|
|
|
|
Daşnaksütyun" erməni inqilab partiyasının fəaliyyəti haqqında |
|
|
|
|
|
|
|
|
|
|
|
"DAŞNAKSÜTYUN" ERMƏNİ İNQİLAB PARTİYASININ TƏŞKİLİ VƏ FƏALİYYƏTİ HAQQINDA MƏLUMAT
1905-1906-cı illər olduqca coşqun keçdi və Qafqazda ermənilər və tatarlar arasında əsrlik nifrətin nəticəsi kimi qanların axması ilə yadda qaldı.
Bu mübarizədə "Daşnaksütyun" qeyri-mütəşəkkil tatar bandalarına qarşı təlim görmüş, düzgün təşkilatlanmış və ciddi intizamla tərbiyə olunmuş dəstələr qoymaqla, öz qüdrətini göstərdi.
"Daşnaksütyun"un inqilabi çıxışlarının bu dövründə partiya terrorundan inzibati vəzifələr tutan bir çox şəxslər, məhz general Əlixanov, Bakı qubernatoru knyaz Nakaşidze, Yelizavetpol vitse-qubernatoru Andreyev, qəza rəisləri: Boquslavski, Şmerlinq, Neşşanski, Pavlov, polismeyster Saxarov, pristav Cavaxov və Şumakviç, sərhəd mühafizə polkovniki Bıkov və bir çox digərləri həlak oldular. Bundan başqa, onlar tərəfindən başqa bir məqsədə: Zaqafqaziya ərazisində ermənilərin tatarlardan aralanaraq hüdudlanması, sonuncuların yaşadıqları torpaqların Türkiyədən və qismən İrandan olan erməni köçkünlərlə məskunlaşdırmaq üçün azad edilməsinə də qismən nail olundu.
"Gənc daşnaksakanlar" qrupu onlardan ayrılmış və ardınca (1908-ci ildə) sosialist inqilabçılar partiyası ilə birləşərək bir müstəqil partiya kimi öz varlığına son qoymuşdur.
1906-cı ildə erməni-tatar qırğını dayandıqdan sonra məvacibsiz qalan, bu ərəfədəki fəaliyyətlərinin nəticəsində ruhdan düşmüş daşnaksakan zinvorları "Daşnaksütyun" adı ilə pərdələnərək adi soyğunçular və pul qoparanlar qismində çıxış etməyə başlamışdılar.
Hazırda "Daşnaksütyun" Rusiyada və Qafqazda öz fəaliyyətini son məqsədə - dövlətdə mövcud ictimai quruluşu devirmək və Rusiya ilə federativ demokratik erməni respublikası təsis etməyə nail olmaq üçün sırf inqilabi məcrada davam etdirir və bu məqsədlə terror da daxil olmaqla, bütün tədbirlərə əl atır.
"Daşnaksütyun" mərkəzi komitələrinin yerləşmə məkanları qismən müəyyən olunub. Qalanlarının yerini tapmaq üçün isə, əldə sənədlər olmasa da, onların mövcud olduqları şəhərləri demək olar əminliklə göstərmək olar. Qafqaz üçün bu şəhərlərdir: Bakı - "Voskanapad", Tiflis - "Böyük şəhər", "Medz-Kaqak", Batum - "Navqankist", Qars - "Carapert", İrəvan - "Mirkastan", Aleksandropol - "Kar" və Şuşa - "Aparaj". Cəmi 7 şəhərdir. İranda - Tehran və Təbriz. Türkiyə Ermənistanında, Kiçik Asiyada - Ərzurum və Van. Bütün bu 13 və ya 14 (bəlkə də çoxdur) mərkəzi komitələr nəzarət altındadır, lakin Tiflisdə yerləşən ali idarənin - "Şərq Bürosu"nun tabeliyində deyillər.
Artıq hər bir Mərkəzi Komitə, əlbəttə, rəhbər proqramın hüdudlarından kənara çıxmadan, muxtariyyətə malikdir və məhkəmələrlə birlikdə bizim bütün quberniya idarələrimizin məcmusu timsalında tam, yəni ölüm hökmü çıxarmağadək hər cür hakimiyyətləri var. Onun nəzdində partiya vərəqi nəşr edilir. Mərkəzi Komitə qrupuna bir növ general-qubernator hüquqlarında 5-6 nəfərlik "məsul" orqan sərəncam verir; lakin onların yalnız keçən il formalaşdırılmış orqanlarının sayı məlum deyil. Yalnız inamla söyləmək olar ki, onlardan biri "Zaqafqaziya diyarını idarə etmək üçün" Tiflisdə yerləşir. Ehtimal ki, (Daşnaksütyunun mərkəzi komitələri) Şimali Qafqaz, Bakı quberniyası və Yelizavetpol quberniyasının şərq hissəsi üçün Bakı şəhərində, ikincisi Ermənistanın artıq azad edilmiş hissəsini idarə etmək üçün Qarsda və ya İrəvanda mövcuddur (Mərkəzi Komitələr: Qars, İrəvan, Naxçıvan, Şuşa).
Partiyanın baş orqanlarından başqa, əlavə, əksərən xüsusi təyinatlı orqanları da mövcuddur. Onlar öz mühümlük dərəcəsinə görə partiyanın baxışlarına uyğun olaraq bu və ya digər əsas orqandan asılılıqda və ya onun rəhbərliyi altındadır. Əlavə orqanlara aiddir: "Həmkarlar və kənd ittifaqları", "Qırmızı xaç", "Şagird təşkilatları", "Partiyalararası orqan", "Tədqiqat orqanı", "Mətbuatın təşkili", "Mədəni-maarif cəmiyyəti", "Patorik", "Köməkçi üzvlər", "Özünümüdafiə komitələri", "Deli təşkilatı", "Terror fəaliyyəti komitəsi", "Qorxusaçma təşkilatı" və iki "Tələbə təşkilatı".
Həmkarlar ittifaqları partiyanın aşağı agentləri tərəfindən təşkil edilir və başlanğıcda fəaliyyət növü üzrə peşə xumblarına cəlb edilirlər; cəlb edilənlər burada öz siyasi-inqilabi tərbiyələrini alır, sonra isə onları artıq xüsusi iqtisadi mübarizəni izləyən (lakin korporativ əsaslarla) müvafiq ittifaqa yazırlar, lakin açıq mübarizənin və siyasi-inqilabi maarifçiliyin başlanğıcında koorperasiya yalnız yolüstü aparıla bilər. Hər bir ittifaq "büronun" işləyib hazırladığı nizamnaməni əldə rəhbər tutur, onun taktikasına isə mərkəzi komitə rəhbərlik edir. Nizamnamə xumblarda, partiya fəaliyyətində müvafiq təşviqat materialı ilə birlikdə öyrədilir. Birinci kateqoriyaya bu xumblar aiddir: aptekçi, prikazçik, bərbərlər, şərabçılar, əkinçilər, ipəkçilər, müşələr, dəmirçilər, çilingərlər və digər məşğuliyyət növləri. İkinci kateqoriyaya mənsubdur: Qırmızı Xaç, terrorçular, Deli, özünümüdafiə və zinvorlar (əskərlər).
"Qırmızı Xaç" xumbları altkomitələrin rəhbərliyi altında olsalar da, onlara komitə və ya Mərkəzi Komitə göstəriş verir. Altkomitə yalnız təlim və tərbiyə işinə baxır."Qırmızı Xaç"ın məqsədi - məhbuslar və zərərçəkmişlər, sürgün edilmişlər üçün pul toplamaqla, məhbusları ərzaq, pul, inqilabi ədəbiyyatla təmin etmək, məktubları ötürmək və iş üzrə vəsatətlə çıxış etməkdir; həm satınalma, və ya inzibati rəhbərliyə, yaxud məhkəməyə mənəvi təsir göstərməklə məhbusların azad edilməsinə kömək edəsi bütün tədbirləri görmək, həm də silahlı qüvvə ilə açıq hücum təşkil etməyə qədər məhbusların həbsdən qaçmalarına kömək göstərməkdir. Sonuncu hərəkət digər orqanlarla müştərək yerinə yetirilir. Xüsusi quruluşu olan və müəyyən muxtariyyətə malik digəri - şagird təşkilatıdır. O mərkəzi komitənin rəhbərliyi altında fəaliyyət göstərir. Onun quruluşu belədir: öz xumblarını - təbliğatçılarını, drujinalarını yaradır və hazırlıq işlərini görür. Xumbların təmsilçiləri (xumbapetlər) altkomitəni təşkil edirlər. Altkomitələrin yığıncağı 4-6 nəfərdən ibarət Komitə (entikitite) seçirlər, nümayəndələrdən ibarət ümumi yığıncaq "kontroniko-komitet"ə, mərkəzi komitəyə və "mərkəzi icraiyyə orqanına" bir nümayəndə seçir, jurnalın redaksiyası sonuncunun nəzdindədir. Partiyanın yerli orqanları ilə bütün təmaslar biləvasitə aparılır. Şagird təşkilatının məqsədi "Daşnaksütyun" partiyasının məqsədlərinin yeriməsinə bütün vasitələrlə kömək etməkdir və öz mühitində partiyanın gələcək ziyalı və artıq hazırlıq keçmiş olan rəhbərlərini tərbiyə edir.
Daha intelligent orqanlar yalnız "məsul orqandan" və ya Bürodan asılı olan "beynəlxalq orqan" və "tədqiqat orqanı"dır. Onların hər ikisi son vaxtlar meydana çıxmışlar. İnqilabi işlərdə son dərəcə mühüm əhəmiyyəti olan birincisi inqilabçılar arasında meydana çıxmış bütün fikir ayrılıqlarını və ixtilafları nəyin bahasına olursa olsun aradan qaldırmaq vəzifəsini daşıyır.
...Öz mətbəəsinə, redaksiyasına, kitab mağazalarına, kitabxanalarına və kitab nəşriyyatlarına malikdir.
"Daşnaksütyun"un iki təşkilatı - Rusiya və Avropa tələbələri tamamilə kənarda dayanmışlar, onların hər ikisi öz tələbələri arasında milli-inqilabi ruhda təbliğat, digərlərinin arasında ümumi inqilabi, kosmopolit təbliğat aparırlar. Təşkilatla əlaqəni yalnız rayon məclisində və ümumi qurultaydakı təmsilçiləri ilə saxlayırlar.
"Köməkçi üzvlər" deyilənlər də təşkilatla bağlılıqda deyillər. "Daşnaksütyun"un məqsədlərini bölüşən, ona təbliğat işində əlindən gələn maddi yardımı və ya başqa bir istqamətdə yardımı göstərən hər kəs onun sıralarında ola bilər. Belə üzvlər yalnız bəzən təşkilatlarda öz qabiliyyətlərinə müvafiq olaraq müşavirələrə dəvət edilə, onlara müvafiq tapşırıqlar verilə bilər, hərçənd onların sıralarında öz mövqeyinə görə, adi bir fəhlədən və ya quldurdan tutmuş milyonçuya və böyük dövlət vəzifəsi tutan adamlaradək, məsələn, məşhur fransız deputatı və sosialistlərin rəhbəri Joresə qədər ən müxtəlif adamlar ola bilərlər.
Bütün bu sadalanan həm əsas, həm də köməkçi orqanlardan və "dinc" adlana biləcək təşkilatlardan başqa, ermənilərin psixikasına başqa bir sahədə - məhz dini sahədə təsir göstərən, yalnız "ittifaq şurasına" tabe olan daha bir təşkilat da mövcuddur. Bu - Eçmiadzin Sinodu nəzdindəki "Patorik" dini partiyasıdır. 1903-cü ildə rus Çar Evini və bütün rusları lənətlədikdən sonra "Patorik" din mənsublarına katolikos vasitəsi ilə "kondak"larla, yəni kilsə təlqinləri ilə təsir göstərir. Bu təlqinlər ermənilərə nəinki hökumətin qərarlarını icra etməməyə, həm də ona qarşı çıxmağa icazə verir.
Partiyanın döyüş qruplarından bunlar məlumdur: "özünümüdafiə", "qorxusaçma təşkilatı", "terrorçu hazırlıq komitəsi", "məsul əməli komitə" və "Deli".
"Özünümüdafiə" - bu dövlət milisidir və Qafqazda son iğtişaşlar əsnasında meydana çıxmışdır. Milisionerlərin sırasına ermənilər arasından, öz şəxsi silahına malik olmaq şərtinə əməl edən volontyorlar cəlb edilirlər. Milisionerlər xumbu vaxtaşırı olaraq daşnakların rəhbərliyi altında təlim keçmək üçün yığışırlar və onlara silahla rəftar etmək öyrədilir. Milis mərkəzi komitə ilə təmaslarda olan öz altkomitəsinə və komitəsinə malikdir. "Mərkəzi özünümüdafiə komitəsi"nin yuxarı təsisatı "məsul orqanın" müşahidəsi altındadır. Özünümüdafiə xalq həyəcanları və kütləvi toqquşmalar zamanı çıxış edir.
Qalan döyüş təşkilatları partiyanın fəal və konspirasiya edilmiş çıxışları üçün, əksərən qətllər törətmək üçün mövcuddur.
Ümumi qurultay partiyanın bütün terror fəaliyyətinə rəhbərlik edən 3 adamı təyin edir. Bu 3 adam "terror hazırlayıcı komitə" adlanır.
Onlar yalnız "ittifaq şurasına" tabedirlər və icra funksiyalarına bilavasitə rəhbərlik edir, onu formalaşdırırlar: "əməli komitələr" və "qorxusaçma təşkilatı"nın vəzifəsi yalnız təşkilatın özünün yüksək mənsəbli simalarını onlar "məsullar" və ya hansısa digər ali orqan tərəfindən təqsirləndirildikdə öldürməkdən ibarətdir. Hər mərkəzi komitədə bir terrorçu "əməli komitə" mövcuddur və onların bilavasitə sərəncamındadır. Artıq deyildiyi kimi, ali rəhbərlik və terrorun hazırlanması işi "hazırlayıcı komitəyə" məxsusdur. "Əməli komitə" özünün sair xumblardan formalaşdırılan altkomitələrinə və terrorçu xumblarına malikdir. Mərkəzi komitənin əmrinə əsasən "əməli komitə" yalnız aşağı inzibati orqan və yerli əhali üzərində terrorçuluq hökmünü icra edir. Daha ciddi xassəli tapşırığı "məsul orqanın" əmri əsasında yerinə yetirir. Həm partlayıcı maddələrin, həm də silahın hazırlanması və əldə edilməsi "əməli komitə"nin vəzifəsinə daxildir. Yeri gəlmişkən, partiya bu məqsədlə öz fabriklərini və emalatxanalarını qurmuşdur. Terrorçu "əməli komitə"yə əlavə olaraq mərkəzi komitə nəzdində konspirasiya edilmiş "deli" təşkilatı və ya kəşfiyyatçılar mövcuddur. Onun xüsusi vəzifəsi polis məmurlarının, mühafizə şöbəsi məmurlarının, jandarm idarəsi əməkdaşlarının, ümumiyyətlə, fəaliyyəti "Daşnaksütyun"a ziyan vuran hər bir kəsi müəyyənləşdirmək və onu müşahidə altında saxlamaqdır. Bu təşkilat və onun tərkibi barədə bundan əlavə heç bir məlumat yoxdur.
"Böyük azad Ermənistanın" bərpasını və buna silahlı üsyan yolu ilə nail olmağı qarşıya məqsəd qoymuş olan "Daşnaksütyun" müstəqilliyə xalq milisinin köməyi ilə nail olacağına ümid etmir və buna görə də bütün ümumi inqilabi proqramlara zidd olaraq özünün nizami ordusunu təsis etmişdir. Zinvorlardan (əsgərlərdən) ibarət ordunun formalaşdırılmasına 16 il öncə, 1892-ci ildə I qurultaydan sonra başlanmışdır. Cəlb etmək və buna paralel olaraq partiya vəsaitləri hesabına silahlandırma işi fasiləsiz getmişdir, lakin bu iş çox dərəcədə təcrübəsiz adamların əlində idi, ona görə də nəticələrin də göstərdiyi kimi, siyasi etibarlılıq və nizam-intizam mənasında o qədər də yüksək keyfiyyətli ordu alınmadı. Rusiyada inqilabi təzahürlər özünü göstərən zaman öz ordusunu ağına-bozuna baxmadan səfərbər edən "Daşnaksütyun" onun sayını 100 min nəfərə çatdırmışdı. Lakin, eyni zamanda hər bir əsgər - zinvorun bayraq altına toplanış müddətində müəyyən məvacib - məhz ayda 30 rubl almalı olduğu barədə inqilabi proqrama uyğun olaraq agentura məlumatlarına görə, ordunun saxlanmasına 10 milyon rubl sərf edilmişdi.
Ermənistanın bərpası ona görə mümkün olmadı ki, Rusiyada bərpaya cəhd sürətlə yatırıldı, rus ordusu ümumilikdə hökumətin tərəfində dayandı və onunla birlikdə irticaya başladı. O vaxt Qafqazda ermənilər özlərinin müsəlmanlara açıq nifrətlərini saxlaya bilmədilər və ara müharibəsi başlandı. Müsəlmanlar görünür, daha çox qırğına məruz qaldılar və ərazilərin bir hissəsi onlardan təmizləndi, bir hissəsində isə ara hüdudlandı. Əgər partiya öz ordusunun saxlanmasına bu qədər böyük həcmdə vəsait sərf etməsəydi və bu hal inqilabi fondların tükənməsi ilə hədələməsəydi, bütün bunların nə ilə bitəcəyi bəlli deyildi. Zinvorların məvaciblərinin ləngidilməsi buna gətirib çıxardı ki, sonunculardan təkcə digər xalqları deyil, həm də ermənilərin özlərini soyub-talayan quldur dəstələri formalaşmağa başladı. Bunun nəticəsində Daşnaksütyunun hörməti sürətlə düşməyə başladı. Eyni zamanda, hərbi iyerarxiyanın yuxarısında gördülər ki, işlərin bu ümumi mənzərəsində üsyan tezcə yatırılacaq, ermənilər Rusiya və Türkiyənin arasında məngənəyə düşəcəklər. Buna yol verməyi istəməyərək bəzi hərbi rəislər Rusiyada fəal çıxışlar barədə III qurultayın qərarlarına məhəl qoymamaq və yenidən özlərini loyal qələmə vermək qərarına gəldilər. Bu öz ifadəsini onda tapdı ki, onlar "Daşnaksütyun" ideallarına sadiqliyini saxlamış olan zinvorlardan "yaşıl qvardiya" təşkil edərək onları bir növ quldur və soyğunçu dəstələrin kökünü kəsmək üçün rus hökumətinin sərəncamına verdilər. Özlərinə avtoritet qazanmaqdan ötrü hərbi diktatura elan edidi. Beləliklə, hakimiyyəti ələ keçirməyə cəhd göstərilmiş oldu. Təşkilat buna 1907-ci ilin əvvəlində IV qurultay keçirməklə reaksiya verdi. Qurultay buna "qoxusaçma təşkilatının" formalaşdırılması ilə dərhal cavab verərək, həm hərbi diktaturanın rəhbərlərini, həm də qurultayın qərarlarına tabe olmayan rəisləri və zinvorları ölüm cəzasına məhkum etməklə terror elan etdi. Lakin bununla bərabər, təşkilatlara soyğunçuları və quldurları tutmaq və onları öz məhkəmələri ilə məhv etmək əmri verilmişdi. Bütün 1907-ci il hər yerdə partiyanın qərarına əsasən ermənilərin silsilə qətlləri ilə əlamətdar oldu. Qiyam yatırıldı. Soyğunçular və quldurlar indiyədək məhv edilməkdədir. Terrorun elan edilməsi ilə birlikdə silahlı qüvvələrdə yeni əsaslar üzrə dəyişikliklər də edildi. Nizami ordunun sıralarında yalnız intizamlı zinvorlar, əksərən hərbi mükəlləfiyyət görmüş adamlar saxlandı. Zinvor işləməlidir, əgər imkanlı adamdırsa, öz vəsaitinə silah alır. Silahlı zinvorlar tamamilə müasirdirlər və partiya cəbbəxanasına malikdirlər. Mərkəzi cəbbəxana İrəvanda yerləşir. Zinvorlar məvacibi yalnız yürüş və ya müharibə zamanı alırlar. Qurultaydan bir az əvvəl Bolqarıstanda hərbi məktəbin əsası qoyulmuş, bu məktəbdən 1907-ci ildə 53 zabit məzun olmuşdu. Məktəbdə bu fənlər keçilir: izləmə, hərbi kəşfiyyat, cərrahiyyə, inzibati strategiya, taktika, səhra xidməti, diviziya xidməti, artilleriya, mina xidməti, hərbi tarix, coğrafiya, erməni tarixi, inqilab, hərbi təşkilat, partlayıcı maddələr, pedaqogika, atəş, həndəsə, qrim və hərbi intizam.
Zabit heyəti habelə Amerikanın hərbi məktəblərində də hazırlanır. Silahlı qüvvələrinin başında "Baş Hərbi Şura" - nizami qoşunların vuruşmalarında artıq iştirak etmiş 7 zabit dayanır. Baş Hərbi Şuranın yanında 5 nəfərdən ibarət "Baş Qərərgah" mövcuddur. İdarəetmənin daha aşağı instansiyaları mərkəzi komitələrin ərazilərindəki "hərbi şuralardır". Sonuncular "yüzlüklərin" komandirlərinin yığıncağından ibarətdir. "Yüzlük" - avtonom taktiki və təsərrüfat vahididir. Aşağı iyerarxiya "yüzlüyün" komandiridir, onun yanındakı şura yarımyüzlük komandirlərindən ibarətdir. Daha sonra yarımyüzlük başçısı və onbaşı gəlir, sonuncu 10 zinvora rəhbərlik edir və təlim keçir. Zinvorlar da öz nbvbələrində "xumba" məktəbi keçmiş könüllülərdən toplanır...
Bütün erməni dövlətinin çiçəklənmə və işlək mexanizmi müvafiq qanun müddəaları üzərində qərar tutmuşdur. Qanun müddəaları, nizamnamələr və təlimatlar qurultayların və qismən rayon təşkilatlarının verdikləri direktivlərin ruhuna tam uyğun şəkildə işlənib hazırlanır.
Hazırda, bu yaxınlardakı açıq çıxışından sonra partiya yenidən daxili təşəkkülündə konspirasiyaya keçmiş, lakin təbliğat məsələsində, xüsusən də mətbuata yardımda tamamilə açıq və ən geniş ölçülərdə hərəkət edir. Bununla bərabər, həm bütün daşnakların fəaliyyəti, həm də nizam-intizamın ciddiliyi, eləcə də Rusiyada və Türkiyədə hökumət məmurlarına qarşı repressiyalar son dərəcə gücləndirilmişdir ki, bu özünü artıq çoxsaylı qətllərlə büruzə verib. Partiya mətbuatı ciddi senzuraya tabedir.
Dövlət mexanizminin, ordunun saxlanması, silah əldə edilməsi, təbliğat aparılması və ümumiyyətlə məqsədlərə nail olunması üçün pul lazımdır və buna görə də "Daşnaksütyun"un öz maliyyə sistemi mövcuddur. Ən əvvəl, təşkilata daxil olan hər bir kəs, eləcə də köməkçi üzv öz qazancından və gəlirlərindən az olmayaraq pul ödəyir. Hökumət süründürməçiliyinin və rüşvətxorluğunun əvəzinə işlərin öz məhkəmələrində aparılmasına və onların həm müsəlmanlardan, həm də hər cür sıxışdırmalardan, istismardan və adi soğunçuluqlardan qorunması müqabilində mühazirələrdən, tamaşalardan, lotereyalardan, xeyriyyə axşamlarından, bazarlardan və s. toplanan ianələr, bütün erməni əhalisinə qoyulmug 2 faizlik rüsum fonda yığılır.
Siyasi şəraitə uyğun olaraq əhaliyə münasibət ilk baxışdan barışdırıcı tonda dəyişdirilib, təbliğat isə daimi iezuitizmlə fərqlənən siyasət ruhunda aparılır. Siyasətin iezuitizmi daxili fəaliyyətin belə bir mənasında ifadəsini tapır ki, ermənilər üçün bütün təbliğat milli rəngdə, başqaları üçünsə ümumi sosialist ruhunda, yəni kosmopolitik ruhda aparılır - bu, başlıca dövləti və mənəvi dayaqların: din, çar, vətən, onlarla birlikdə ailənin dağıdılması ilə müşayiət olunur.
Həmin bu iezuitizmin və yaxud sadəcə - fitnəkarlığın "Daşnaksütyun"un fəaliyyətində ümumi bir hal olduğu müşahidə edilməkdədir.
Məsələn, 1908-ci ilin dekabrında Tiflisdə "qorxusaçma orqanı" üzvlərinin, "Məsul orqan"ın və "Şərq bürosu"nun bəzi görkəmli üzvlərinin həbsindən sonra sonuncular tərəfindən bir bəyaniyyə buraxılmış və burada "Büro" erməni xalqını hökumətlə mübarizəyə çağırmaqla, sonuncunun ermənilərə münasibətdə əl atdığı repressiv tədbirləri erməni ziyalılarının kütləvi həbsləri və sürgünləri kimi qələmə verir, hökumətin bu hərəkətlərini xalqa məktəblərin bağlanması, kilsə əmlakının müsadirəsi və katolikosun hüquqlarının məhdudlaşdırılması yolu ilə erməniləri əvvəlki zorakı ruslaşdırma siyasətinə qayıdış kimi izah edirdi. Bu, "Daşnaksütyun" başçılarının 1903-cü ildəki davranışını xatırladır, o vaxt erməni kilsəsinin əmlakının dövlət xəzinəsinin idarəçiliyinə verilməsi haqqında qanunla bağlı faktından onu təhrif edərək ermənilərin bütün ruslara qarşı nifrətini coşdurmaq üçün qüdrətli bir material kimi istifadə etmişdilər. İndi də həmin fitnəkar siyasətinə sadiq qalan "Daşnaksütyun" öz partiya üzvlərinin həbsini ümumerməni məsələsinə çevirmək niyyətindədir və bunda hənsı milliyyətə mənsubluğundan asılı olmayaraq hökumətin dövlətdə mövcud ictimai quruluşu dəyişdirməyə çalışan inqilabi partiya ilə mübarizəsini görmür, öz üzvlərinin həbslərinə başqa don geydirir, onu bütün erməni xalqının özünəməxsusluğuna, onun mədəni inkişafına və dininə sui-qəsd kimi qələmə verir.
Əsli ilə düzdür. Kargüzar.
İmperator Əlahəzrətlərinin Qafqaz sərdarı
Dəftərxanasının Xüsusi Şöbəsi
17 aprel 1909-cu il.
(imza)
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
(KOMİTƏ) "DAŞNAKSÜTYUN" PARTİYASI ÜZRƏ
Əlimizdə olan məlumatlara görə, 1913-cü il sentyabrın son günlərindən oktyabrın 15-dək Cenevrədə Daşnaksütyun partiyasının qurultayı keçirilmiş, onun iştirakçılarının Konstantinopolda Semyon ZAVARYANın dəfnində iştiraklarının zəruriliyi səbəbincə erkən yekunlaşmışdır.
Nümayəndələr bunlar olublar: 1) Rusiyadan: Aleksandropol meşşanı Libarik AVEDİSYAN (32-33 yaşlarında, hündürboylu, qaraşın, qısa vurulmuş saqqal saxlayır), Tiflis meşşanı Levoy ARAKELYANTS (30 yaşında, alçaqboylu, xurmayı saçlı, sarışın bığları var, saqqalsız, Rusiyada saqqal saxlayır, atası əslən İrəvandandır) və ZORYANTS; 2) Türkiyədən: Vahan PAPAZYAN, Aram VRANYAN, Arutyun ŞARİKYAN və Artaş AZARYAN; 3) İrandan: MESROPYAN və XANADYAN; 4) Amerikadan: "AQNUNİ" (Xaçatur MALUMYAN); Balkanlardan (Rumınya və Bolqarıstan): nümayəndənin kimliyi araşdırılmayıb. Qurultayda aşağıdakı qərarlar qəbul edilib: 1) İttihad Partiyası ilə müttəfiq olmaq; 2) Osmanlı parlamentində 4 daşnak deputata malik olmaq; 3) Türkiyə Ermənistanında partiya üzvlərini polisə və məhkəmə orqanlarına işə keçirmək; 4) Kiçik Asiyada islahatlar keçirilərkən və o, 6 vilayətə bölünərkən, bu vilayətlərdə siyasi fəaliyyətləri izləmək; 5) Türkiyədə və İranda Büronun icazəsi olmadan mərkəzi komitə üzvlərinin illik seçkisinin aparılmasına yol vermək; 6) bütün mərkəzi komitələr üçün partiya pullarının mədaxili və məxarici üzrə hesabatları hər il Cenevrəyə təqdim etmək vəzifəsini müəyyənləşdirmək; 7) mərkəzi komitələri Büronun icazəsi olmadan terror tətbiq etmək hüququndan məhrum etmək; müəyyən edilsin ki, kiçik tətillər yerlərdə komitələr tərəfindən, ümumi tətillər isə yalnız Büronun əmri ilə elan edilə bilər; 9) mərkəzi komitələr üçün hansı sayda silahın saxlanc yerlərində, hansı sayda silahın əllərdə olduğunu göstərməklə mərkəzi komitələrin sərəncamındakı silahın siyahısını baxılmaq üçün büroya təqdim etmək vəzifəsi müəyyənləşdirilsin; 10) mərkəzi komitələrin və vilayət komitələrinin üzvlərini, eləcə də terror rəhbərlərini yenidən seçmək; 11) "Qnçaq" partiyası ilə razılaşmaya görə, ehtiyac olduqda Türkiyə Ermənistanında özünümüdafiənin təşkilində birgə işləmək və orada islahatların aparılmasına kömək etmək; 12) orada islahatların aparılmasına rəvac verən rus hökumətində ermənilərə qarşı əsəbilik doğurmamaqdan ötrü - Rusiyaya qarşı nə müstəqil olaraq, nə də eserlər partiyası ilə birlikdə heç bir çıxış etməmək, lakin tətillər zamanı "fəhlə ittifaqlarına" kömək göstərmək; 13) bütün zinvorları Qafqazdan Türkiyə Ermənistanına keçirmək; 14) sonuncuda islahatlar aparılanadək Rusiyada siyasi həyatı diqqətlə izləmək, özü də partiya orqanları öz fəaliyyətlərini ən konspirativ şəkildə həyata keçirməlidirlər; 15) 12-ci bənddə göstərilən məqsədlərlə rus sosialist-inqilabçılar, sosial demokratlar və anarxistlər partiyalarına onlar İMPERATOR ƏLAHƏZRƏTLƏRİNƏ qarşı terrora baş vurmasınlar deyə, təsir göstərmək; 16) öz adamlarımızı panislamist emissarlar adı altında Qafqaza göndərmək və təbliğat yolu ilə müsəlman əhalini Rusiyaya qarşı qaldırmaq və üsyan törətmək - bu isə rus hökuməti tərəfindən repressiyalar doğuracaq və müsəlman kütləsinin zəifləməsi ilə nəticələnəcək, bununla da "Daşnaksütyun" özünün Qafqazda gələcək işində müsəlmanların müqavimətinə rast gəlməyəcək, bundan başqa Qafqaz müsəlmanları və Anadolu türkləri tərəfindən ermənilərə qarşı hərəkətləri birləşdirmək təhlükəsi yan keçmiş olacaq; 17) Rusiyada, Türkiyədə, İranda və Amerikada uşaqların təhsili üçün məktəblər açmaq, onların çoxunun nəinki doğma dildə savadı yoxdur, heç ana dillərini də bilmirlər. 16-cı bənddə şərh olunan qərar Avetis AQARONYAN tərəfindən təklif olunmuşdur.
Bu göstərilənləri məlumat verməklə, Siz Zati-alilərə qurultayın qərarının 16-cı bəndinə ciddi diqqət yetirməyi və bu məqsədlə panislamist hərəkatın müşahidəsini gücləndirməyi, eləcə də emissarların Qafqaz hüdudlarına gəlişlərinə müşahidə qoymağı təklif edirəm.
Sonrası mənə məlumat verilsin.
Podpolkovnik (imza LEONTYEV)
[Bakı quberniyası və Dağıstan vilayəti jandarm idarəsi rəisinin müavininin 1914-cü il 10 nömrəli İşindən]
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
QAFQAZ SƏRDARI İ.İ.VORONTSOV-DAŞKOVUN İMPERATOR ƏLAHƏZRƏTLƏRİ NİKOLAY ROMANOVA MƏKTUBUNDAN (imza) 17 aprel 1909-cu il ("KRASNIY ARXİV", N1 (26), M.,1928, səh.118-120)
İmperator Əlahəzrətləri. Bütün ermənilərin Katolikosu həm Türkiyə, həm də Rusiya təbəələrindən ibarət olan öz din mənsublarının xahişi ilə Türkyə ermənilərinin kürdlərin hücumlarından müdafiə olunması haqqında siz əlahəzrətə təbəəlik vəsatəti ilə şəxsən müraciət etməkdən ötrü Sankt-Peterburqa yola düşməyi nəzərdə tutur. Mən bu səfərin ləğv edilməsi cəsarətini öz üzərimə götürdüm və ona həmin vəsatəti siz əlahəzrətin uca nəzərlərinə yönəltməsini təklif etdim. Mən tərəfdən Katolikosun vəsatəti ilə tanış edilmiş olan Nazirlər Şurası sədrinin lütfkar razılığından istifadə edərək, sözügedən vəsatətə dair özümün bəzi şəxsi mülahizələrimi də siz əlahəzrətin monarx diqqətinə bir təbəə olaraq təqdim etməyi özümə borc sanıram. Siz əlahəzrətə bəllidir ki, Qafqaza dair bizim Türkiyəyə olan münasibətlərimizin indiki Batum və Qars vilayətlərinin bizim ərazilərə birləşdirilməsi ilə bitmiş 1877-1878-ci il rus-türk müharibəsinədək bütün tarixi boyunca rus siyasəti Böyük Pyotrdan bəri dönmədən ermənilərə xeyirxah münasibət üzərində qurulmuşdur və onlar bunun əvəzini hərbi əməliyyatlar zamanı qoşunlarımıza fəal yardım göstərməklə ödəmişlər. Erməni-qriqorianlığın beşiyi olan Eçmiadzinin yerləşdiyi Erməni Vilayəti deyə adlandırılmış torpaqların bizə birləşdirilməsi ilə imperator Nikolay Pavloviç Eçmiadzin patriarxından Türkiyə və İran ermənilərinin himayədarını yaratmaq üçün xeyli zəhmətlər çəkmişdi. O haqlı olaraq belə düşünürdü ki, bununla da Kiçik Asiyanın xristian əhalisi arasında Rusiyaya faydalı təsirə malik olmaqla, bizim cənub dənizlərinə doğru keçmişlərdən bəri başlanmış irəliləyişimizə yol açmaq mümkünləşəcək. Biz ermənilərə himayədarlıq etməklə həmişə bizə böyük xidmətlər göstərmiş olan sadiq müttəfiqlər əldə etmişik.
Bu siyasət, öz erməniləri üzərində mənəvi təsiri Konstantinopol Patriarxının əlində cəmləşdirmək istəyən Türkiyənin əks-təsirləri üzündən bizim üçün həmişə uğurla nəticələnməsə də, hər halda demək olar əsr yarım ərzində ardıcıl olaraq və dönmədən yürüdülmüşdür. Son dəfə o öz ifadəsini San-Stefano sülhündə tapmışdır. Onun 16-cı maddəsində Babi-Ali rus qoşunlarının Ermənistanda saxlanacağı qorxusu altında ermənilərlə məskun vilayətlərdə yerli əhalinin tələbatından irəli gələn yaxşılaşdırmalar və islahatları ləngimədən həyata keçirməyi və sonuncuların qonşu kürdlər tərəfindən təhlükəsizliyini təmin etməyi öz üzərinə götürürdü. Babi-Alinin bu öhdəliyi sonra Berlin müqaviləsinin 61-ci maddəsində, lakin bu dəfə rus silahının hər hansı təhdidi olmadan təsdiqləndi - böyük dövlətlərin razılaşmasına əsasən, Rusiyanın istəklərinə zidd olaraq belə bir təhdid müqavilədə buraxılmışdı. Yalnız keçən əsrin 90-cı illərində Rusiyanın ermənilərə münasibətdə bu əzəli siyasəti Sosun qırğını zamanı kəskin şəkildə dəyişilmişdi, o zaman ermənilər onlara Türkiyənin qarşısında qahmar çıxmaq xahişinə knyaz Lobanov-Rostovskidən qəti rədd cavabı almışdılar. Bizim siyasətimizdəki bu dəyişikliyin, ümumiyyətlə, bütün ermənilər, o cümlədən Rus hökumətinə qarşı düşmən inqilabi hərəkata qoşulmuş
Rusiya təbəələri olan ermənilər arasında Rusiya daxilində erməni kilsəsinə münasibətdə tətbiq edilən uğursuz tədbirlərlə bağlı olaraq antirus ovqatı yaratmaqla, bununlada hansı kədərli nəticələrə gətirib çıxardığı Siz Əlahəzrətə yaxşı bəllidir. İnqilab alovuna bürünmüş bu ucqar diyarı sakitləşdirmək məqsədi ilə məni Qafqaz sərdarı təyin etməklə Siz Əlahəzrət üçün, mənim təsəvvürlərimə görə, Rusiya erməniləri arasında narazılıq yaradan bütün tədbirləri ləğv etmək münasib və doğru olardı. Yalnız Siz Əlahəzrətin mənə bu yüksək monarx etimadı mənim ermənilərə münasibətdə siyasətimi pisləyən bir çox dövlət xadimlərinin düşüncələrinin əksinə olaraq mənə onu dönmədən həyata keçirməyə qüvvə bəxş edirdi. Lakin indi, Əlahəzrət, mən bütün təbəələr adından sizə məruzə etməkdə xoşbəxtəm ki, Siz Əlahəzrət indi təkcə Rusiya ermənilərinin şəxsində sadiq təbəələrə malik olmaqla qalmayıb, həm də yalnız Rusiyadan və onun ali rəhbərindən onların həyatlarının, şərəflərinin və əmlaklarının kürdlərin ardı-arası kəsilməyən vəhşiliklərindən həqiqi müdafiəsini görə biləcəklərini dərindən dərk edən Türkiyə ermənilərinin də nəzərlərini özünüzə cəlb edirsiniz.
Əlahəzrət, mən güman edirəm ki, Türkiyə ermənilərinə əzəli himayədarlıq siyasətinə qayıtmağın zamanı gəlmişdir və yalnız indiki məqama uyğun gələn formanı tapmağa ciddi zərurət var.
Mənim son dərəcə dərin inamıma görə, biz ermənilərin kürdlərdən təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan Berlin müqaviləsinə istinad etməklə, Babi-Aliyə qəti bəyanat verməliyik. Məncə, ermənilərə qahmar çıxmaq təşəbbüsünü əldən vermək olmaz, bir də ki, artıq qəzetlərdə belə bir məlumat yayılıb ki, bu bəlkə də yalandır, bəzi erməni siyasətbazları Avstriyanın müdaxilə etməsi xahişi ilə qraf Bertholda müraciət etmişlər. Əgər biz bu təşəbbüsü əlimizə almasaq, bu təşəbbüs başqa bir böyük dövlətin əlinə keçər, bununla da Kiçik Asiya xristianları arasında Rusiyanın nüfuzuna böyük ziyan dəymiş olar, bu məqamda erməni xalqının yalvarışları qarşısında bizim susmağımız, əlbəttə, onun indiyədək yeganə tacidar himayədarı - rus çarına ümidlərini həmişəlik itirməsinə və bundan belə müdafiəni Rusiyadan kənarda axtarmasına gətirib çıxara bilər. Onları özümüzdən uzaqlaşdırmamaqdan ötrü xüsusən də indiki məqamda Türkiyə ermənilərinin müdafiəsində belə bir açıq çıxış etməyimiz, irəlidə indiki vəziyyət daxilində istər-istəməz asanlıqla bizim hərbi əməliyyatlar sferamıza düşə biləcək yerlərdə əhalinin bizə hüsn-rəğbətini hazırlamağımız vacibdir.
Bu qətiyyətli çıxışı etməklə, eyni zamanda biz, təkcə türkləri deyil, həm də Rusiyaya birləşdirilməyin həsrətini çəkən erməniləri çaşdırmamaqdan ötrü, məncə, xüsusi olaraq vurğulamalıyıq ki, bu çıxış Türkiyəyə qarşı ərazi iddialarına can atmaqdan irəli gəlmir.
Həqiqətən də əksərən vəhşi kürdlərlə məskun olan Türkiyə Ermənistanı deyilən ərazinin əldə edilməsi indiki məqamda bizim üçün, rəngarəng, öz aralarında düşmənçilik edən fanatik əhalinin yaşadığı bir ölkənin idarə edilməsində bizə böyük qayğılar yaratmaqla, yalnız ziyanlı ola bilər. Yekunda Siz Əlahəzrətdən onu da gizlədə bilmərəm ki, tərəfimdən layihələşdirilən Türkiyə ermənilərinə diplomatik qahmarlıq onların Rusiya həmtayfalarının qəlbində onların monarxına sadiq təbəəçilik duyğusu və sədaqəti doğurar, onun himayəsində bütün erməni xalqının rifahını səmimiyyətlə arzu edərlər.
İmperator Əlahəzrətlərinin sadiq təbəəsi qraf Vorontsov-Daşkov
Sankt-Peterburq, 10 oktyabr 1912-ci il.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
QAFQAZ SƏRDARI İ.İ.VORONTSOV-DAŞKOVUN İMPERATOR ƏLAHƏZRƏTLƏRİ NİKOLAY ROMANOVA MƏKTUBUNDAN (imza) 17 aprel 1909-cu il ("KRASNIY ARXİV", N1 (26), M.,1928, səh.118-120)
İmperator Əlahəzrətləri. Bütün ermənilərin Katolikosu həm Türkiyə, həm də Rusiya təbəələrindən ibarət olan öz din mənsublarının xahişi ilə Türkyə ermənilərinin kürdlərin hücumlarından müdafiə olunması haqqında siz əlahəzrətə təbəəlik vəsatəti ilə şəxsən müraciət etməkdən ötrü Sankt-Peterburqa yola düşməyi nəzərdə tutur. Mən bu səfərin ləğv edilməsi cəsarətini öz üzərimə götürdüm və ona həmin vəsatəti siz əlahəzrətin uca nəzərlərinə yönəltməsini təklif etdim. Mən tərəfdən Katolikosun vəsatəti ilə tanış edilmiş olan Nazirlər Şurası sədrinin lütfkar razılığından istifadə edərək, sözügedən vəsatətə dair özümün bəzi şəxsi mülahizələrimi də siz əlahəzrətin monarx diqqətinə bir təbəə olaraq təqdim etməyi özümə borc sanıram. Siz əlahəzrətə bəllidir ki, Qafqaza dair bizim Türkiyəyə olan münasibətlərimizin indiki Batum və Qars vilayətlərinin bizim ərazilərə birləşdirilməsi ilə bitmiş 1877-1878-ci il rus-türk müharibəsinədək bütün tarixi boyunca rus siyasəti Böyük Pyotrdan bəri dönmədən ermənilərə xeyirxah münasibət üzərində qurulmuşdur və onlar bunun əvəzini hərbi əməliyyatlar zamanı qoşunlarımıza fəal yardım göstərməklə ödəmişlər. Erməni-qriqorianlığın beşiyi olan Eçmiadzinin yerləşdiyi Erməni Vilayəti deyə adlandırılmış torpaqların bizə birləşdirilməsi ilə imperator Nikolay Pavloviç Eçmiadzin patriarxından Türkiyə və İran ermənilərinin himayədarını yaratmaq üçün xeyli zəhmətlər çəkmişdi. O haqlı olaraq belə düşünürdü ki, bununla da Kiçik Asiyanın xristian əhalisi arasında Rusiyaya faydalı təsirə malik olmaqla, bizim cənub dənizlərinə doğru keçmişlərdən bəri başlanmış irəliləyişimizə yol açmaq mümkünləşəcək. Biz ermənilərə himayədarlıq etməklə həmişə bizə böyük xidmətlər göstərmiş olan sadiq müttəfiqlər əldə etmişik.
Bu siyasət, öz erməniləri üzərində mənəvi təsiri Konstantinopol Patriarxının əlində cəmləşdirmək istəyən Türkiyənin əks-təsirləri üzündən bizim üçün həmişə uğurla nəticələnməsə də, hər halda demək olar əsr yarım ərzində ardıcıl olaraq və dönmədən yürüdülmüşdür. Son dəfə o öz ifadəsini San-Stefano sülhündə tapmışdır. Onun 16-cı maddəsində Babi-Ali rus qoşunlarının Ermənistanda saxlanacağı qorxusu altında ermənilərlə məskun vilayətlərdə yerli əhalinin tələbatından irəli gələn yaxşılaşdırmalar və islahatları ləngimədən həyata keçirməyi və sonuncuların qonşu kürdlər tərəfindən təhlükəsizliyini təmin etməyi öz üzərinə götürürdü. Babi-Alinin bu öhdəliyi sonra Berlin müqaviləsinin 61-ci maddəsində, lakin bu dəfə rus silahının hər hansı təhdidi olmadan təsdiqləndi - böyük dövlətlərin razılaşmasına əsasən, Rusiyanın istəklərinə zidd olaraq belə bir təhdid müqavilədə buraxılmışdı. Yalnız keçən əsrin 90-cı illərində Rusiyanın ermənilərə münasibətdə bu əzəli siyasəti Sosun qırğını zamanı kəskin şəkildə dəyişilmişdi, o zaman ermənilər onlara Türkiyənin qarşısında qahmar çıxmaq xahişinə knyaz Lobanov-Rostovskidən qəti rədd cavabı almışdılar. Bizim siyasətimizdəki bu dəyişikliyin, ümumiyyətlə, bütün ermənilər, o cümlədən Rus hökumətinə qarşı düşmən inqilabi hərəkata qoşulmuş
Rusiya təbəələri olan ermənilər arasında Rusiya daxilində erməni kilsəsinə münasibətdə tətbiq edilən uğursuz tədbirlərlə bağlı olaraq antirus ovqatı yaratmaqla, bununlada hansı kədərli nəticələrə gətirib çıxardığı Siz Əlahəzrətə yaxşı bəllidir. İnqilab alovuna bürünmüş bu ucqar diyarı sakitləşdirmək məqsədi ilə məni Qafqaz sərdarı təyin etməklə Siz Əlahəzrət üçün, mənim təsəvvürlərimə görə, Rusiya erməniləri arasında narazılıq yaradan bütün tədbirləri ləğv etmək münasib və doğru olardı. Yalnız Siz Əlahəzrətin mənə bu yüksək monarx etimadı mənim ermənilərə münasibətdə siyasətimi pisləyən bir çox dövlət xadimlərinin düşüncələrinin əksinə olaraq mənə onu dönmədən həyata keçirməyə qüvvə bəxş edirdi. Lakin indi, Əlahəzrət, mən bütün təbəələr adından sizə məruzə etməkdə xoşbəxtəm ki, Siz Əlahəzrət indi təkcə Rusiya ermənilərinin şəxsində sadiq təbəələrə malik olmaqla qalmayıb, həm də yalnız Rusiyadan və onun ali rəhbərindən onların həyatlarının, şərəflərinin və əmlaklarının kürdlərin ardı-arası kəsilməyən vəhşiliklərindən həqiqi müdafiəsini görə biləcəklərini dərindən dərk edən Türkiyə ermənilərinin də nəzərlərini özünüzə cəlb edirsiniz.
Əlahəzrət, mən güman edirəm ki, Türkiyə ermənilərinə əzəli himayədarlıq siyasətinə qayıtmağın zamanı gəlmişdir və yalnız indiki məqama uyğun gələn formanı tapmağa ciddi zərurət var.
Mənim son dərəcə dərin inamıma görə, biz ermənilərin kürdlərdən təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan Berlin müqaviləsinə istinad etməklə, Babi-Aliyə qəti bəyanat verməliyik. Məncə, ermənilərə qahmar çıxmaq təşəbbüsünü əldən vermək olmaz, bir də ki, artıq qəzetlərdə belə bir məlumat yayılıb ki, bu bəlkə də yalandır, bəzi erməni siyasətbazları Avstriyanın müdaxilə etməsi xahişi ilə qraf Bertholda müraciət etmişlər. Əgər biz bu təşəbbüsü əlimizə almasaq, bu təşəbbüs başqa bir böyük dövlətin əlinə keçər, bununla da Kiçik Asiya xristianları arasında Rusiyanın nüfuzuna böyük ziyan dəymiş olar, bu məqamda erməni xalqının yalvarışları qarşısında bizim susmağımız, əlbəttə, onun indiyədək yeganə tacidar himayədarı - rus çarına ümidlərini həmişəlik itirməsinə və bundan belə müdafiəni Rusiyadan kənarda axtarmasına gətirib çıxara bilər. Onları özümüzdən uzaqlaşdırmamaqdan ötrü xüsusən də indiki məqamda Türkiyə ermənilərinin müdafiəsində belə bir açıq çıxış etməyimiz, irəlidə indiki vəziyyət daxilində istər-istəməz asanlıqla bizim hərbi əməliyyatlar sferamıza düşə biləcək yerlərdə əhalinin bizə hüsn-rəğbətini hazırlamağımız vacibdir.
Bu qətiyyətli çıxışı etməklə, eyni zamanda biz, təkcə türkləri deyil, həm də Rusiyaya birləşdirilməyin həsrətini çəkən erməniləri çaşdırmamaqdan ötrü, məncə, xüsusi olaraq vurğulamalıyıq ki, bu çıxış Türkiyəyə qarşı ərazi iddialarına can atmaqdan irəli gəlmir.
Həqiqətən də əksərən vəhşi kürdlərlə məskun olan Türkiyə Ermənistanı deyilən ərazinin əldə edilməsi indiki məqamda bizim üçün, rəngarəng, öz aralarında düşmənçilik edən fanatik əhalinin yaşadığı bir ölkənin idarə edilməsində bizə böyük qayğılar yaratmaqla, yalnız ziyanlı ola bilər. Yekunda Siz Əlahəzrətdən onu da gizlədə bilmərəm ki, tərəfimdən layihələşdirilən Türkiyə ermənilərinə diplomatik qahmarlıq onların Rusiya həmtayfalarının qəlbində onların monarxına sadiq təbəəçilik duyğusu və sədaqəti doğurar, onun himayəsində bütün erməni xalqının rifahını səmimiyyətlə arzu edərlər.
İmperator Əlahəzrətlərinin sadiq təbəəsi qraf Vorontsov-Daşkov
Sankt-Peterburq, 10 oktyabr 1912-ci il.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ANDRANİKİN ƏMRİ
Erməni xüsusi zərbə dəstəsinin rəisi
N 640, 19 noyabr 1918-ci il
Vərəndə, Tizak, Xazın və Cavanşir hərbi baş komandanlarına, bütün komissarlara və erməni əhalisinə Bu əmri alan kimi tatarlara və türklərə qarşı bütün hərbi əməliyyatları dayandırın. Müttəfiqlər bizdən bütün hərbi əməliyyatları dərhal dayandırmağı tələb edirlər. Müttəfiqlərin təmsilziləri ingilis və fransız kapitanları yanıma gələrək ərz etdilər ki, Qafqazda müharibəyə yol verməmək qərara alınmışdır. Bakı və Batum ingilislərin əlindədir və onlar Tiflisə doğru hərəkət edirlər. Bütün məsələlər Sülh Konqresində həllini tapmalıdır. Müttəfiqlərin təmsilzilərinin mənə zatdırdıqları məktubda baş komandan ingilis generalı Tomson xəbərdarlıq edir ki, indən belə hər hansı düşmənzilik hərəkəti erməni məsələsinin həllinə mənfi təsir göstərə bilər.
İmzaladı: general-mayor Andranik.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
QƏRİBİ. QIRMIZI KİTAB (Tiflisdə 1920-ci ildə nəşr edilmişdir, çıxarışlar çap edilir)
Nəhayət ki, biz qraf Çalxuşianın imzaladığı erməni "Qırmızı Kitab"ı ilə tanış olmaq imkanı əldə etdik. Kitabın özünün giriş fəslindən göründüyü kimi, o, yalnız Çalşuxian tərəfindən deyil, erməni publisistlərilə birlikdə Çalxuşian tərəfindən yazılmış və nəşr edilmişdir… Rus dilində yazılmış bu kitab fransız və ingilis dillərinə tərcümə edilmiş və erməni kilsəsinin başçısının xeyir-duası ilə sülh konfransına təqdim edilmişdir… Kitab Rostovda artıq bir neçə ay bundan əvvəl nəşr edilmişdir, lakin o, nəinki kitab bazarında yoxdur, o, hətta ayrı-ayrı maraqlı şəxslərdə də yoxdur…
Avropaya Qafqazda "nəşr edilə bilmiş" kitabın tərcüməsini təqdim edirlər, elə faktlar təqdim edirlər ki, maraqlı Gürcüstan və Azərbaycan Respublikaları onlara təkziblərini təqdim edə bilməmişlər. Deməli, bu faktlar doğrudur, onlar tam etibara layiqdir. Gürcü xalqına, Qafqazın tatar əhalisinə qarşı bu erməni böhtanı və çuğulları (danosları) məcmuəsinə münasibət belə olmalıdır. Axı Avropada bilməyəcəklər ki, maraqlı respublikalar bu kitabın heç üzünü də görməyiblər, orada şərh edilən bütün iyrəncliklər heç bir tənqidə məruz qalmayıb, müzakirə predmeti olmayıb, burada heç kim bu kitabı görməyib və deməli heç kim təkzib təqdim edə bilməzdi. Onlar burada bizim bədbəxt məmləkətdə məskunlaşmış bütün xalqların qardaşlığı, həmrəyliyi barədə özlərini çarmıxa çəkəcəklər. Orada, Avropada isə erməni çuğullar (danoslar) və yalanlar kitabı sərbəst gəzəcək, gürcü xalqı haqqında Kiçik Asiyada və Zaqafqaziyada yeganə mədəni xalqı - erməni xalqını təqib edən barbarlar kimi düşünəcəklər…
BİZ VƏ ONLAR Biz, sosialistlər, bizim Zaqafqaziyada milli münasibətlərin bütün kəskinliyini heç vaxt gizlətməmişik. Biz, qafqazlılar, yaxşı xatırlayırıq ki, rus mütləqiyyəti artıq bir neçə dəfə bizim aramızda beynəlxalq nifrət tonqalı alışdırmaq, bir xalqı digərinin üzərinə qaldırmaq və bulanıq suda rahatlıqla balıq tutmaq üçün cəhd edibdir…
Qafqaz xalqlarının bədbəxtçiliyindən, ermənilər və tatarlar arasında belə eksperimentlərə demək olar ki, həmişə o, müyəssər olmuşdur. Mesamedasistlər (ilk adı Gürcüstan Sosial-Demokrat Partiyası) gürcü xalqını mauzerlərlə silahlandırmamışlar. Partiya mədəni işlərlə məşğul olmağa başladı. Şəhərləri, qəsəbələri, kəndləri ümumi kitabxanalar - qiraətxanalar bürüyürdü, onlar Kutaisi quberniyasında, xüsusilə Quriyada, Qafqazın bu demokratiya beşiyində xüsusilə çox idi. Xalq qiraətləri, xalqların həmrəyliyi, əsarət altında olan siniflərin ümumiliyi barədə kitabçalar… Bax mesamedasistlərin gürcü xalqını öz qonşularına qarşı nifrətdən çəkindirən tilsim budur… Bizim böyük bədbəxtçiliyimizdən ermənilər arasında belə möizələr səslənmirdi. Onlarda həmişə milli ehtiraslar qızışdırılırdı, onları həmişə şovinizm və insanlara qarşı nifrət zəhəri ilə zəhərləyirdilər. Erməni Daşnaksutyunu, bütün zəhmətkeşlərin bərabərliyi ideyaları əvəzinə, öz fəaliyyətinin ilk addımlarından erməni xalqına separatizm ideyası aşılamağa başladı, onu inandırmağa çalışdı ki, o, qonşuları kürd və ya tatarlar kimi barbar (vəhşi) deyil, Allah tərəfindən seçilmiş, həmin mədəniyyətsiz xalqları qovmaq və onların ərazilərində özlərinin xüsusi milli çarlığını yaratmaq üçün dəvət edilmiş xalqdır…
Düzdür, erməni xalqının tarixi bədbəxtliyi ondan ibarətdir ki, onun başına düşmüş tarix çəkici onun haçansa bütöv dövlət bədənini xırda hissəciklərə parçalamış və onları dünyanın müxtəlif ölkələrinə səpələmişdir. Türkiyənin yerinə xristian Rusiyanı yaxud yüksək mədəniyyətli Almaniyanı qoyun. Əgər Rusiya polyakları Avropada yaşayan bütün polyakları bir dövlət orqanizmində birləşdirmək ideyası naminə avstriya polyaklarına qoşulsaydılar, vətəndaşları olduqları Rusiyaya qarşı müharibə etsəydilər, Rusiya nə edərdi? Əgər Elzas və Lotaringiya fransızları Almaniya ilə mübarizə üçün könüllü dəstələr təşkil etsəydilər, Almaniya nə edərdi? Təbii ki, həmin mədəni xristian dövlətləri Türkiyə ermənilərlə nə edirsə, elə onun özünü edərdilər… Məlumdur ki, insanlar öz gözlərində tiri görmürlər, özgələrinin gözündə isə cüzi bir toz zərrəsini yaxşı görürlər. Lakin tarix üçün "özünün" və ya "özgənin" gözü yoxdur. Ondan ötrü ya yarımmədəni kürd, ya yüksəkmədəni britaniyalı yoxdur. Və Türkiyə hökumətinin dəhşətli günahlarını tarixin mühakiməsinə çıxararkən biz bu günahın səbəblərini də tapmalıyıq. Erməni publisistləri öz xalqının bədbəxtliyini erməni xalqının həddindən artıq mədəniyyətli və azadlıq sevən olması ilə izah etməyi düşünürlər. Lakin belə izahatı ciddi qəbul etmək olmaz… Onun səbəbi Daşnaksutyun partiyasındadır, erməni xalqının bu dəhşətli bəlasındadır, Kiçik Asiyanın və xüsusilə Zaqafqaziyanın bütün xalqları üçün bu fəlakətdədir…
TÜRKİYƏDƏ ERMƏNİ MƏSƏLƏSİ Erməni məsələsi adı ilə məlum olan məsələ ilk dəfə keçən əsrin 80-cı illərinin sonunda meydana gəlmişdir. Bu məsələ altında Türkiyənin ermənilər məskunlaşan demək olar ki, bütün vilayətlərini qana bulamış biabırçı hadisələrin bütöv bir şəbəkəsi məlumdur. Həmin hadisələrin ən başlıca səbəbləri, bir tərəfdən Türkiyədə yaşayan ermənilərin və əsas etibarilə daha mədəni siniflərin siyasi dünya görüşündə baş vermiş təkamül və bununla əlaqədar onların inqilabi fəaliyyəti, digər tərəfdən isə - həmin təkamülün süni surətdə yaradılması üzərində ciddi cəhdlə işləmiş, erməniləri inqilabi yola itələmiş və bunun müqabilində Türkiyə müsəlmanları arasında antierməni hərəkətinə səbəb olmuş Avropa diplomatiyasının gizli və qərəzli siyasətidir. Bu zaman diplomatiyanın güddüyü məqsədlər məlumdur - həmin zəmində Rusiya və Türkiyə arasında siyasi ixtilaflar doğurmaq və bununla birlikdə Türkiyənin daxili işlərinə müdaxilə etmək üçün özlərinə əlverişli mühit yaratmaqdan ibarətdir.
Qərbi Avropa siyasi xadimləri bu istiqamətdə öz məqsədlərinə nail olmaq üçün ermənilərin Türkiyədə vəziyyətlərinin ağırlığı barədə onlara təlqin edirdilər və onlarda bu vəziyyətdən Avropanın köməyilə öz qüvvələrilə çıxmaq imkanları barədə fikir oyadırdılar.
90-cı illərin əvvəllərinə qədər Türkiyənin özündə erməni məsələsi mövcud olmamış və ya o, sonralar aldığı rəngdən çox uzaq idi. Ermənilər, türklər, kürdlər birlikdə yaşayırdılar və onların arasında adi qonşu dalaşmasından kənara çıxan xüsusi anlaşılmazlıqlar baş vermirdi, çünki onların hamısı tamamilə eyni şəraitdə idilər. Xaricdə isə, İngiltərədə, Fransada, Avstriyada və Amerikada yaradılmış erməni siyasi xdimlərinin dərnəkləri arasında erməni millətini onun milli özünüdərkinin yeni inkişaf yoluna çıxarılmasının zəruriliyi barədə artıq çoxdan səslər eşidilirdi. Belə təbliğatın mərkəzi tezliklə London oldu ki, burada ingilis diplomatiyasının təlqini altında inqilabi erməni dərnəkləri arasında Avropa diplomatiyasının yardımı ilə "Müstəqil azad Ermənistan" yaradılması barədə ilk dəfə fikir törədi… Bu son məqsədə çatmaq üçün vasitə kimi Türkiyədə bir sıra iğtişaşlar törədilməsi zərurəti qəbul edildi ki, bunlar Avropanı Türkiyədə ermənilərin qəddar təqiblərə məruz qalmasına inandıra bilərdi… Rusiyanın müxtəlif qəbiləli Zaqafqaziyası ilə qonşuluqda xüsusi erməni dövləti yaradılması Avropanın arzularına - Rusiyanın Asiya Türkiyəsinə daha da irəliləmə hərəkətinə müəyyən hədd qoyulmasına cavab verərdi. Lakin hər halda Avropa üçün ən başlıca məqsəd həmin zəmində iğtişaşlar qaldırmaq, Türkiyədə onun üçün məhvedici milli münasibətləri qızışdırmaq ki, gələcəkdə ermənilərlə Türkiyə hökuməti arasında ədavətə müdaxilə edərək, öz nüfuzunu gücləndirmək və Türkiyəyə qarşı öz planlarının həyata keçirilməsi üçün özünə imkanı təmin etmək idi… Nəhayət, 1894-cü ilin avqustunda, bütün bu güclər sayəsində başının üstünü almış tufanlı şərait ermənilərin əvvəlcə kürdlərlə, sonra isə sonuncuların köməyinə yetişmiş türk qoşunları ilə erməni kənd əhalisi mövcud olmaqla, bütöv bir toqquşmaları ilə ifadə olunan məlum sasun hadisələrlə boşalır. O vaxta qədər ermənilərin və kürdlərin yanaşı tamamilə sülh şəraitində yaşadıqları rayonda Boyatjianın və Damalyanın təbliğatı ilə süni surətdə törədilmiş bu toqquşma, yeri gəlmişkən, xarici dövlətlərin Türkiyənin daxili işlərinə qarışması üçün bəhanə oldu.1894-cü ilin sonunda üç ölkənin - İngiltərənin, Fransanın və Rusiyanın nümayəndələri hərçənd dostcasına, lakin kollektiv surətdə Portoya sasun işini təhqiq etmək zərurəti barədə və sonra - ermənilərin məskunlaşdığı vilayətlərdə Türkiyə rəhbərliyini ciddi nəzarət altına qoymaq məqsədilə islahatlar keçirilməsi barədə təklif verdilər. Həmin notanı gözləyərək, ermənilərin inqilabi fəaliyyəti müəyyən vaxt sanki sönür, lakin sonra Portanın tərəddüdlərinə görə, 18 sentyabr 1894-cü ildə Konstantinopolun küçələrində islahatlar münasibətilə çoxsaylı erməni nümayişləri baş verir ki, onlar sonrakı günün səhərinə qədər davam edən qanlı küçə döyüşlərilə başa çatır. Sonrakı, 1894-cü ilin oktyabrında və noyabrında Asiya Türkiyəsinin demək olar ki, bütün nəhəng ərazisində qızışan hadisələr sanki Konstantinopolda baş verənlərin hamısının əks-sədası idi. Trapezund, Ərzurum, Van, Bitlis, Sivas, Diyarbəkir, Harput, Urfa, Adana və Aleppo vilayətlərində tədricən qanlı qırğınlar alışdı. Bu qırğınların başlanması sultanın ermənilər yaşayan altı vilayətdə islahatlar keçirilməsi haqqında 6 oktyabr 1894-cü il tarixli fərman imzalaması anı ilə üst-üstə düşmüşdür. Bununla bərabər, 1895-ci ilin noyabr ayının sonunda London diplomatiyasının erməni məsələsinə baxışlarında dönüş yarandı. O, belə rəyə gəldi ki, erməni işləri Rusiyanı Türkiyə ilə yeni müharibə meydanına çıxara bilməz. Odur ki, Ermənistanda gərginliyi bir qədər zəiflətmək və əbəs qan tökülməsinin dayandırılması üçün tədbirlər görmək barədə onda qərar yaranır. İlk vaxtlar bu qərar Türkiyədəki ingilis konsullarının demək olar ki, hamısını öz nazirliyinin planlarının keçmiş icraçıları kimi dəyişilməsinə çevrildi. Lakin yeni təyin edilmiş konsulların barışdırıcı siyasətinə baxmayaraq, xaricdən təkan almış hərəkət birdən-birə dayana bilməz.
Və 1896-cı ilin iyununda Vanda izdihamlı iğtişaşlar başlanır, bu zaman yerli ingilis konsulu Villiams az qala həlak olacaqdı, onun fədakarlığı və ciddi fəaliyyəti sayəsində bu iğtişaşlar nisbətən az saylı tələfatla (erməni tərəfdən 500 və müsəlmanlardan 300 nəfər) qurtarır. Həmin ilin avqust ayının 14-də Daşnaksutyun partiyasının üzvləri qəflətən Konstantinopolda Ottoman bankının binasını zəbt edirlər və binanı ordakı bütün qiymətlilər və kağızlarla birlikdə partlatmaqla hədələyərək, Avropa səfirlərindən ermənilər üçün həqiqi islahatların təcili keçirilməsi xeyrinə ciddi müdaxilə etməyi tələb edirlər. Həmin ildə Vanda, əgər rəsmi sənədlərə inansaq, şəhərə girmiş erməni inqilabçılarının törətdiyi iğtişaşlar baş verir. 1898-1899-cu illərdə inqilabçı təşkilatların fəaliyyəti Muş-Sasun rayonuna keçirilir, burada Seronun qrupu, sonra 1901-ci ildə isə Andranik çətəsi fəaliyyət göstərməyə başlayır. Bütün bu çıxışların bir nəticəsi - erməni çətələrinin zülmünə müsəlmanların cavabının (qisasının) bütün ağırlığı, əsas etibarilə, onların üzərinə düşən kəndçi erməni elementinin ümumi rifahının sarsıdılması oldu. Böyük dövlətlərin kömək edəcəyi nöqteyi-nəzərində dayanaraq erməni inqilab xadimləri özləri üçün iki prinsip hazırlamışdılar: bir tərəfdən, qəsdən daha çox açıq üsyanlar törətmək, qiyamlar qaldırmaq və ikinci tərəfdən - həmin qiyamlar və qan tökülmələri barədə, onların ölçülərini mütləq şişirtməklə qışqırmaq. Öz tələblərini onlar həmişə son dərəcə şişirdilmiş şəkildə təqdim edirdilər. Onlar belə bir fikri mənimsəmişlər ki, siyasət bütöv yalandır, xalqın taleyini yalan və şişirtmə yolu ilə xilas etmək olar, kim daha çox qışqırır, o, da son qələbəyə nail olur… Konstantinopolda Fransanın diplomatik nümayəndəsi Kambon 1894-cü ildə erməni məsələsinin vəziyyətini bax belə təsvir edir. "Berlin traktatının 61-ci maddəsinin mənasına görə Avropa Ermənistan xristianlarının aqibətilə maraqlanmalı idi. 1878-ci il Kipr traktatında isə yenidən ermənilərin vəziyyətinin yaxşılaşdırılması zəruriliyi təsdiq edilmişdir. Bu zaman ermənilər arasında ya milli ideyalar, ya da müstəqillik ideyaları mövcud deyildi. Əgər belə ideyalar törəyirdisə, onlar yalnız Avropa üzrə səpələnmiş mühacirlərin məktublarında olardı… Erməni əhalisinin kütləsi sadə reformalar istəyirdi və yalnız türk rəhbərliyinin yaxşılaşdırılması barədə xəyal edə bilərdi. Lakin Portanın fəaliyyətsizliyi erməniləri ümidsizliyə gətirib çıxardı…"
1885-ci ildə Avropada ilk dəfə erməni hərəkatının başlanması barədə xəbər yayılır. Fransadakı, İngiltərədəki, Avstriyadakı və Amerikadakı erməni mühacirləri kollektiv hərəkətlər üçün birləşirlər; komitələr yaradılır, fransız və ingilis dillərində nəşr edilən jurnallar peyda olur; həm onlar və həm də digərləri ermənilərin milli özünüdərkinin oyadılması üzərində işləməyə və türk rəhbərliyinin cinayətlərini ifşa etməyə başlayırlar və buradan da Avropaya Berlin traktatının pozulması barədə bildirilməsi üçün ilk səslər yayılır. Erməni təbliğatı ilk öncə Fransanı özünə tərəf cəlb etməyə çalışırdı. Ermənistan barədə müxtəlif məqalələr çap edilməyə başlandı: ziyafətlər təşkil edilir, nitqlər söylənilirdi. Sen-Denidə Lyusinyanın məzarı üstündə nümayiş keçirilmişdi. Lakin etiraf etmək lazımdır ki, Fransa heç nə başa düşmədi və adı yalnız Ararat dağı, Nuh və Xaç yürüşləri barədə xatirələr yaradan xalqla heç maraqlanmadı. Əvəzində İngiltərə erməni məsələsilə çox maraqlandı. Şərqdə maraqlı olan, çox böyük müstəmləkələrə malik dövlət kimi orada öz hökmranlığını saxlamaq üçün o, Kiçik Asiyada da möhkəmlənməli idi. O, Rusiyaya Dardanelə doğru irəliləməkdə mane olmalı idi. Odur ki, o, erməni məsələsindən yapışmalı idi. Bu münasibətlə həmin cənab Kambon bax nə yazır: Londonda ermənilər çox yaxşı qəbul edildilər: Qladston kabineti narazıları topladı, onları qruplaşdırdı, intizama öyrətdi və öz dəstəyini vəd etdi. Həmin vaxtdan təbliğat kabineti Londonda bərqərar oldu və burada müvafiq göstərişlər alırdı. Erməni əhalisi kütləsinə iki çox sadə ideyanı yeritmək lazım idi: millət ideyası və azadlıq ideyası. Beləliklə, bir neçə il ərzində gizli cəmiyyətlər bütün Ermənistan üzrə yayılır, türk rəhbərliyinin qüsurları və nöqsanları təbliğ edilir; zəmin hazırlanmışdır, erməni hərəkatının qəti təsvir edilməsi üçün yalnız bəhanə yaxud məlum həvəsləndirmə çatmır. Bu bəhanəni, yaxud, əgər istəsəniz, həvəsləndirməni ermənilər Konstantinopolda keçmiş erməni patriarxı, sonralar öz vətənpərvərliyinə görə Yerusəlimə sürğün edilmiş yepiskop Xrimianın katolikos vəzifəsinə seçilməsində tapırlar. Əzəmətli Porta, əlbəttə, belə hallarda tiraniyanın yoxlamadan çıxmış vasitələrini: qətlləri, sürgünləri, həbsxanaya salınmaları işə buraxdı… Lakin Porta sərt tədbirlərlə əks nəticələrə nail oldu. Həmin Kambonun ədalətli qeydinə görə o, bununla artıq öz əzabkeşlərini (qurbanlarını) saymağa başlamış ermənilərin hərəkatını müqəddəsləşdirdi. Bu ümumi hərc-mərclik vəziyyətində erməni məsələsinin həlli üçün nə təklif etmək yaxud nəyi fərz etmək olar? Müstəqil Ermənistan? - Kambon soruşur və özü də cavab verir: "Bu barədə fikirləşmək belə olmaz: Ermənistan Bolqariya yaxud Yunanıstan kimi, təbii sərhədləri olan dövlət yarada bilmək, zira elə bir rayon göstərmək olmaz ki, orada digər xalqlar çox və ya az dərəcədə ermənilər tərəfindən azlığa çevrilsin. Ermənilər Türkiyənin dörd küncünə səpələnmişlər, Ermənistanın özündə isə onlar hər yerdə müsəlmanlarla qarışmışlar. Buna əlavə edək ki, ermənilər artıq Türkiyə, İran və Rusiya arasında bölünmüşlər. Ehtimalı az olan halda, əgər Avropa Ermənistan yaratmağı təklif edərsə, yeni dövlətin sərhədlərini cızmaq demək olar ki, mümkün olmayacaqdır. Yarımmuxtar imtiyazlı ədalət təsis edildikdə də belə çətinlik gözlənir. Ermənistan harada başlanır və harada qurtarır?"… Kambon bir çox illər bundan əvvəl belə yazmışdı və həqiqət bu fikirləri o qədər doğrultdu ki, onun ağlının bəsirətinə (gözü açıqlığına), peyğəmbərliyə qədər yüksəlmiş bəsirətinə müsbət mənada təəccüblənməli oluruq… Böyük dövlətlərin Türkiyə ermənilərilə maraqlanmalarını görən həmin xalqın liderləri heç də məsələ barədə onlarda düzgün təsəvvür yaradılmasına, onların türk-erməni münasibətləri labirintini anlamalarına kömək etməyə çalışmırdılar. İngiltərənin Konstantinopolda səfiri mister Qoşen Lord Qranvillə 1880-cı ildə yazdığı məktubda bu barədə birbaşa şikayətlənirdi: "Mən tamamilə əminəm ki, əhaliyə aid həqiqi məlumatlar dövlətlərə məlum olmayınca onlar heç bir hərəkət planı müəyyən edə bilməzlər. Patriarxın (Neresin) rəqəmləri də, Portunun rəqəmləri kimi, hərçənd əks istiqamətdə, şişirdilmişdir. Hər şey iki bir-birindən fərqli xalqların və dinlərin fiziki qüvvəsindən asılıdır. Əgər ermənilər azlıqda qalarlarsa, onların çoxluqda olmaları halında bizim onlara verəcəyimiz eyni təsisatları verməyimiz onlar üçün təhlükəli olacaqdır, bu onların özləri üçün təhlükəli olardı".
Necə olsa da, 1896-cü ilin sonundan Avropa dövlətləri erməni işlərinə qarışmaq üzrə öz enerjilərinin cəmini nəzərə çarpacaq dərəcədə azaltmağa başladılar. Onlar üçün Türkiyənin daxili işlərinə qarışmaq üzrə öz qüvvələrinin tətbiqinin digər nöqtələri: Krit üsyanı və Makedoniya məsələsi kimiləri müəyyən edilməyə başladı… Erməni məsələsində durğunluq başlanır.
ERMƏNİ İNQİLABÇI XADİMLƏRİNİN ÜSYANKARLIĞI Erməni inqilabçı xadimləri sadə üsyançılardır. Onlar heç vaxt mübarizə edən qüvvələrin real nisbətinə istinad etməmişlər, heç zaman onların arasında və onlar üçün fəaliyyət göstərdikləri xalq kütlələrinin maraqları ilə hesablaşmamışlar. Onlar dinc əhali arasında peyda olur, üsyanlar hazırlayır və qaldırırdılar: bombalar atırdılar, görkəmli kürd və türk məmurlarını öldürürdülər, atışmalar yaradırdılar və özlərinin bədbəxt soydaşlarını cənab inqilabçıların hərəkətlərinə görə öz qonşuları ermənilərdən qisas almağa hazır olan amansızlaşmış müsəlman əhalisinin ixtiyarına buraxaraq həmişə cəzasız sürüşüb aradan çıxmağı bacarırdılar. Erməni inqilabçı xadimləri xalq kütlələrinin özünün təşkilatçıları, onların rəhbərləri deyildilər, dinc əhalini tarixə cəlb edən və onu ən faciəli anlarda hər cür müdafiəsiz atıb qaçan sadəcə kortəbii qıcqırma (qalxışma) fermentləridirlər. Erməni inqilabçı xadimlərinin səciyyəvi xüsusiyyəti belədir.
Bu xüsusiyyəti həm Türkiyə Ermənistanında, həm də Zaqafqaziyada inqilabi hərəkatın başlanğıcından izləmək olar. Misal üçün Boğazkəsən kəndinin kürdlər tərəfindən talan edilməsi tarixini izləmək kifayətdir. İş ondan başladı ki, bu bədbəxt kənddə səkkiz nəfər erməni inqilabçısı peyda oldu. Onları izlədilər və kəşfiyyat üçün kəndə iki rota nizami dəstə gəldi. Onlar kəndin yanında düşərgə salmağa macal tapmamış erməni inqilabçıları pusqudan onlara atəş açdılar. Nəticədə bir neçə nəfər kürd yerindəcə öldürüldü, qalan kürdlər qaçdılar. cənab inqilabçılar bir dəqiqə də vaxt itirmədən öldürülmüş kürdlərin atlarını ələ keçirdilər və saatın təxminən dörddə biri ərzində əlçatmaz hüdudlarda oldular. İnqilabçılar rahatlıqla öz qiymətli həyatlarını xilas etdilər, lakin Boğazkəsən kəndində yaşayan bədbəxt ermənilər qisasdan xilas edilmədilər. Gündüz saat üçə yaxın oraya bir rota türk əsgəri gəldi. Kənd tamamilə boş idi. Ermənilər hər şeyi atıb, qarşıdakı qisasdan qorxaraq, öz əmlaklarını taleyin ixtiyarına buraxıb hər tərəfə qaçmışdılar. Axşama yaxın bütün Tokurlu aşirəsi tam tərkibdə burada idi. Varlı kənd büsbütün talan edilmişdi. Dinc erməni əhalisinin əsrlərlə əldə etdiyi əmlak hiddətlənmiş kütlənin əlinə keçdi. Yaxınlıqda yerləşən dörd erməni kəndinin də taleyi sonrakı gün belə oldu. cənab Mayevski göstərdiyi kimi, bu hadisələr Trapezund qırğınından ancaq bir neçə gün öncə baş vermişdi və kürdlərin kortəbii antierməni hərəkatının başlanğıcı oldu. Erməni inqilabçılarının Ottoman bankını zəbt etmələri də səciyyəvidir, bu barədə yuxarıda xatırlatmışıq. İş belə olmuşdu. "Daşnaksutyun" erməni inqilabçıları federasiyasının mərkəzi Konstantinopol komitəsi 1896-cı ilin avqustunda, Avropanın erməni məsələsinə diqqətini qaytarmaq arzusu ilə, belə bir proklamasiya buraxmışdılar ki, onu Avropanın böyük dövlətlərinə iitihamnamədən başqa heç cür məna vermək olmaz. "Porta tərəfdarları olan dövlətlər! Həm Krit adasında, həm də Ermənistanda onlar xristianların əbəs mübarizəsinə bizim cəlladlarımız olan türklər kimi nifrətlə yanaşırlar!.. Lakin sarsılmış xalqın səbrinin öz hədləri vardır. Erməni millətinin qəzəbi onun boynuna geydirilmiş zəncirləri bir daha qırıb atacaq və bundan sonrakı hərəkətlər üçün məsuliyyət yalnız sultanın deyil, həm də xarici dövlətlərin nümayəndələrinin üzərinə düşəcək… Biz öləcəyik! Biz bunu bilirik!.. Lakin erməni xalqının sümük iliyinə qədər hopmuş inqilab ruhu hətta bir erməni sağ qalana qədər sultanın taxt-tacına təhlükə yaratmaqdan çəkinməyəcəkdir".
Həmin proklamasiyanın nəşrinin ardınca "Daşnaksutyun" Konstantinopolda Ottoman bankının zəbt edilməsi adlanan komediyanı oynadı və o, bir neçə min dinc erməni əhalisinin həyatı bahasına başa gəldi. 14 avqust 1896-cı il tarixində 25 nəfər "Daşnaksutyun" partiyasının üzvü Ottoman bankının binasına girdilər və bombaları və mauzerləri çıxarıb oradakılara elan etdilər ki, onlar indi bankı partladacaqlar. Dəşhətli çaxnaşma baş verdi. Bu zaman bankda olanların hamısı özlərini xilas etmək üçün bankın binasından tələsik çıxdılar, orada yalnız erməni inqilabçıları qaldı. Lakin hansısa bir neçə dəqiqədən sonra Konstantinopolun küçələrində dəhşətli erməni qırğını başlandı. Qırğın bütöv bir sutka davam etdi. Erməniləri, vəhşi heyvanlar kimi ovlayırdılar. Qan çay kimi axırdı. Küçələr cəsədlərlə dolu idi. Həmin dəhşətli hadisəni törətmiş cənab inqilabçılar isə elə həmin günün axşamı Rusiya səfirliyinin dilmancı Maksimov vasitəsilə Avropa dövlətlərinin nümayəndələrilə danışıqlara başladılar və həyatlarının saxlanılması şərtilə təslim oldular. Konstantinopolun küçələrində dinc ermənilərin günahsız qanı sel kimi axanda onların bədbəxtliyinin həmin günahkarları özlərindən sonra onların günahsız həlak olmuş qardaşlarının minlərlə cəsədini qoyub, "Jironda" fransız paroxodunda Marselə doğru üzürdülər. Erməni inqilabçılarını bu bədbəxt qurbanlarmı maraqlandırırdı? Axı onlar öz vəzifələrini vicdanla yerinə yetirmişlər: bir dərya qan tökdülər, dünyanı erməni məsələsi barədə danışmağa məcbur etdilər, qəzetlərə türklərin erməniləri qırması barədə qışqırmaq üçün material verdilər… və öz şəxsi həyatlarını xilas etdilər. Həmişə belə olmuşdur. Erməni inqilabçıları iğtişaşlar, qırğınlar törətmiş, sonra isə gizlənmişlər. Onların sərəncamında olan silah özlərinin qaçmalarının qorunmasına xidmət edirdi, silahsız erməni kütlələri isə öz silahlı soydaşlarının qoçaqlıqları üçün həyatlarını və əmlaklarını qurban verməli idilər. Erməni inqilabçıları heç vaxt öz hərəkətlərinə görə üzərlərinə məsuliyyət götürməmişlər. Peterburqdakı məşhur daşnaksutyun prosesini xatırlayaq. Orada müqəssirlər kürsüsündə oturan on partiya başçısından yalnız A.P.Oqancanyan özünün Daşnaksutyun partiyasının üzvü olduğunu boynuna aldı. Onun bütün qalan üzvləri partiyaya mənsubiyyətdən və hər hansı məsuliyyətdən imtina etdilər...
İNQLABİ FƏALİYYƏTİN ZAQAFQAZİYAYA KEÇİRİLMƏSİ Doxsanıncı illərin ortalarında erməni məsələsi öz inkişafının yeni fazasına daxil olur - o, Türkiyədən Zaqafqaziyaya keçirilir. Bu Qafqaz ölkəsinə knyaz Qolisinin rəhbərliyi dövrünə düşür. Burada Daşnaksutyun partiyası öz fəaliyyətini güclü göstərməyə başlayır, o, ermənilərin əmlak və mədəni maraqlarının müdafiəsini özünün şüarı elan edir, onlara münasibətdə knyaz Qolisin eşidilməmiş ədalətsizliklərə yol vermiş, hətta erməni kilsəsinin əmlakını dövlət idarəsinə götürmüşdü. Həmin partiyanın bayrağı altında azsaylı, lakin öz həmrəyliyi və fəallığı ilə güclü bir qrup erməni birləşmişdi, onlar yalnız digər millətlərə deyil, həm də partiyanın təbliğ etdiyi siyasi fikirlərə indifferent və etinasız yanaşan həmvətənlərinə qarşı terror yolu ilə öz ideallarını həyata keçirməyi özlərinə məqsəd qoymuşdular… Erməni inqilabçılarının mübarizə meydanını Zaqafqaziyaya keçirmələri onları əhalimizin sülh və dostluq şəraitində yaşadığı bizim diyarın tarixində ən bədbəxt an hesab etmək lazımdır. Daşnaklar gəldilər, milli ədavət gətirdilər; belə zəmində isə, əlbəttə, erməni-tatar qırğınından yaxud Ermənistanla Gürcüstan arasında müharibədən başqa heç nə bitməzdi. Erməni inqilab xadimlərinin, əsas etibarilə, "Daşnaksutyun" partiyasının meydana gəlməsinə qədər Zaqafqaziya sülh və əmin-amanlıq şəraitində yaşamışdı. Bizim gördüyümüz tez-tez və hər yerdə təkrar edilən erməni-tatar qırğını kimi dəhşətlərin kölgəsini də burada heç kim xatırlamır. Ermənilər, tatarlar, gürcülər əsrlərlə birlikdə yaşamışlar. Dinc əhali burada heç vaxt milli zəmində heç bir qanlı toqquşmalarla üzləşməmişdi. Düzdür, müsəlman xalqlarında qan qisası adəti mövcuddur, lakin burada bu və ya digər qan düşməninin millətinin heç bir mənası yoxdur. Belə hallarda qan düşməni həm öz soydaşına, həm də digər millətdən olan adama eyni qəzəblə hücum edəcək. Daşnaklar özlərinin gələcək muxtar Ermənistan üçün bütöv erməni ərazisi yaradılması təbliğatları ilə gəldilər və o vaxta qədərki Zaqafqaziya kəndinin patriarxal həyatına milli düşmənçilik və ədavət hissləri soxuldu. Ermənilərin silah oynatmasına tatarlar onunla da cavab verdilər. Qraf Voronsov - Daşkov öz sədaqətli məktubunda deyir: "Belə vəziyyətdə ən kiçik bir bəhanə kifayət idi ki, toqquşma baş versin. O, Naxçıvanda və Erivanda baş verdi. Bu hadisələrin ardınca erməni-tatar münaqişələri qonşu Yelizavetpol quberniyasına keçdi. Ayrı-ayrı hallarda tərəflərdən hansının qırğının başlanmasında müqəssir olmasını dəqiq müəyyən etmək mümkün deyil. Şuşada kütləvi atışmanı, görünür ki, ermənilər, Bakıda ikinci iğtişaş zamanı (1905-ci ilin avqustunda) - tatarlar, Tiflisdə - ermənilər başlamışdılar". Ermənilərin özlərinin məftun olduqları yumşaq döşəyən qraf Voronsov-Daşkovun fikirlərində "Daşnaksutyun" partiyasının fəaliyyətinin bax belə tərifini tapırıq. Hazırda erməni əhalisi üçün artıq sirr deyil ki, erməni-tatar qırğınında çox mühüm rolu olan "Daşnaksutyun" özünün zəruriliyini isbat ermək üçün çox zaman guya "fədai" quldur dəstələrinin qonşu tatar əhalisinə taktiki hücumları, əlbəttə, öz növbəsində, onların da ermənilər qarşısında borclu qalmadıqları kimi xalis fitnəkar hərəkətlərə əl atırdı.
"Daşnaksutyunun" bu səyi onlara adətən gələcəkdə avtonom Ermənistan yaradılması üçün hazırlıq məqsədlərilə bir bütöv erməni əhalisi olan müəyyən dərəcədə böyük ərazi yaratmaq səyilə izah edilirdi. Zaqafqaziya hüdudlarında daşnaksakanların peyda olduqları ilk günlərdən xüsusi döyüşçü dəstələrinin üzvləri vasitəsilə aparılan terrorçuluq hərəkətləri başlanır. Onların bu istiqamətdə fəaliyyəti vəzifəli şəxslərə qarşı bir sıra qəsdlərə, hətta Qafqaz valisi knyaz Qolitsının həyatına qəsdə gətirib çıxarır və nəhayət, erməni-tatar toqquşmaları alovunda - Qafqazda presedenti (misalı) olmayan hadisədə yekunlaşır. 1905-ci ildə Qafqaz canişini vəzifəsinə hiyləgər, yumşaq xasiyyətli saray adamı Voronsov-Daşkov təyin edilir. O, Qafqazda erməni xalqına hakimiyyətin olduqca xeyirxah münasibətini yaradır. Bu andan da erməni başçılarının fəaliyyətində dönüş müşahidə edilir; onların Qərbi Avropa dövlətlərini yenidən erməni məsələsilə maraqlandırmaq üçün təkidli cəhdləri belə fikirlə əvəz edilir ki, onların siyasi ideallarına və Türkiyədə erməni xalqının taleyinin yaxşılaşmasına nail olmasında yalnız Rusiya onlara kömək edə bilər. Erməni liderləri tərəfindən Rusiya diplomatik dairələrində bu istiqamətdə zəminin öyrənilməsi və hazırlanması üzrə güclü iş başlanır və onlar çarın adına erməni xalqına havadarlıq edilməsi barədə vəsatət qaldırırlar… Hələ Rusiya və Türkiyə arasında hərbi əməliyyatlar başlayana qədər erməni xalqının başçıları əsəbiləşməyə və Rusiyanı Türkiyə ilə müharibə yoluna itələməyə başlayırlar. Rusiya-Türkiyə hərbi münaqişəsinin başlanmasına cəmi bir neçə həftə qalmış, məhz 5 avqust 1914-cü ildə bütün ermənilərin katolikosu V Georq qraf Voronsov-Daşkova aşağıdakı tarixi məktubla müraciət edir: "Alihəzrət, hörmətli cənab qraf İllarion İvanoviç! 2 oktyabr 1912-ci il tarixində mən bütün ermənilər adından alihəzrətiniz vasitəsilə mərhəmətli padşaha acizanə surətdə Türkiyədəki erməni xalqına onun vəziyyətinin möhkəm yaxşılaşması üçün yüksək havadarlıq göstərmək xahişilə müraciət etmişdim. Həmin müraciətə cavab olaraq mən imperator hökumətinin Türkiyədə ermənilərin vəziyyətinə ciddi diqqət yetirmək və bu xalqın taleyinin nizamlanması ilə məşğul olmaq niyyətləri barədə təminat almışam. Həqiqətən, Rusiya rəsmi surətdə elə islahatın layihəsi təklifilə çıxış etmişdir ki, o, ermənilərə münasibətdə Türkiyə regiminin kifayət dərəcədə möhkəm və faydalı dəyişiklik vəd edirdi. Lakin Almaniyanın müxalifəti və Rusiyanın gələcək müvəffəqiyyət üçün dövlətlərin birliyini saxlamaq üzrə möhkəm iradəsi nəticəsində onun təklif etdiyi islahat layihəsi güclü dəyişikliyə və əhəmiyyətinin azaldılmasına məruz qaldı. Buna Portanın baş inspektorlara təlimatı, onlarla kontraktları və erməni vilayətlərində onun qəbul etdiyi ehtiyat tədbirləri əlavə ediləndə isə islahatın yararlılığına xalqın və Konstantinopol patriarxının şübhələri daha da gücləndi. İndi başlanmış böyük müharibə Türkiyə ermənilərinin taleyini və islahatın taleyini yenidən böyük sınaqlara məruz qoyur. İndi, Hər bir Rusiya vətəndaşının fikirləri dövlətdən böyük qüvvə və iradə gərginliyi tələb edən hadisələri həyəcanla izlədiyi vaxt, mən xoşbəxtəm alihəzrətinizə bəyan edim ki, erməni xalqı şəxsi yarasından ağrı hissini özündə boğaraq, bütün fikirlərini böyük vətəni üzərində cəmləşdirdi, onun şərəfi üçün o, öz padşahının əla həzrət və vətən qarşısında müqəddəs borcunu yerinə yetirmək çağırışına rüh yüksəkliyilə cavab verdi. Çox hörmətli qraf, mən sizə həm də onu bəyan etməkdə xoşbəxtəm ki, sərhədin o tərəfində yaşayan erməni xalqı da böyük Rusiya dövlətinə öz sədaqətində tərəddüd etmədən möhkəm dayanmışdır. Lakin öz xalqının keşişi kimi mən həyəcansız alihəzrətinizə göstərməyə bilmərəm ki, əgər Rusiyanın erməni məsələsinə diqqəti hətta müvəqqəti zəifləyərsə, Türkiyədə erməni xalqını qəmli günlər gözləyər. Mən zənn edirəm ki, imperator hökumətində onun Türkiyəyə dostluqla təsir etmək cəhdlərinin müsbət nəticələrə gətirib çıxarmadığı barədə artıq şübhə qala bilməz. Almaniya tərəfindən gizli həvəsləndirilən Porta bu ilin 26 yanvar tarixli sazişini ləğv etdirə bildi, ona görə də hazırlanmış islahat heç kimi qane edə bilməz. Mənim Konstantinopol patriarxatlığından və erməni milli cəmiyyətindən aldığım çoxsaylı məlumatları nəzərdə tutaraq, mən belə qəmgin rəyə gəlirəm ki, Türkiyədə mövcud rejim şəraitində ermənilərin vəziyyətinin yaxşılaşdırılması üçün hər hansı islahatların, əgər onların yerinə yetirilməsi xüsusi və möhkəm zəmanətlərlə şərtlənməsə, həyata keçirilməsinə inanmaq mümkün deyil. Nə qədər ki, Türkiyə Ermənistanı Türkiyə hüdudlarındadır, bütün erməni xalqı üçün bu əzablı məsələnin qəti həlli üçün mənim şəxsi rəyim və bütün erməni millətinin rəyi aşağıdakılardan ibarətdir:
a) Anatoliyadakı erməni əyalətlərindən bir bölünməz vilayət yaratmaq;
b) Həmin vilayətin idarəsinin başında xristian dinindən olan, Portadan asılı olmayan, yüksək titullu və ya rütbəli və Rusiya tərəfindən seçilmiş şəxs olmalıdır;
c) Bu vilayətdə xristianlardan və müsəlmanlardan bərabər sayda nümayəndələr olan, seçkili geniş daxili özünüidarə tətbiq etməli;
d) Erməni xalqının yeni təşkilatın və idarəetmə qaydasının möhkəmliyinə və həyat qabiliyyətinə inanması üçün bütün islahatın tətbiqi və həyata keçirilməsi üzərində nəzarət hüququnu müstəsna olaraq təkcə Rusiyaya vermək.
Şərh edilən idarəetmə qaydasının tətbiqi yalnız indiki müharibə qurtaranda mümkündür. Bununla belə, Türkiyədə elan edilmiş səfərbərliyə görə həyacanlı əlamətlər görünür ki, bunun nəticəsində erməni əhalisi yeni bəlalardan qorxur. Ona görə yaxşı olardı ki, imperator hökuməti elə indi Türkiyə hökumətinə: a) ermənilərin həyatının və əmlakının qorunması üçün lazımi tədbirlər görülməsi haqqında və b) general-inspektorların yerlərdə tezliklə qərarlaşdırılması və onlara hələlik 26 yanvar 1914-cü il tarixli sazişlə qəbul olunmuş islahatı tətbiq etmək imkanları verilməsi barədə güclü tələblər təqdim etsin. Alihəzrətlərinizdən hörmətlə xahiş edirəm, imperator həzrətlərinin, bizim sevimli padşahımızın ayaqlarına mənim Rusiyadakı dindarlarımın sadiq bəndə hisslərini və Türkiyədəki erməni xalqının həqiqi sadiqlik hisslərini çatdırmaqla mərhəmətli padşah qarşısında Türkiyə ermənilərinə havadarlıq edilməsi və onların müdafiəsi barədə və onların taleyinin möhkəm qurulmasına ümidlərinin həyata keçirilməsi barədə vəsatət qaldırasınız. Həqqtəaladan sizə sağlamlıq və uzun ömür diləməklə, alihəzrətinizin olmaq şərəfilə çalışqan ibadətkar V Georq, bütün ermənilərin Katolikosu. 5 avqust 1914-cü il. № 1131, Müqəddəs Eçmiədzin". Biz bu qəsdən uzun, təşəxxüslü, lakin həqiqətən tarixi müraciətnaməni bütövlükdə göstərdik. Burada hər bir sətr nəzakətsizlikdir. Erməni xalqının rəhbərləri Rusiyanı Türkiyə erməniləri üçün açıq-aşkar fəlakətli müharibə yoluna itələyirlər, onlar həmin bədbəxt Türkiyə erməniləri adından onların dövlətinin düşməni olan Rusiyaya müraciət edir, Türkiyənin işlərinə qarışmaq üçün ona yalvarırlar və heç düşünmürlər ki, Türkiyənin bunu xəyanət hesab etməyə tam əsası var, Türkiyə hökuməti buna görə məhz Türkiyə ermənilərilə hesablaşa bilər, halbuki onlar bəlkə də güman etmirdilər ki, onların adından belə təşəxxüslü fitnəkar xahişlər və yalvarışlar yazılır. Rusiyada belə müraciətin bütün fitnəkarlığını, görünür, Türkiyə Ermənistanının bir çox xadimləri də yaxşı anlayırdılar. Biz hamımız həmin məsələ üzrə bir tərəfdən Türkiyə ermənilərinin orqanı "Vantosp" və digər tərəfdən daşnaksutyunun "Orizonu" arasında necə kəskin mübahisə qızışdığını xatırlayırıq.
Türkiyə erməniləri, onların sırasında professor Minasyan, Qafqaz erməni xadimlərini Türkiyə əleyhinə könüllü dəstələr təşkil etməkdə və ümumiyyətlə Türkiyədə rus silahının təntənəsinə öz yardımları ilə Türkiyə ermənilərini fitnəkarlığa təhrik etməkdə günahlandırırdılar. Bir çox Qafqaz erməniləri də erməni xalqının rəhbərlərinin bu cür fəaliyyətinə hüsn-rəğbət göstərmirdilər. Onlar həmin rəhbərlərin məqsədlərinin həyata keçirilən olmasına inanmırdılar: onlar muxtar Türkiyə Ermənistanı yaranmasının mümkünlüyünə inanmırdılar… Konstantinopolda Rusiya səfiri cənab Qrisin "Daşnaksutyun" partiyasının üzvü Zavriyevlə söhbətini burada verməyi lazımsız hesab etmirik. Qris yazır: "c.Zavriyev belə fikirdədir ki, talanlara və dağıntılara yol verilməməsi tamamilə Türkiyə hakimiyyətindən asılıdır və Rusiya hökuməti tərəfindən güclü xəbərdarlıq olduğu halda fəlakətin qarşısı alına bilər. Mən həmsöhbətimə cavab verdim ki, imperator hökuməti Ermənistanın taleyində ən fəal iştirak edir. Lakin bütün bunlarla bərabər ermənilər hazırki məqamın müstəsna şəraitini nəzərdən qaçırmamalı və ehtiyatsız çıxışlarla öz vəziyyətlərini pisləşdirməməlidirlər. Belə lazımdır ki, bütün Avropanın nəzərində ermənilər türk özbaşınalığının qurbanı kimi qalsınlar, Türkiyənin hərbi uğursuzluğundan özlərinin milli səylərinin həyata keçirilməsi üçün istifadə etmək istəyən siyasi inqilabçılara çevrilməsinlər. Odur ki, ermənilər türklərə heç cür sataşmamalı, xüsusən Avropaya hansısa siyasi tələblər irəli sürməməlidirlər. Doktor Zavriyev mənə bəyan etdi ki, o, mənim sözlərimi rəhbər tutur və öz partiya yoldaşlarına və ümumiyyətlə həmfikirlərinə bu mənada təsir edəcəkdir. Qraf Voronsov-Daşkov özünün 2 sentyabr 1914-cü il tarixli cavab məktubunda katalikos V Georqa daha böyük təkidlə həmin cür məsləhət vermişdi. Qraf Voronsov-Daşkov katolikosa yazırdı: "Mən xəbərdar etməyi zəruri hesab etdim ki, indiki zamanda həm bizim, həm də xarici ermənilərin hərəkətləri mənim göstərişlərimlə ciddi uyğunlaşdırılmalıdır, çünki Türkiyə və Rusiya arasında ümumi siyasi baxımdan bizimlə ittifaqda olan dövlətlərin də qoşulduğu indiki gərgin vəziyətdə çox vacibdir ki, Türkiyə ilə müharibə bizim tərəfdən hər hansı bir hərəkət sayəsində deyil, onun özü tərəfindən başlansın; odur ki, ermənilər arasında hansısa üsyan qaldırılması həddindən artıq arzuedilməz və hətta təhlükəli hesab edilir. Bununla birlikdə mən zati müqəddəsinizdən acizanə xahiş edirəm, yuxarıda şərh edilən mülahizələrə əsasən, sizin dindarlara öz yüksək avtoritetli təsirinizi göstərəsiniz ki, bizim ermənilər xaricilərlə birlikdə həm indi, Türkiyənin qeyri-müəyyən vəziyyəti zamanı, həm də gələcəkdə, bizim onunla müharibə edəcəyimiz halda, mənim vaxtın şəraitinə görə yerinə yetirilməsini nəzərdə tutacağım və onlara icra etmək üçün verəcəyim tapşırıqları yerinə yetirməyə hazır olsunlar".
Sadəcə təəssüf doğurur ki, "Qnçak" partiyası həmin mövqedə dayanmadı; sonralar o da ümumi əhvala qapıldı və öz xüsusi dəstəsini yaratdı.
Biz gördük ki, qraf Voronsov-Daşkov erməni katolikosuna birbaşa bəyan edir ki, Türkiyə erməniləri arasında hansısa üsyan qaldırmaq həddindən artıq arzuedilməzdir və hətta təhlükəlidir.
Lakin bütün belə məsləhətlər səhrada qışqıranın səsi kimi eşidilməz qaldı. Bir dəstə Qafqaz fırıldaqçılarının Türkiyə erməniləri üçün ölümcül olan rəyi qalib gəldi və bədbəxt erməni xalqı dünyada görünməyən dəhşətli fırıldağa cəlb edildi… Erməni dəstələrinin formalaşdırılmasının əsasında "vətən qarşısında müqəddəs borcu" dərk etmək deyil, sonralar, Türkiyə ilə qalibiyyətli müharibə qurtaranda, Rusiyaya və onun müttəfiqlərinə müharibə zamanı tərəfdarlığa görə mükafat olaraq Ermənistana muxtariyyət verilməsi tələb etmək dururdu. Lakin indi ki cənab daşnaksakanlar Rusiyaya və onun müttəfiqlərinə özlərinin qərəzsiz münasibəti barədə inad göstərirlər, biz bunun üzərində bir qədər dayanacağıq və faktlarla sübut etməyə çalışacağıq ki, onlar müttəfiqlərin gözəl gözlərinə görə hərəkət etməyiblər, özlərinin xalis milli məqsədlərini nəzərdə tutublar ki, bu əlbəttə heç kimi qadağan olunmur. Qafqaz ordusunun qərargahında olan rəsmi sənədlərdə oxuyuruq: "Türkiyəyə qarşı hərbi əməliyyatların başlanması ilə müharibə müvəffəqiyyətlə qurtardıqda Ermənistana muxtariyyət bağışlanması barədə ermənilərin gözlədikləri rəsmi təsdiq baş tutmadı. Tiflisdən yerli partiya xadimlərindən şayiələr yayılmağa başladı ki, Ermənistan müxtariyyəti gözləyə bilməz. Bu şayiələr tezliklə hərbi mükəlləfiyyətli və çağırılmış aşağı rütbəli ermənilər arasında tezliklə yayıldı ki, onun da nəticəsi fərarilik, özünü xəstəliyə düçar etmək, özünü yaralamaq və hətta türk ordusu sıralarına keçmək halları oldu. İşin belə gedişi partiya başçılarının diqqətini özünə cəlb etdi, onlar partiya üzvlərinin Rusiya hökumətindən aldıqları silahları itirməkdən qorxaraq, könüllülük hərəkatının əvvəlki kimi davam etməsi üçün tədbirlər gördülər. Sonuncunu müdafiə etmək, bu ruhda müvafiq təbliğat aparılması üçün könüllülər dəstələrinin tərkibinə ali təhsil müəssisələrində oxuyan gənclərin şəxsində erməni ziyalılarının cəlb edilməsi üçün tədbirlər gördülər". Həmin mənbənin dəlillərinə görə, partiya bütün könüllü erməniləri aldıqları silahları geri qaytarmamaq barədə xəbərdarlıq etməyi qərara aldı, belə ki, Rusiya Ermənistana muxtariyyət verməkdən imtina etdiyi halda həmin könüllülər Rusiya hökumətilə mübarizə üçün silahlı kadrlar olmalıdırlar... "Osoboe Deloda" erməni dəstələri barədə bax bunları oxuyuruq: "Demək olar ki, bizim hər bir nizami zabitimiz yalnız drujinaçıların deyil, onların rəislərinin də hərbi intizamı pozmasının, onların arasında olan çəkişmələrin və intriqaların, lovğalığın, təkrar qorxaqlıq göstərilməsi hallarının, oğurluqların və talanların və nəhayət, bizim zəbt etdiyimiz Türkiyə vilayətlərində, bəzən də Qafqazda dünc müsəlman əhalisi üzərində zorakılığın şahidi olmuşdur…"
ERMƏNİLƏRİN CƏBHƏDƏ İCTİMAİ TƏŞKİLATLARDA FƏALİYYƏTİ Erməni liderlərinin əlində olan ictimai təşkilatlar da cəbhədə özlərini yaxşı aparmırdılar… Əsassız olmamaq üçün həmin təşkilatların fəaliyyətini rəsmi sənədlərlə izləyək. Van dəstəsinin rəisi general-mayor Voronsov Van rayonunda cəbhəyə xidmət edən ictimai təşkilatların hamısının müfəssəl xarakteristikasını verir: "Burada mövcud olan ictimai təşkilatların hamısı ermənilərin əllərindədir. Xeyriyyəçilik məqsədlərilə pərdələnərək, onlar yalnız erməni milli ideyalarının yeridilməsilə məşğuldurlar və onların həyata keçirilməsinə Rusiyanın pulları sərf edilir. Rusiyanın pulları hesabına əhaliyə verilən yardım ermənilərdən yardım adı altında edilir. Şəhərlər İttifaqının çox böyük maaş alan qulluqçuları arasında buraya yalnız ermənilərə yardım etmək üçün gəldiklərini açıq bəyan edən şəxslər var və bizim yaralılara kömək tələb olunanda bu şəxslər ondan imtina edirdilər. Kəndlərin sakinlərinə müavinət paylanarkən - yarısı ermənilərə, yarısı kürdlərə paylanmalı olduğu halda təşkilatlar müstəsna olaraq yalnız ermənilərə kömək edirlər. Rusiyadan müxtəlif erməni siyasi təşkilatları qaçqınlar adı altında buraya boş qalmış türk torpaqlarını zəbt etmək üçün ermənilər göndərirlər…"
Erməni xalqının xadimlərinə Ermənistanın əsl havadarı olan Amerikanın nümayəndəsi doktor Brot da bundan yaxşı attestasiya vermir; o, Rilijanda Ermənistan hökumətinin başçısı A.İ.Xatisovun şərəfinə təşkil edilmiş ziyafətdə hamının eşitdiyi tərzdə demişdir: "Mən bu vaxt ərzində yalnız 6 nəfər vicdanlı ermənilə rastlaşmışam, mənim onlarla iş gördüyüm qalanları isə hamısı ya etibarsız, ya da xəzinə oğrusu və ümumiyyətlə əxlaqca pozğun adamlar idilər; Amerika Komitəsindən yardım alanlar yaxud orada işləyənlər də vicdanlı (təmiz) deyillər…" Daşnaksutyun yazıçıları bütün dünyaya sübut edirlər ki, onlar Rusiyanı çox sevirlər. Rus kəndliləri isə ümidsizlikdən Ermənistandan qaçırlar və hətta vətənlərinə yox, müsəlman ölkəsi Persiyaya (İrana) qaçırlar. Yaxşıdan yaxşı axtarmırlar. Zənn etmək lazımdır ki, əgər rus kəndlsi Ermənistanda yaxşı yaşasa idi, o, Persiyada sığınacaq axtarmazdı, çünki bu ölkə ilə onun ya dini, ya siyasi, ya mədəni cəhətdən ümumi olan heç şeyi yoxdur.
Lakin rus kəndlisi şəxsi təcrübəsinə görə bilir ki, onun soydaşları xristian Ermənistandansa heç olmasa, müsəlman Azərbaycanında daha yaxşı yaşayırlar. O, həqiqətən bilir ki, "rus kəndliləri, məsələn, Lənkəran qəzasında çox yaxşı yaşayırlar və hətta türk basqınından zərər çəkmədilər…" Rus ordusu cəbhəni tərk edəndə onun müdafiəsi ermənilərə həvalə edilmişdi. İşin ümumi rəhbərliyi erməni xalqı və əsgərləri arasında məşhur olan general Andranikə tapşırılmışdı; erməni mətbuatı onu çoxdan bəri "erməni xalqının ən gözəl əfsanəsi" adlandırmışdı. Adı çəkilən komissiyanın işində digər sənədlərlə yanaşı Andranikin ətraflı ifadələri vardır. General Andranik ermənilərə başçılıq edərək çox möhkəmlənmiş Ərzurumda 17 fevral 1918-ci il tarixində peyda oldu. Burada məlum oldu ki, bu təriflənən erməni hərbi qüvvəsi artıq o qədər pozğunlaşmışdır ki, müdafiəsiz dinc türk əhalisini talan etmək və öldürməklə məşğul olurdu…
|
|
|
|
|
|
|
|
|
|
|
|
Namaz Qaydasi |
|
|
|
|
|
|
|
Saygac |
|
|
|
|
|
|
|
Misafir kitapi |
|
|
|
|
|
|
|
Muxtelif |
|
|
|
Bugün 13 ziyaretçi (14 klik) kişi burdaydı! |