TURKE QARSI SOYQIRIM
 
  Foto
  Soyqirim Qurbanlari
  Fasizim
  Islam
  Test
  20 Yanvar Qurbanlari
  Anketler
  Soyqirim haqqinda metbuatda
  Soyqirim dunyanin gozuile
  Tarixi sənədlər
  Daşnaksütyun" erməni inqilab partiyasının fəaliyyəti haqqında
  AXC: (1918-1920) Qarabağ haqqında məlumatlar
  Qeydiyyat
  AZƏRBAYCANLILARIN SOYQIRIMI HAQQINDA
  Armenia and Terrorism
  31 Mart soykirimi
  Dashnak (Tashnak) Terror Organization
  Karabakh is integrated part of Azerbaijan.
  Azərbaycanlıların öz tarixi etnik torpaqlardan deportasiya olunmaları, etnik təmizləmə və soyqırıma məruz qalmaları haqqında qısa ARAYIŞ
  Erməni vəhşilikləri
  AtaTurk Turkculuk
  Blood flowing as a river
  Chodschali-Völkermord(Xocali Alman metbuati gozunde)
Azərbaycanlıların öz tarixi etnik torpaqlardan deportasiya olunmaları, etnik təmizləmə və soyqırıma məruz qalmaları haqqında qısa ARAYIŞ

Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim zəngin tarix və mədəniyyətinə malik bir ölkədir. Bu zəngin tarix iki milyon ildən çox bir dövrü əhatə edir. Bəşər tarixinin bütün mərhələləri Azərbaycan torpağında öz silinməz izini qoymuşdur. Qədim Azərbaycan tarixinin hər bir səhifəsi çox qiymətli hadisələrlə zəngindir. Bu zəngin tarixi irs isə ümumiləşdirilmiş şəkildə xalqımıza yalnız XX əsrin ikinci yarısında və XXI əsrin başlanğıcında çatdırılmışdır.

Onu da qeyd etmək lazımdır ki, bu zəngin tarixin həm də qanlı səhifələri vardır. Məlumdur ki, Azərbaycan öz geosiyasi vəziyyətinə görə bütün dövrlərdə nəhəng imperiyaların mülahizə obyekti olmuş əraziləri işğal edilmiş müəyyən mərhələdə öz dövlətçiliyindən məhrum olmuş, əhalisi isə dəfələrlə deportasiyaya etnik təmizləmələrə və soyqırıma məruz qalmışdır. Bütün bəşəriyyət üçün ən ağır cinayət sayılan bu proseslər Azərbaycan xalqına qarşı XVIII-XX əsrlərdə Car Rusiyası, onun varisi olan SSRİ dövləti və onların hər ikisinin əlində alət olan ermənilər, 1918-ci ildən isə Qərbi Azərbaycan torpaqlarında yaradılan Ermənistan «dövləti» tərəfindən həyata XVIII əsrin I yarısı Car Rusiyasını imperiyaya çevirən I Pyotrun xarici siyasətində ən mühüm istiqamətlərdən biri Türkiyə və Qafqazı ələ keçirmək idi.
Bu vəzifələrin həlli üçün isə Rusiya imperiyasına bu ərazilərdə həm keçmiş, həm də müasir Rusiya hakim dairələri nümayəndələrinin dedikləri kimi hərbi-siyasi qüvvə lazım idi və bu rolu isə Türkiyə və Qafqazın xristian əhalisi oynaya bilərdi. Lakin, qeyd etmək lazımdır ki, hələ XVIII əsrdə İran və Osmanlı Türkiyəsi ərazilərində yaşayan və Cənubi Qafqaza heç bir aidiyyatları olmayan ermənilər öz «zülmkarlarından» azad olmaq üçün Qərbi-Avropaya ümid bəsləyirdilər. Bu məqsədlə 1678-ci ildə Azərbaycan Səfəvilər dövlətinin üçüncü paytaxtı İsfahan şəhəri (Harah) yaxınlığında I Şah Abbas tərəfindən ermənilər üçün salınmış Culfa şəhərində Katalikos Akopun sərdliyi ilə erməni qriqoryan kilsəsinin və tacirlərinin xüsusi müşavirəsi keçirilir və yeddi nəfərlik nümayəndə heyəti Avropaya göndərilir. Avropada heç bir nəticə əldə edə bilməyən ermənilər Avstriya imperatorunun məsləhəti ilə Rusiya çarı I Pyotra müraciət edir və onun tərəfindən böyük razılıqla qarşılanırlar. Avstriya monarxı I Pyotura yazdığı məktublarda ermənilərin əsas məqsədini belə izah edir: «Ermənilər mənim yanıma Beros nəslindən olan Uri adlı bir məlikzadəni (alban mənşəli – C.B.) və vartapeti Minas göndərmişlər. Onların əsas məqsədi Ermənistanı İran zülmündən azad etməkdir….» Belə bir fürsəti çoxdan gözləyən I Pyotr Qafqazın işğalı üçün hərbi-strateji planların hazırlanmasına 21 il vaxt fərq etdi. Bu hazırlanan planların əsas məğzini Cənubi Qafqazın böyük hissəsi və İranın şimalını əhatə edən bütöv Azərbaycanı ələ keçirərək buraya Türkiyə və İrandan erməniləri köçürmək və paytaxtı Xəzər dənizi sahilində yerləşən, Rusiya imperiyasının Ön Asiya, Yaxın Şərq ölkələrinə və Hind Okeanına çıxışını maneəsiz təmin edə biləcək qondarma bir erməni «dövlətinin» – forpostun yaradılması təşkil edirdi. Məlumdur ki, o zaman bu planların həyata keçirilməsinə I Pyotrun ölümü mane olsa da, onun 1724-cü ilin oktyabrında gələcəkdə işğal ediləcək ərazilərə ermənilərin köçürülməsi ilə bağlı verdiyi fərman mühüm rol oynadı. Məhz bu dövrdən avtoxon azərbaycanlı əhaliyə qarşı deportasiya, etnik təmizləmə və soyqırımı siyasətinin əsası qoyuldu.
1948-ci ildə BMT-nin İnsan Hüquqlar Komissiyasının qəbul etdiyi «soyqırımı cinayəti üçün xəbərdarlıq edilməsi və ona görə cəzalandırma konvensiyası»nın II maddəsinə əsasən soyqırımı və ona aparan irqi, dini, milli ayrıseçkilik, deportasiya və etnik təmizləmə hərəkətləri insanlığa qarşı ən ağır cinayət hesab edildi.
Bütün bəşəriyyət üçün ən ağır cinayət hesab edilən bu hərəkətlər, dünya mədəniyyətini yaradan xalqlardan biri olan azərbaycanlılara qarşı tətbiq edilibmi və onu törədənlərə qarşı belə bir ağır ittihamı irəli sürməyə həm tarixi, həm də hüquqi əsas varmı? Azərbaycanın XVIII-XX əsrləri tarixinə nəzər saldıqda, azərbaycanlılara qarşı törədilmiş cinayətlərin ağırlığı və miqyası bu ittihamın ilk növbədə beynəlxalq hüquq normaları baxımından əsaslı olduğuna heç bir şübhə qalmır. İlk növbədə bu fikri qeyd etmək lazımdır ki, Çar Rusiyasının və Sovet Rusiyasının Azərbaycana 1722-23, 1796-97, 1801-1803, 1804-1813, 1826-1828, 1920, 1990-cı illərdə etdikləri hərbi təcavüzlər xalqımızın iki yerə parçalanmasına, deportasiya və soyqırıma məruz qalmasına və nəticə etibarilə öz tarixi və etnik torpaqlarının itirilməsinə səbəb olmuşdur.
Sivil dünya üçün cinayət hesab olunan bu hərəkətlərin həyata keçirilməsində Çar Rusiyası və Sovet imperiyası hakim dairələri icraedici qüvvə kimi erməni kilsəsi və millətçilərinə xüsusi yer verirdilər.
1912-ci ilin oktyabrın 12-də çar II Nikolaya məktubla müraciət edən Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov yazırdı: «Həmişə bizə böyük xidmətlər göstərmiş ermənilərə himayədarlıq etməklə biz etibarlı müttəfiq qazanmışıq». Bütün bu cinayətlərə siyasi və hüquqi qiymət isə Azərbaycan xalqının milli lideri, mərhum Prezident H.Ə.Əliyevin 18 dekabr 1997-ci il «Ermənistan SSR-dən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi və etnik torpaqlarında deportasiya olunmaları haqqında» və 26 mart 1998-ci il «Azərbaycanlıların soyqırımı haqqında» imzaladığı fərmanlarda verilmişdir. Bu fərmanlar xalqımıza qarşı törədilmiş ağır cinayətlərin araşdırılması və onların nəticələrinin beynəlxalq təşkilatlara təqdim edilməsi və günahkarların cəzalandırılması üçün hüquqi zəmin yaratmışdır.
Azərbaycanlıların öz tarixi və etnik torpaqlarından deportasiya olunmaları, etnik təmizləməyə və soyqırıma məruz qalması prosesi Azərbaycan ərazilərinin Rusiya və İran arasında imzalanmış 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə parçalandıqdan sonra kütləvi xarakter aldı. Bu müqavilənin 15-ci maddəsinə əsasən İran və Türkiyə ərazilərindən ermənilərin Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan ərazilərinə köçürülməsinə başlanıldı. 1826-1828-ci illərdə Rusiya-İran müharibəsi gedişində Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə 18 min erməni ailəsi köçürüldü. 1828-1830-cu illər ərzində isə Cənubi Qafqaza İrandan 40000, Türkiyədən isə 84000 nəfər erməni köçürüldü və onlar Yelizavetpol (1868) (keçmiş Gəncə xanlığı) və İrəvan (1849) quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı. Bu torpaqlar azərbaycanlıların əlindən alınmış torpaqlar idi. Yararlı torpaqların köçkünlərə verilməsi yerli azərbaycanlı kəndliləri narahat etməyə bilməzdi. Bu hadisələrin şahidi olan rus səfiri A.S.Qriboyedov yazırdı: «Biz onunla, həmçinin müsəlmanları onların uzunmüddətli olmayacaq indiki ağırlaşmalarla barışdırmaq və onlardan ermənilərin ilk vaxtlarda köçürüldükləri torpaqları həmişəlik tutacaqları barədə qorxunu çıxarmaq üçün müsəlmanlara olunacaq təlqin barədə çox mülahizələr etdik. Bu mənada mənim yanımda olmuş xanla danışılmışdı».
1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni isə ermənilər təşkil edirdilər. 1832-ci il kameral təsvirlərinin materiallarına görə, Qarabağ əyalətinin ərazisindəki 20546 ailədən 13965 – azərbaycanlılar, 6491-i isə ermənilər idi. Beləliklə, çarizmin XIX əsrin 20-30-cu illərində Şimali Azərbaycan ərazisində apardığı köçürmə siyasəti nəticəsində yerli azərbaycan əhalisinin sayı 64,8%-ə endi, bu ərazilərə köçürülən ermənilərin sayı isə 34,8-ə qalxdı. Əgər 1827-ci ildə Rusiyanın İrəvan xanlığını işğalına qədər burada məskunlaşmış ermənilər əhalinin 20%-ni təşkil edirdilərsə, 1834-1835-ci illərdə onların sayı 46%-i keçmişdi. Qərbi Azərbaycanın mərkəzi olan Naxçıvan diyarında da əhalinin etnik tərkibində köçürmə siyasəti nəticəsində böyük dəyişiklik baş verdi. Belə ki, 1827-ci ilə qədər Naxçıvan diyarında cəmisi 434 erməni ailəsi yaşayırdısa, köçürmə nəticəsində buraya əlavə 2551 ailə yerləşdirilmişdi. Çar hökuməti tərəfindən aparılan bu məqsədyönlü siyasət bütün XIX əsr boyu davam etmiş və nəticədə Şimali Azərbaycan ərazilərinə köçürülən ermənilərin sayı çar məmuru və publisist N.Şavrovun 1911-ci ildə yazdığı kimi «Cənubi Qafqazda hazırda yaşayan 1 mln. 300 min erməninin 1 mln nəfəri yerli əhali olmayıb, bizim tərəfimizdən köçürülənlərdir». Şimali Azərbaycanda onların sayı 1913-cü ildə 546,8 min nəfər idi.
I Dünya müharibəsinin başlanması XX əsrin əvvəlində bir-birinə qarşı duran iki hərbi-siyasi blokun – «Antanta» və «Dördlər ittifaqı»nın dünyanı yenidən bölüşdürmək cəhdi idi. Antanta blokuna daxil olan İngiltərə, Rusiya və Fransanın, Almaniyanın bu müharibədə müttəfiqi olan Osmanlı Türkiyəyə qarşı hərbi və siyasi planlarında ermənilərdən təziq vasitəsi kimi istifadə xüsusi yer tuturdu. 1915-ci il aprelin 24-də 2345 nəfər erməni terrorçusunun Türkiyə hökuməti tərəfindən həbsini soyqırım kimi qələmə verən erməni kilsəsi və millətçi təşkilatları türk xalqına dəhşətli böhtan atmaqla bərabər, öz himayədarları olan Rusiya, Fransa və İngiltərənin təhriki ilə gerçəkləşməsi mümkün olmayan bədnam xəyali planlar naminə öz qanlı əlləri ilə 302 min ermənini qətlə yetirdilər. Öz xalqına qarşı bu dəhşəti və vəhşiliyi yalnız və yalnız ermənilər törədə bilərdi. Çünki, hələ 1907-ci ildə Eçmiədzin Sinadunun prokuroru A.Frenkel Rus Pravoslav kilsəsinin Müqəddəs Sinoduna təqdim etdiyi rəsmi sənəddə belə yazırdı: «Erməni xalqının tarix taleyi təkzibolunmaz dəqiqliklə bu xalqın tam olaraq öz dövlətini, dövlət orqanizmini yaratmaq və sivil insanlığın yaratdığı ali dəyərləri qəbul etmək iqtidarında olmadığını sübut etmişdir…. Mənsəbpərəstlik, qonşularla düşmənçilik, xəyanət, satqınlıq, riyakarlıq və alçaqlıq elə bil ki, tayfaya məxsus ən başlıca milli xüsusiyyətlərdir».
1917-ci ildə Rusiyada baş verən fevral inqilabı və oktyabr çevrilişi imperiyanın süqutuna səbəb oldu. Bundan sonra öz talelərinin sahibi olmağa çalışan keçmiş müstəmləkə xalqları, o cümlədən azərbaycanlılar 1918-ci ildə Şimali Azərbaycan torpaqlarında ümumi ərazisi 114 min km çox olan Azərbaycan Xalq Cümhuriyyətinin yaratdılar. Lakin AXC-nin yaradılmasına qədər Azərbaycan xalqı öz milli tarixində ilk dəfə rus-bolşevik və erməni-daşnakları tərəfindən törədilən geniş miqyaslı və saysız-hesabsız qurbanları ilə insanlığı lərzəyə salan ən dəhşətli cinayətə – soyqırımına məruz qaldı. 1917-ci ilin aprelindən 1918-ci ilin aprelin 1-dək Şimali Azərbaycanın Bakı, Elizavetpol və İrəvan quberniyaları ərazilərə daxil olan, Bakı, Quba Lənkəran, Cavad. Elizavetpol, Cavanşir, Qaryaqin, Zəngəzur qəzalarında 40 mindən çox azərbaycanlı – yaşından asılı olmayaraq uşaq, qadın, kişi qətlə yetirildi. Təkcə Bakı şəhrində 1918-ci il 30, 31 mart və 1 aprel tarixlərdə AXC-i Fövqəladə Dövlət Komissiyasının 1919-cu ildə verdiyi məlumata əsasən 12 min nəfər azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi.
1920-ci ildə Şimali Azərbaycanda hərbi təcavüz edən Sovet Rusiyası AXC-ni devirdikdən sonra azərbaycanlılara qarşı ermənilərin əli ilə deportasiya, etnik təmizləmə və soyqırımı siyasətinin ən iyrənc üsullarına əl atdı. Yüksək milli düşüncəyə malik insanların – AXC-ni yaratmış dövlət xadimlərinin, ziyalıların kütləvi şəkildə həbs və təqiblərə məruz qalması əslində soyqırımı siyasətinin davam etdirilməsi idi. Təkcə onu demək kifayətdir ki, 1920-ci ilin mayında 1921-ci ilin noyabrına qədər Sovet Azərbaycanında 48 min nəfər günahsız insan bolşeviklər və kommunist maskası geymiş daşnaklar tərəfindən güllələnmişdi. Bu proses XX əsrin 20-30-cu illərində daha dəhşətli şəkildə kütləvi surətdə repressiyaya tətbiq etməklə həyata keçirilməyə başladı. Bu baxımdan Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri N.Y.Solovyovun V.İ.Leninə göndərdiyi «Çevrilişdən sonrakı iki ayda (may-iyun) Azərbaycanda bizim siyasətimiz» adlı məlumat məktubu maraqlıdır. Onun mərkəzi hökumətin nümayəndəsi olduğunu nəzərə alsaq, sovet hakimiyyətinin ilk iki ayında Azərbaycanda yaranmış vəziyyəti qiymətləndirməsi və bu barədə rəyi diqqəti cəlb edir.
O yazırdı: «Ziyalılar və burjuaziyanın nümayəndələri həbs olunur və güllələnirdi, bunlar demək olar yalnız müsəlmanlar idilər» Həbs edilmiş azərbaycanlıların dəstə ilə küçələrdə aparılması «ermənilərdə açıq-aşkar bədxah sevinc doğururdu ki, sovet hakimiyyətinin təntənəsinin müsəlmanların düşmənlərinin təntənəsi, ümummilli fəlakət olacağı barədə xəbərdarlıq edən müsəlman millətçilərinin içərisindən dedikləri doğru çıxmağa başlayır». N.İ.Solovyev daha sonra yazırdı ki, ən kədərli təsir bağışlayan Ermənistanla sərhəd rayonlarda azərbaycanlılardan silahların alınması – bu, müsəlmanların ermənilər tərəfindən qırılmağa məhkum edilməsi demək idi – və ermənilərin Qızıl Ordu tərkibinə və dəmir yollarının mühafizəsinə qəbul olunması idi. O xəbər verirdi ki, Ermənistan Respublikası yaranarkən onun hüdudlarında 250 müsəlman kəndi var idi. Onlar hamısı məhv edilmişdir, indi orada bir nəfər də müsəlman yoxdur.
XX əsrin 40-cı illərinin ikinci yarısında mərkəzi hökumətdəki nümayəndələrinə arxalanan erməni millətçiləri azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi-etnik torpaqlarından qovulub çıxarılması və ilk növbədə Qarabağın qoparılıb Ermənistana verilməsi tələbini irəli sürdülər. 1945-ci ilin payızında Ermənistan SSR rəhbərliyi növbəti dəfə ÜİK(b) PMK qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsini qaldırdı. Azərbaycan SSR-ə o zaman rəhbərlik edən M.C.Bağırov 10 dekabr 1945-ci il tarixdə (tam məxfidir qrifi ilə) ÜİK(b) PMK katibi G.M.Malenkova göndərdiyi cavab məktubunda Sovet hakimiyyəti illərində ilk dəfə itirilmiş Azərbaycan torpaqları problemini qaldırır və bununla da erməni millətçi dairələrinin planlarının pozulmasına nail olur. Lakin, rədd cavabı verilməsinə baxmayaraq ermənilər 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı fərman verilməsinə nail oldular. Xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə repatriasiyası «Daşnaksütyun» partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə repatriasiyanın «azərbaycanlıların yaşadığları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi» şəraitində baş verdiyi iddia edilirdi. Bu işə Qriqoryan kilsəsi də xeyir – duasını vermişdi.
Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında» daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə 100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər «könüllülük prinsipinə əsasən» Azərbaycana köçürülməsi idi. O zaman Ermənistan SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən deportasiya edilmələrin sayı 10,504, 1949-cu ildə 15,713 nəfər, 1950-ci ildə 12,332 nəfər, 1952-1953-cü illərdə 13,760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə Ermənistan SSR-də deportasiya və etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir.
Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi.
80-ci illərin ikinci yarısında, SSRİ-də «yenidənqurma» prosesini mərkəzdənqaçan qüvvələr fəallaşdırdığı vaxt erməni amilindən «Bəla imperiyası»nı dağıtmaq istəyən dövlətlər də geniş bəhrələnməyə çalışdı. «Erməni genosidi» faktı 1987-ci il iyulun 18-də Avropa parlamenti tərəfindən tanındı. Erməni «genosidi» qurbanlarına xatirə günü təsis edildi.
Həm Rusiya, həm də Avropa tərəfindən himayə olunduqlarını görən erməni millətçiləri türk soyqırımına, terrora əsaslanan qanlı siyasətlərini – «Böyük Ermənistan» dövləti yaratmaq kimi sərsəm xülyanı reallaşdırmaq cəhdlərini yenidən fəallaşdırdılar. Ermənilərin tələbi ilə 1984-cü ilin oktyabr ayında Azərbaycanın Qazax və Gədəbəy rayonlarından min hektarlarla ərazi Ermənistana verildi (bu barədə protokolu Moskvanın təzyiqi ilə Azərbaycan Ali Soveti hələ 1938-ci il mayın 2-də təsdiq etmişdi). Lakin yerli camaat müqavimət göstərir, torpaqlarını əldən vermirdi. Azərbaycanın qanunverici orqanı bu bədnam qəparı 1969-cu il mayın 7-də təsdiq etmişdi. Lakin az sonra hakimiyyətə gəlmiş Heydər Əliyev onun icrasına yol verməmişdi.
1987-ci ilin oktyabr ayında Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılması ermənilərin öz niyyətlərini reallaşdırmaq ümidini artırdı. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə dövlət başçısının əsabələrindən biri olan akademik Abel Aqenbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. Aqanbekyan «Humanite» qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təklif verdiyini bildirdi.
Erməni hərəkatına bir qrup erməni millətçisi arxasından yenə də kommunist-daşnaklar, DTK agentləri rəhbərlik edirdi. Moskvada ermənilərin «Milli müqəddəratı müstəqil təyin edilməsi birliyi» və «Siyasi məhbusların müdafiəsi üzrə erməni komitəsi» də bu istiqamətdə fəal iş aparırdı. «Qarabağ» komitəsinin Azərbaycanda, xüsusən Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı «Krunk» adı altında açıq fəal mübarizəyə başlamışdı, «Miatsum» (birləşmə) hərəkatı genişlənirdi. 1988-ci il martın 2-də «DQMV-nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə komitəsi» – iri müəssisə rəhbərlərini birləşdirən 55-lər komitəsi yaradılmışdı.
1988-ci ildə Ermənistan SSR ərrazisindən, öz dədə-baba yurdundan – 185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, qız-gəlinlərin namusu təhqir olundu. 15 mindən çox kürd və bir rus Ermənistandan çıxarıldı. Ermənistan, demək olur ki, monoetnik bir respublikaya çevrildi.
1992-ci il fevralın ortalarında düşmən növbəti dəfə Qarabağlı kəndinə güclü hücuma başladı. Qanlı döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra ermənilər Qarabağı ələ keçirib onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə öldürüb silos quyularına atdılar. Qalan əhali əsir alındı.
Təcavüzkar Ermənistan hökuməti Azərbaycana qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8-də «Krasnovodsk-Bakı» dəniz sərnişin barəsində belə bir terror aktı nəticəsində 25 nəfər həlak oldu. 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-də Qudermes stansiyası yaxınlığında «Kislovodsk-Bakı» sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı.
Erməni quldurları Rusiyanın Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqımı faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər.
1992-ci il fevralın 25-də saat 21-də erməni hərbi birləşmələri, 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər.
Xocalıda erməni faşistləri azərbaycanlılara qarşı növbəti soyqırımı törətdilər. 613 nəfər, o cümlədən 106 qadın, 83 azsaylı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.
Hadisələri ilk dəfə vidiolentə olan jurnalist Çingiz Mustafayev qeyd edirdi ki, «öldürülənlərin içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar təşkil edirdi». Faciənin şahidi olan fransız jurnalisti İan-İv Gnet yazırdı: «Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular».
Erməni faşistləri Rusiya Fedarasiyasının hərbi dairələrinin köməyinə arxalanaraq 1993-cü ildə Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal edərək etnik təmizləmə aparmış və nəticədə Azərbaycanın 1000 000 çox vətəndaşı öz vətənində qaçqına çevrildi. Erməni faşizmi dinc əhalini qırmaqla yanaşı işğal edilmiş ərazilərdə olan bütün tarixi və mədəniyyət abidələrini məhv etmişdir.
Bundan əlavə işğal nəticəsində Azərbaycan ərazisində 800 yaşayış məntəqəsi 6 min sənaye, kənd təsərrüfatı və başqa müəssisə, ümumi sahəsi 9 mln kv.m. olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 490 tibb məntəqəsi, 927 kitabxana 22 muzey, 6 dövlət teatrı məhv edilmişdir. Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz nəticəsində vurulan maddi zərərin həcmi 50 milyard ABŞ dollarından çoxdur.
Beləliklə təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən edilən deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min km2 ərazisini itirmiş, 1991-1993-cü illərdə 20% ərazisi işğal edilmiş, 25 mln. nəfər əhalisi məhv edilmişdir.

 
 
   
Namaz Qaydasi  
  Image Hosted by ImageShack.us
 
Saygac  
  Azerinter.net - Saytlar Reytinqi Sistemi Counter Powered by  RedCounter
Zirve100 Site ekle
free counters
 
Misafir kitapi  
  Qonaq Defteri  
Muxtelif  
  Kataloq STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV! Image Hosted by ImageShack.us
 
Bugün 15 ziyaretçi (16 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol