlakımız isə dövlətin mənafeyinə keçərək" .
3. Vedi rayonu üzrə Yanvar və fevral ayları ərzində Böyük Vedi kəndinin sakinləri Abdullayeva Tərlan, Məmmədova Ürbabə və Məmmədov Xuda Baxşı oğlu evlərini sökmüşlər, Eyvazov Mikayıl, Əkbər Məmmədəli oğlu, Əliyev Bilal, Zeynalov Hüseyn, Kələşov Oruc, Rza Əli və digərləri isə öz həyatyanı sahələrində meyvə ağaclarının bir hissəsini məhv etmişlər.
Həmin kəndin sakinləri arasında, məsələn, Əliyev Hümbət, Kərimov Əkbər, Kərimov canbaxış və digərləri kimiləri öz ev əmlakını satmışlar.
Taynan kəndinin sakini Məmmədov Kərim pəyəsini sökmüşdür, Şiyazlı kənd sakini Qurbanov Qurban isə öz mənzilinin bir otağını dağıtmışdır.
Geravan kəndindən Mustafayev Hüseyn Bəşir oğlu 2 nəfər ailə üzvü ilə və Mustafayev İsmayıl 3 nəfər ailə üzvü ilə Naxçıvan MSSR-ə özbaşına daimi yaşamağa getmişlər.
Qeyd etmək lazımdır ki, bu rayonda azərbaycanlı əhali arasında köçürülmə əhval-ruhiyyəsi xüsusilə güclüdür və bu ondan görünür ki, bu ilin aprelin 28-ə kimi 9915 nəfərdən köçməyə icazə verilməsi barədə ərizə daxil olmuşdur, halbuki, plana görə 1948-ci ildə Azərbaycan SSR-ə cəmi 500 nəfər köçürülməsi nəzərdə tutulmuşdu.
4. Basarkeçər rayonu üzrə Çırçaqlı kəndində, Türkiyənin Sovet İttifaqına müharibə elan etmiş və bununla əlaqədar olaraq azərbaycanlıları köçürmələri barədə yayılmış provokasiya nəticəsində fevral ayında üç gün ərzində kolxozçular işə çıxmamışlar.
Rayonun bir sıra kəndlərində (Daşkənd, Çırçaqlı, Zod) belə şayiə yayılmışdır ki, guya K (b) P rayon komitəsinin katibi Musayev yoldaş, rayon icraiyyə komitəsinin sədri Məmmədov yoldaş və digər azərbaycanlı məsul işçilər ermənilərlə əvəz edilmişlər.
Bu provokasiyalı şayiələr nəticəsində Zod kəndinin kolxozçuları işə səhlənkar yanaşmağa başlamışlar. Bu kəndin kolxozçularının əhval-ruhiyyəsinə partiya təşkilatçısı Nəsirov Qurzəli Həmid oğlunun və kənd sovetinin sədri Hacıyev Bala Əsgər oğlunun kənddən getməsi xüsusilə mənfi təsir etmişdir; həmin şəxslər Azərbaycan SSR-ə qarşısındakı köçürülmə üçün özlərinə yer axtarmağa getmişlər.
Şişqaya kəndində kolxozçuların xeyli hissəsi Azərbaycan SSR-ə köçmək istəmədikləri barədə qəti bəyan edirlər.
Artaşat, Qarabağlar, Oktembryan, Qafan, Meqri və Sisian rayonlarının azərbaycanlı əhalisi arasında da qeyri-sağlam söyləmələr qeyd olmuşdur. Belə ki, məsələn:
Meqri rayonun Vartanidzor kənd sovetinin sədri Həmidov Abdulla, ona verilmiş - niyə suvarma kanalı çəkilmir sualına, belə cavab vermişdir "Biz niyə çəkməliyik ki, "axparlara" qalsın?"
Artaşat rayonu Darğalı kəndində 20 azərbaycanlı ailəsi yaşayır, hamısı belə demişlər: "Bizə nə olur, olsun, biz heç cür halda Darğalı kəndindən getməyəcəyik".
Həmin rayonun Axund Baovand kəndində də azərbaycanlılar deyirlər ki: "Buradan heç yerə getməyəcəyik, qoy bizi burada, yerimizdə öldürsünlər".
Qafan rayonu Siznak kəndinin kolxoz sədri Tağıyev Bəşir, özünün Azərbaycana köçmək istəmədiyini ifadə edərək, həmkəndlilərilə söhbətdə belə demişdir: "Doğma kənddə ölmək, yeni yerə köçməkdən yaxşıdır".
Sisian rayonu Urut kəndi sakini ÜİK (b) P üzvü İsgəndərov Salman öz yoldaşları ilə söhbətdə demişdir ki, o, sovet vətəndaşı kimi, Sovet İttifaqının istənilən yerində yaşamaq hüququna malikdir və öz evini, mülkiyyətini və vətənini atmaq niyyətində deyil və Stalin Konstitusiyasına uyğun olaraq onu başqa yerə köçməyə məcbur etməyə heç kimin hüququ yoxdur.
Adı çəkilən kəndin kolxozunun mühasibi Fərzəliyev Qüvvət də həmin ruhda fikir söyləmiş və demişdir ki, o, Azərbaycana köçmək istəmədiyi barədə Stalin yoldaşa yazmışdır.
Sisian rayonun comərdli kəndində yaşayan ÜİK (b) P üzvü Qurbanov cəlal, kolxozçuların bütün iştirak edənlər Azərbaycana köçürülmək istədiklərini yekdilliklə bəyan etdikləri toplantısından sonra həmkəndlilərilə söhbətdə demişdir: "Çoxları Azərbaycanda necə isti olduğunu bilmir. 1918-1919-cu illərdə biz azərbaycanlılar Ermənistandan Naxçıvana qaçmışdıq. O vaxt biz 14 nəfər idik, iki ildən sonra üçümüz qaldıq. Qalan 11 nəfər istidən və xəstəliklərdən öldülər. Bu Naxçıvandır, Mingəçevirdə isə daha pisdir. Bizim çox-çox qurbanlarımız olacaq".
Yuxarıda göstərilən rayonun Aravyus kənd sakini Qəniyeva Əsli demişdir: "Əgər mən öz milliyyətimi dəyişdirsəm və erməni yazdırsam, onda mən Ermənistanda qala və Mingəçevirə köçürülməyə bilərəmmi?"
Azərbaycanlıların Ermənistandan köçürülməsinin səbəbləri barədə erməni əhalisi arasında da, ayrı-ayrı şəxslər tərəfindən bəzən millətçi xarakterli müxtəlif dedi-qodular qeyd edilmişdir.
Belə ki, məsələn:
Ermənistan SSR Sosial Təminat Nazirliyinin Tədris-sənaye kombinatının ayaqqabı texnologiyası müəllimi Arakelyan Minas Aristakesoviç demişdir: "Azərbaycanlıların Ermənistandan köçürülməsi məsələsi şübhəsizdir. İlk növbədə Araz və Axuryan çaylarının sahillərində yaşayan azərbaycanlılar köçürüləcəklər, sonra azərbaycanlıların Yerevan şəhərindən köçürülməsi başlanacaq. Sərhəd rayonları kəndlərinin ilk növbədə azərbaycanlılardan azad edilməsi tamamilə anlaşılır, çünki onlar dövlət sərhədini tez-tez pozurlar, Türkiyə isə onlardan öz casusluq yuvalarını yaradır".
Yerevan şəhəri sakini Mesropyan Yervand öz qonşusu ilə söhbətdə demişdir: "Azərbaycanlıları yalnız Ermənistandan yox, həm də Naxçıvan MSSR-dən köçürmək və onu Ermənistan ərazisinə birləşdirmək lazımdır".
Yerevan şəhərində yaşayan, 6 il azadlıqdan məhkum edilmiş Axverdyan Levonun arvadı Ordyan Şura Arutyunovna öz qonşularına - xarici ermənilərə demişdir: "Tezliklə Türkiyə, İngiltərə və Amerika SSRİ əleyhinə müharibəyə başlayacaqlar. Odur ki, Ermənistan ərazisində yaşayan azərbaycanlıları arxaya, yəni Azərbaycana köçürürlər. Siz xaricdə yaşayan qohumlarınıza yazın ki, onlar Ermənistana gəlməsinlər".
Kirovakan şəhərində yaşayan, Fransadan gəlmiş, keçmişdə daşnak olmuş, Smbat adlı şəxs bir qrup erməninin iştirak etdiyi yerdə demişdir: "Daşnaklar bir vaxt Naxçıvan MSSR-in Ermənistana birləşdirilməsi məsələsini qoymuşdurlar, lakin bu baş tutmadı. İndi isə həmin məsələni qoymaq vaxtıdır, çünki Ermənistanda torpaq azdır".
Yerevan, Leninakan və digər şəhərlərdə də ayrı-ayrı şəxslər tərəfindən buna bənzər fikirlər söylənməsi müəyyən edilmişdir.
Ermənistan SSR Daxili İşlər naziri
general-mayor (Qriqoryan)
№ 01/3745
3 may 1948-ci il, Yerevan şəhəri
|
|
|
|
|
|
|
|
|
|
|
|
Namaz Qaydasi |
|
|
|
|
|
|
|
Saygac |
|
|
|
|
|
|
|
Misafir kitapi |
|
|
|
|
|
|
|
Muxtelif |
|
|
|
Bugün 20 ziyaretçi (21 klik) kişi burdaydı! |